Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-302/2024 01.07.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Məhəmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən olunmuş miqdarının artırılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il tarixdə doğulmuş X2 və xx.xx.2022-ci il tarixdə doğulmuş X1 üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 250 manat, ümumilikdə 500 manat sabit pul məbləğinin və ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il tarixdə doğulmuş X2 və xx.xx.2022-ci il tarixdə doğulmuş X1 üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 250 manat, ümumilikdə 500 manat sabit pul məbləğinin, uşaqlar 3 yaşına çatana qədər onlara baxılması üçün hər ay 60 manat, ümumlikdə 120 manat və ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 01 iyul 2024-cü il tarixli eyni nömrəli qərardadına əsasən iddia tələbinin “uşaqlar 3 yaşına çatana qədər onlara baxılması üçün hər ay 60 manat, ümumlikdə 120 manat və ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi” ilə bağlı hissəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinin tələblərinə əsasən baxılmamış saxlanılmışdır. Ona görə də, məhkəmə tələbin “iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il tarixdə doğulmuş X2 və xx.xx.2022-ci il tarixdə doğulmuş X1 üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 250 manat, ümumilikdə 500 manat sabit pul məbləğinin və ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi tələbi” ilə bağlı hissəsinə baxır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 24.12 2022-ci il tarixdə mediatorun iştirakı ilə cavabdehlə aliment barədə saziş bağlamışlar. Həmin sazişə əsasən onların birgə nikahdan doğulmuş X2 və X1 üçün hər uşağın saxlanması üçün 125 manat aliment ödənilməsi barədə razılığa gəlmişlər. Hal-hazırda uşaqların yaşayış minimumu 235 manat məbləğində müəyyən edilir. Uşaqlar böyüyür, onların xərcləri artır. Ona görə də görə aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il tarixdə doğulmuş X2 və xx.xx.2022-ci il tarixdə doğulmuş X1 üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 250 manat, ümumilikdə 500 manat sabit pul məbləğinin və ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İş materiallarında olan Qax RİHB-nın Zəyəm kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2024-cü il tarixli 164 saylı Arayışdan görünür ki, Cavabdeh heç bir büdcə təşkilatında işləmir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax rayonu Almalı kəndində qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Qax rayonu Zəyəm kəndində qeydiyyatdadır. İş materiallaırnda olan xx.xx.2022-ci il tarixli Barışıq Sazişindən görünür ki, Cavabdeh birgə nikahlarından xx.xx.2021-ci il tarixdə doğulmuş X2 və xx.xx.2022-ci il tarixdə doğulmuş X1 üçün İddiaçı 250 manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürmüş və onlar bu barədə razılığa gəlmişlər. İş materiallarında olan “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayışdan görünür ki, İddiaçı alimentin artırılması tələbi ilə bağlı mediasiya təşkilatına müraciət etmiş və həmin tələblə bağlı ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İş materiallarında olan AZ-İV № 799317 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 10 noyabr 2022-ci ildə anadan olmuşdur. İş materiallarında olan Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 28 noyabr 2022-ci il tarixli 05/76-348/69 nömrəli Arayışdan görünür ki, Cavabdeh ilə X4 nikahları 11 avqust 2021-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 05 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 28 noyabr 2022-ci il tarixli Arayışdan görünür ki, X6 04 iyun 2021-ci il tarixdə anadan olmuşdur. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmək üçün 60 manat rüsum ödəmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı mediasiya prosesində iştirak etmək üçün 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə toplanmış materialları araşdıraraq belə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin nikahları 11 avqust 2021-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 05 nömrə ilə qeydiyyat aparılmışdır. Tərəflərin birgə nikahlarından xx.xx.2021-ci il tarixdə X6 və xx.xx.2022-ci il tarixdə X5 dünyaya gəlmişdir. Tərəflər arasında mediasiya təşkilatında xx.xx.2022-ci il tarixli Barışıq Sazişi bağlanmış, Sazişə əsasən Cavabdeh birgə nikahlarından xx.xx.2021-ci il tarixdə doğulmuş X2 və xx.xx.2022-ci il tarixdə doğulmuş X1 üçün İddiaçı 250 manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürmüş və İddiaçı ilə bu barədə razılığa gəlmişlər. İddiaçı hazırda iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il tarixdə doğulmuş X2 və xx.xx.2022-ci il tarixdə doğulmuş X1 üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 250 manat, ümumilikdə 500 manat sabit pul məbləğinin və ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndin əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İnsan Hüquqlarına Dair Ümumi Bəyamnamənin 25 ci maddəsinin 2-ci bəndinə əsasən Analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nigah nəticəsində, həm də nigahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanununun 8-ci maddəsinə əsasən Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin qanunun 13-cü maddəsinə əsasən Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maliyyə vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəlləsinin 78.1-ci maddəsinə uyğun olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Uşaqların saxlanması üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra keçən müddət ərzində tərəflərin maddi vəziyyətində dəyişiklik olması halları müəyyən olunsa da, həmçinin məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra uşaqlar üçün yaşayış minimumu da artmışdır. Uşaqların saxlanması üçün cavabdehin iddiaçıya ödədiyi ümumilikdə 250 manat aliment hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu ilə müqayisədə az olduğuna görə məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etməkdən ötrü cavabdehin uşaqların saxlanması üçün iddiaçıya ödədiyi alimentin miqdarı da artırılmalıdır. Həmçinin Məhkəmə hazırki iş üzrə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycanda 2024-cü il üçün yaşayış minimumu haqqında» Qanunda uşaqların saxlanması üçün 235 manat məbləğ müəyyən edilməsinə baxmayaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsi valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını müəyyən etmişdir. Odur ki, uşağın qayğısına qalmaq və ehtiyaclarını təmin etmək hər iki valideynin üzərinə qoyulmuş vəzifə və mənəvi borcdur. Belə olan halda uşağın saxlanması üçün nəzərdə tutulmuş 235 manat məbləğə də ümumilikdə hər iki valideynin öhdəliyi kimi yanaşılmalıdır. Həmin məbləğin bir valideynin üzərinə qoyulması cavabdehin maddi vəziyyətinə və Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələblərinə uyğun deyildir. Məhkəmə cavabdehdən uşaqların saxlanması üçün tutulan alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 160 manat məbləğində müəyyən edilməsini qanuna müvafiq hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixdə doğulmuş X2 və xx.xx.2022ci il tarixdə doğulmuş X1 üçün onlar yetkinlik yaşına çatana qədər Cavabdeh hər ay hər bir uşaq üçün İddiaçı ödədiyi 125 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilməli və alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmağa başlanılmalı, iddianın qalan hissəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Qeyd edilən hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, bir il ərzində ödəmənin məcmusu nəzərə alınmaqla cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixdə doğulmuş X2 və xx.xx.2022-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması və maddi cəhətdən təmin edilməsi üçün Cavabdeh hər ay hər bir uşaq üçün İddiaçı ödədiyi 125 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Cavabdeh 52 (əlli iki) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №2(024)-302/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-302/2024
01.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver