Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-32/2024 31.07.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçı, Cavabdeh2, X13 Albertovnanın iştirakları ilə. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “JN-141F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında onun mülkiyyətində olan 0.20 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun açılması və yol yerində olan maneələrin cavabdehlər tərəfindən götürülməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək JN-141F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında onun mülkiyyətində olan 0.20 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun açılması və yol yerində olan maneələrin cavabdehlər tərəfindən götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə etmiş, Cavabdeh2 iddianı qəbul etməmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, doğulub böyüdüyü Böyük Alatəmir kəndində JN-141 F nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında özünə məxsus mülkiyyətində torpaq sahəsi vardır. Əraziyə gediş-gəliş yolu həmin hissədə mövcud olan su ötürücü arxın kənarı ilə olmuşdur. Bu ərazi həmin yerdə olan torpaq sahələrinin gediş-gəliş üçün istifadə edilmişdir. Gedişgəliş yolu kimi tələb olunan ərazi həm iddiaçının, həm də eyni zamanda X1 məxsus olan torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamələrdə oz əksini tapmışdır. Bildirir ki, X3 həmin torpaq sahəsinin həmkəndlisi Cavabdeh2 Puşkiyeviçə satmışdır. Qeyd olunan gediş-gəliş yolu bələdiyyə mülkiyyətinə məxsus olmasına baxmayaraq həmin ərazidə olan qonşuları Cavabdeh2 və Cavabdeh1 tərəfindən qeyri-qanuni zəbt olunmuşdur. Belə ki, cavabdehlər dəfələrlə həmin ərazinin açılması və maneələrinin götürülməsini xahiş etsə də əfsuslar olsun kı, cavabdehlər onun xahişinə məhəl qoymamış qanunsuz fəaliyyətlərini bu günə kimi davam etdirirlər. Hazırda qonşularının qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyət hüququ cavabdehlər tərəfindən kobud şəkildə pozulur. Bu səbəbdən də onların qanunsuz hərəkətlərinə son qoyulmaq məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən JN-141F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında onun mülkiyyətində olan 0.20 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun açılması və yol yerində olan maneələrin cavabdehlər tərəfindən götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahat verərək göstərdi ki, həmin ərazidə onun evi vardır. Əvvəllər cavabdehə eni 2.40 metr olmaqla onun həyətyanı sahəsinə qədər yol təklif etmişdir. Lakin cavabdeh razılaşmayaraq azı 3 metr enində yol tələb etmişdir. Ona görə də, razılaşmaları pozulmuşdur. Hazırda isə o həyətyanı sahəsinin yuxarı hissəsində olan kol-kosdan təmizlədiyi bələdiyyəyə məxsus ərazidən cavabdehə gediş-gəliş yolu verilməsinə etiraz etmir. Ona görə də iddianı qismən qəbul edir. İş materiallarında olan JN-132A, KOD 40309005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Qax rayonu Alatəmir kəndində yerləşən 0.10 ha torpaq sahəsi X4, X5, X6, X7 və X2 ümumibrgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-141F, KOD 40309005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Qax rayonu Alatəmir kəndində yerləşən 0.20 ha torpaq sahəsi İddiaçı, X15, X16 və X11 ümumibrgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan satıcılar X12, X8, X9, X14 və Cavabdeh1lə alıcı Cavabdeh2 arasında bağlanmış və Qax rayon Notariat ofisində təsdiq edilmiş 12 dekabr 2023-cü il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alq-Satqı Müqaviləsinin surətindən görünür ki, Liyana Rostiaşvili, Mindia Rostiaşvili, İndira Rostiaşvili, İnqa Rostiaşvili və Cavabdeh1 tərəfindən JN132A, KOD 40309005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən mülkiyyət üzrə 1.ha torpaq sahəsi Cavabdeh2 4500 manata satılmışdır. İş materiallarında olan Qax rayon Böyük Alatəmir Bələdiyyəsinin verdiyi 19 iyun 2023-cü il tarixli 45 nömrəli Arayışdan görünür ki, İddiaçı qonşusu Cavabdeh1 0.10 ha olan həyətyanı torpaq sahəsi onlarda olan məlumata görə həmkəndlisi Cavabdeh2 satılmış, lakin bu alqı-satqı tərəflər arasında rəsmiləşdirilməmişdir. Alqı-satqı rəsmiləşdirilməməsinə baxmayaraq həmin ərazi son 1 ilə yaxındır ki, Cavabdeh2 istifadəsindədir. İş materiallarında olan Qax rayon Böyük Alatəmir Bələdiyyəsinin verdiyi 22 iyun 2023-cü il tarixli 46 nömrəli Arayışdan görünür ki, İddiaçı mülkiyyətində olan 0.12 ha torpaq sahəsinə aid gediş-gəliş yolu Böyük Alatəmir Bələdiyyəsinin mülkiyyətinə aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 aprel 2024 il tarixli, 3-16-16/2-10/1856 saylı rəyindən görünür ki, İddiaçı Alişovnanın istifadəsində olan və cavabdehlər Cavabdeh1 və digərləri tərəfindən 10 dekabr 2023-cü il tarixli AN-№1215203 nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsilə Cavabdeh2 satılmış (halhazırda Cavabdeh2 istifadəsində olan) torpaq sahələri, döngə nöqtələri, koordinatları, mövcud su arxı, iddiaçı və cavabdehlərin sənəd üzrə olan torpaq sahələri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının iddia etdiyi gediş-gəliş yolu faktiki vəziyyətdə su arxıdır. Cavabdeh2 istifadəsində olan torpaq sahəsinin şimal sərhəddi boyunca Şərqdən- Qərbə doğru keçən su arxının faktiki başlanğıc eni 2.88 metr, qərb hissədəki eni isə 3,60 metrdir. DWG (Mülkiyyətə verilən torpaqların kompleks yerquruluşu layihəsi) faylında həmən hissənin başlanğıc eni 3,15 metr son eni isə 1,71 metr olduğu müəyyən edilmişdir. Həmçinin mübahisəli əraziyə dair Qax Rayon Məhkəməsinin 23 oktyabr 2013-cü il tarixli 2(024)-265 saylı qətnaməsi mövcuddur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 50 (əlli) manat təşkil edir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, JN-132A, KOD 40309005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Qax rayonu Alatəmir kəndində yerləşən 0.10 ha torpaq sahəsi X4, X5, X6, X7 və X2 ümumibrgə mülkiyyətinə verilmişdir. JN-141F, KOD 40309005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Qax rayonu Alatəmir kəndində yerləşən 0.20 ha torpaq sahəsi İddiaçı Alioşvnanın, X15, X16 və X11 ümumibrgə mülkiyyətinə verilmişdir. İddiaçı JN-141F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında onun mülkiyyətində olan 0.20 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun açılması və yol yerində olan maneələrin cavabdehlər tərəfindən götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün məhkəmə torpaqşünaslıq ekspertizası təyin etmiş, ekspertiza tədqiqatının aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 20 iyun 2022-ci il tarixli, 10/3262 saylı rəy verilmişdir. Ekspertin rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan və cavabdehlər Cavabdeh1 və digərləri tərəfindən 10 dekabr 2023-cü il tarixli AN-№1215203 nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə Cavabdeh2 satılmış (hal-hazırda Cavabdeh2 istifadəsində olan) torpaq sahələri, döngə nöqtələri, koordinatları, mövcud su arxı, iddiaçı və cavabdehlərin sənəd üzrə olan torpaq sahələri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının iddia etdiyi gediş-gəliş yolu faktiki vəziyyətdə su arxıdır. Cavabdeh2 istifadəsində olan torpaq sahəsinin şimal sərhəddi boyunca Şərqdən-Qərbə doğru keçən su arxının faktiki başlanğıc eni 2.88 metr, qərb hissədəki eni isə 3,60 metrdir. DWG (Mülkiyyətə verilən torpaqların kompleks yerquruluşu layihəsi) faylında həmən hissənin başlanğıc eni 3,15 metr son eni isə 1,71 metr olduğu müəyyən edilmişdir. Həmçinin mübahisəli əraziyə dair Qax Rayon Məhkəməsinin 23 oktyabr 2013-cü il tarixli 2(024)-265 saylı qətnaməsi mövcuddur. Beləliklə iddia tələbi işin faktiki halları, tərəflərin izahatları və işdə olan əsaslı və mötəbər sübutlarla sübuta yetirilmişdir. Belə ki, JN-132A, KOD 40309005 nömrəli və JN-141F, KOD 40309005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdə (iddiaçı və cavabdehlərə məxsus) gediş-gəliş yolunun qeyd edildiyi müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, həmin şəhadətnamələrdə nəzərdə tutulan hissədə iddiaçıya məxsus torpaq sahəsinə gediş-gəliş yolu açılmalıdır. İddia təmin ediləcəyi üçün iş üzrə 50(əlli) manat ekspertiza xərci cavabdehlərdən birgə qaydada alınaraq müvafiq hesaba ödənilməlidir. Həmçinin iddiaçının ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərdən birgə qaydada alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət toxunulmazdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublıkası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Şərh olunanlara obyektiv qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, JN-141F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı mülkiyyətində olan 0.20 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu JN-141F, KOD 40309005 nömrəli və JN-132A, KOD 40309005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdə (iddiaçı və cavabdehlərə məxsus) nəzərdə tutulan hissədə açılmalı və yol üzərində cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 50 (əlli) manat ekspertiza xərci alınıb müvafiq hesaba ödənilməli və cavabdehlərdən birgə qaydada 100 manat dövlət rüsumu alınıb iddiaçıya veirlməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. JN-141F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı mülkiyyətində olan 0.20 ha həyətyanı torpaq sahəsinə gedişgəliş yolu JN-141F, KOD 40309005 nömrəli və JN-132A, KOD 40309005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdə (iddiaçı və cavabdehlərə məxsus) nəzərdə tutulan hissədə açılsın və yol üzərində cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 50 (əlli) manat ekspertiza xərci alınıb (Büdcə təsnifatının kod-142595, büdcə səviyyəsinin kodu- 3, SAP(XİİS) hesabı, adı-X10, kodu 210005, VÖEN **********, Müxbir hesab- Az41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab-AZ34CTRE********************) saylı hesaba ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 100 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən təqdim olunduğu (alındığı) gündən 1(bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-32/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-32/2024
31.07.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver