Məhkəmə qərarları › İş №2(024)-322/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-322/2025

17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-322/2025 17.07.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövən qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, İddia tələbinin dəlilləri: m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək 15.000 manat pul borcunun və onun Qax rayon Məhkəməsinə iddia qaldırmaq üçün ödədiyi 135 manat dövlət rüsumunun cəmi 15.135 manat pulun Qax şəhəri İ.Mustafayev küçəsi döngə 1, ev 8 sakini cavabdeh X4 alınıb ona verilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qax rayonu, Qaxbaş kəndində yaşayır. Tanışı (makler) X7 2021-ci il tarixdə yanına gələrək ondan işləri olduğu üçün borc istəmişdir. O, 21 sentyabr 2021-ci il tarixdə Qax rayon NO-də X6 15.000 manat borc pul vermiş, xx.xx.2024-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. X3 ilə birgə nikah dövründə əldə etmişdir. Daha sonra 2023-cü il tarixində Məmməd Balakən rayonunda özünü asaraq intihar etmişdir. Lakin həmin borclarından ona heç bir pul ödəməmişdir. Dəfələrə deməsinə baxmayaraq hər dəfə aldadaraq dələduzluq etmişdir. Lakin həmin vaxtdan 3 il keçməsinə baxmayaraq pulu qaytarmamışdır. Cavabdeh indiyə qədər həmin qalmış 15.000 manat borcundan heç nə ödəməmişdir. Hazırda cavabdehin ona 15.000 manat borcu var. Həmin borcu ilə bağlı ona müqavilə verilmişdir. Ona görə də o məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan əlavə o məhkəmədə iddia qaldırmaq üçün 135 manat dövlət rüsumu ödəmişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, Məmməd makler idi. O, torpağa görə ona Məmmədə 15.000 manat pul vermişdir. Məmməd torpağın sənədlərini düzəltməli idi, lakin düzəldə bilmirdi, sənədləşməni uzadırdı ki, sənəd düzəlmir. Sonradan Məmməd ondan 12.500 manat pul almışdır, özündə bunu sübut edəcək qəbz də vardır. Lakin həmin həmin pulu tələb etmir. Ümumilikdə Məmmədə 27.500 manat pul vermişdir. Məmməd sənəd düzəltmək adı ilə onu aldada aldada Şəkinin Reyestr Xidməti idarəsinə də getmiş, sənədin uzandığını bildirərək onun pulunu verməmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək və iddia ilə bağlı göstərdi ki, onun bunların heç birindən xəbəri yoxdur. X14 ikisinin arasında olan söhbətdir. O, alıb bu da verib, onun xəbəri yoxdur. Məmməd borcu olmasını onlara bildirməyib, onun da o puldan heç xəbəri olmayıb. Onlar özləri də oğlunun yanında yaşamışlar. Ümumiyyətlə Məmməd işi barədə heç vaxt evdə danışmayıb. İddiaçıya demək istəyir ki, nə üçün Məmmədə o qədər pulu verirdi, ikinci dəfə də pulu verməzdi. And içir ki, o pulu görməmişdir, o pul evə gəlməyib, Məmməd o pulu hara qoyub, necə edib, hara edib, qəti onun xəbəri yoxdur. O, müəllimədir və məktəbdə həmişə uşaqlara dürüstlükdən, doğruluqdan halallıqdan dərs keçmişdir. Həmişə də etiraz etmişlər ki, onlar belə şeyi xoşlamırlar. Vərəsəlik də olmayıb, onların bir dəfə də evi olub, satmışlar. Oğlu ev tikmiş, onlar gedib oğlunun yanında yaşamışlar. İddianın rədd edilməsini xahiş edir. İşin halları: Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ilə cavabdeh X7 arasında bağlanmış və Qax rayon Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş 21 sentyabr 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Məmməd Məmmədova 21 sentyabr 2024-cü il tarixədək qaytarılması şərti ilə 15.000 manat məbləğində kredit verilmiş, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Qax RİHB-in Qax İngiloy kənd İƏD-si tərəfindən verilmiş 06 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Qax rayonu Qaxbaş kəndində qeydiyyatdadır. Qax Rayon Notariat ofisinin 14 aprel 2025-ci il tarixli 319 №-li məktubundan görünür ki, «Elektron Notariat» İnformasiya sistemində axtarış zamanı 08 iyun 2024-cü il tarixdə vəfat etmiş X7 barəsində Qax rayon notariat ofisində vərəsəlik işinin açılmadığı, vərəsələrin dairəsinin müəyyənləşdirilmədiyi və onun vərəsələrinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmədiyi müəyyən olunmuşdur. Balakən rayon prokurunun köməkçisi İİİ dərəcəli hüquqşünas Kənan Əlizadənin 28 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərarından görünür ki, X2 ölümü ilə bağlı toplanmış material üzrə cinayət hadisəsi və cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi idarəsinin 3181 №li, 19 mart 2025-ci il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası ərazisində hazırda X5 adına əmlak qeydə alınmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi idarəsinin 3182 №li, 19 mart 2025-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh adına daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDk-i və ləğv edilmiş DTXK tərəfindən təqdim edilmiş elektron bazada məlumat yoxdur. Qax RPŞ-nin 01 aprel 2025-ci il tarixli 3-13/87/2-M-5329/11/25 №-li məktubundan görünür ki, DİN-in BDYP-in MMX serverində qeyd olunan məlumata əsasən Qax rayon sakini X5 istifadəsində və mülkiyyətində heç bir avtomobil aşkar olunmamışdır. AZ-İİ 427462 №li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 08 iyun 2024-cü il tarixdə ölmüş və bu barədə ölüm haqqıdna akt qeydləri kitabında 26 iyun 2024-cü il tarixdə 10 № ilə qeydiyyat aparılmışdır. Məhkəmənin mövqeyi: Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı tərəfindən cavabdeh X6 21 sentyabr 2024-cü il tarixədək qaytarılması şərti ilə 15.000 manat məbləğində kredit verilmiş, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Bu barədə həmin tarixdə Qax rayon Notariat ofisinin xüsusi notariusu tərəfindən 21 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi təsdiq olunmuşdur. X7 08 iyun 2024-cü il tarixdə ölmüşdür. İddiaçı X2 arvadı Cavabdeh qarşı iddia ərizəsi iklə məhkəməyə müraciət edərək 15.000 manat pul borcunun və onun Qax rayon Məhkəməsinə iddia qaldırmaq üçün ödədiyi 135 manat dövlət rüsumunun cəmi 15.135 manat pulun cavabdeh X4 tutulmasını xahiş etmişdir. Qax Rayon Notariat ofisinin 14 aprel 2025-ci il tarixli 319 №-li məktubu ilə «Elektron Notariat» İnformasiya sistemində axtarış zamanı 08 iyun 2024-cü il tarixdə vəfat etmiş X7 barəsində Qax rayon notariat ofisində vərəsəlik işinin açılmadığı, vərəsələrin dairəsinin müəyyənləşdirilmədiyi və onun vərəsələrinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmədiyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi idarəsinin 19 mart 2025-ci il tarixli 3181 №li məktubu ilə Azərbaycan Respublikası ərazisində hazırda X5 adına əmlak qeydə alınmadığı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi idarəsinin 19 mart 2025-ci il tarixli 3182 №li Arayışı ilə Cavabdeh adına daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv çəlumatlarında, ƏMDk-i və ləğv edilmiş DTXK tərəfindən təqdim edilmiş elektron bazada məlumat olmamışdır. X2 İddiaçı oğluna 15.000 manat məbləğində borclu olması Qax rayon Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş 21 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi ilə sübuta yetirilmişdir. Məhkəmə borcun Məmməd Məmmədovun hazırkı Cavabdeh tutulması ilə bağlı məsələyə aydınlıq gətirərək bildirir ki, həmin mübahisəyə ər-arvadın birgə nikah dövründə yaranmış passiv öhdəlikləri baxımından qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Z.Xanlayev N.Xanlayevaya qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək nikah dövründə əldə etdikləri pulun və götürdükləri kreditin yarısının cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər 27 may 2001-ci ildən rəsmi nikahdadırlar, üç övladları vardır. İddiaçı nikah dövründə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Zaqatala filialından 03 iyul 2019-cu il tarixli kredit müqaviləsi əsasında ona məxsus mənzili ipoteka qoyaraq 30.000 manat kredit götürmüşdür. Z.Xanlayev hesab etmişdir ki, həmin kreditin, habelə birgə nikah dövründə əldə etdikləri pulun yarısı N.Xanlayevadan alınıb ona verilməlidir. Balakən Rayon Məhkəməsi işə baxarkən ər-arvaddan birinin nikah dövründə kredit müəssisələrindən aldığı kreditin ər-arvadın ümumi birgə mülkiyyətini təşkil edibetməməsi, tərəflər arasında ümumi əmlak bölgüsünün predmeti olub-olmaması ilə bağlı həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində ziddiyyətlərin olduğu qənaətinə gəlmişdir. Müraciətdə qeyd olunur ki, bəzi hüquqi yanaşmalara görə ər-arvadın nikahı dövründə ərin və ya arvadın kredit müəssisələrindən aldığı kreditlər ailənin ümumi tələbatına yönəldilmişdirsə, həmin kredit Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən ərarvadın ümumi birgə mülkiyyətinə daxildir və ümumi borc olaraq ər-arvad arasında əmlakın bölgüsü halında hər birinin əmlakdakı payına uyğun bölünməlidir. Ər-arvadın birbirinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən Ailə Məcəlləsinin 37.3-cü maddəsinə uyğun olaraq ümumi borcların bölünməsi məsələsi də həll olunmalıdır. Digər hüquqi yanaşmaya görə, ər və ya arvadın nikah dövründə kredit müəssisələrindən aldığı kredit onların ümumi birgə mülkiyyətinə daxil deyildir. Belə ki, bu kredit müvafiq faiz və cərimələr də daxil olmaqla müəyyən müddətlərdə həmin kredit müəssisəsinə qaytarılmalıdır. Ona görə də alınmış kredit məbləği əldə edilmiş hər hansı əmlak qazancı, gəlir və ya gəlir hesabına əldə edilən daşınar və daşınmaz əmlak deyil, ödənilməli olan borcdur və ər-arvadın ümumi birgə mülkiyyətinə aid edilə bilməz. Müraciət edənin qənaətinə görə, Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına əsasən, ər-arvadın ümumi mülkiyyətinə ər-arvadın nikah dövründə əldə etdiyi gəlirlər, qazanc, pensiya və müavinət, paylar, əmanətlər, ümumi gəlirlər hesabına əldə edilən daşınar və daşınmaz əmlak, yəni faktiki qazanılmış gəlirlər və əmlaklar daxildir. Həmin maddədə ər-arvadın ümumi birgə mülkiyyətinə bankdan alınan kreditin daxil olduğu müəyyən edilməmişdir. Bankdan alınan kredit ər-arvadın ümumi birgə mülkiyyətinə daxil olmadığından, həmin borc ər-arvadın bir-birinə qarşı ümumi əmlakın bölünməsi tələbi üzrə ümumi əmlak kimi bölünə bilməz. Odur ki, Ailə Məcəlləsinin 37.3-cü maddəsi ərin və ya arvadın bir-birinə qarşı ümumi əmlakın bölgüsü iddiası üzrə deyil, məhz üçüncü şəxslərin, o cümlədən kredit müəssisəsinin verilən kreditlə bağlı ər-arvada qarşı iddiası əsasında ər-arvadın ümumi borclarının bölünməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsi həmin qərarda onu da qeyd etmişdir ki, Ər-arvadın öhdəlikləri üzrə ödəmənin onların əmlakına yönəldilməsinin şərtləri Ailə Məcəlləsinin 41ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Maddənin məzmunundan göründüyü kimi, ər-arvad ümumi öhdəlikləri üzrə birgə borclu olduqlarından kreditor qarşısında da ümumi əmlakları ilə birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin birgə borcluların və birgə öhdəliklərin anlayışını müəyyən edən 500-cü maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq vurğulayır ki, ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz («Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» 2019-cu il 18 mart tarixli Qərar). Hər birinin öhdəliyi üzrə isə tərəflər yalnız öz əmlakları ilə kreditor qarşısında fərdi məsuliyyət daşıyırlar. Lakin ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin (məsələn, nikahdan əvvəl alınmış kredit məbləğinin və ya üçüncü şəxslərə zərər yetirilməsi nəticəsində əldə edilmiş vəsaitin və s.) ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edilərsə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici ailə institutunu ərarvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ərarvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun G.Həsənzadənin şikayəti üzrə yuxarıda qeyd edilmiş Qərarında da ifadə edilmişdir. Həmin Qərarda göstərilmişdir ki, mirasa daxil olan əmlakın ər-arvadın nikah dövründə əldə edilən əmlak hesab edilib-edilməməsi, yəni birgə mülkiyyət olub-olmaması məsələlərinin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsini daşıyırlar. Həmçinin qeyd olunmalıdır ki, ər-arvad arasında əmlak mübahisələrinin qarşısının alınması üçün məqsədəmüvafiq vasitə nikah müqaviləsidir ki, onun vasitəsilə ər və arvad əldə etdikləri əmlaklarının hüquqi rejimini qarşılıqlı razılaşma əsasında müəyyən edirlər. Nikah müqaviləsinin anlayışı Ailə Məcəlləsinin 38.1-ci maddəsində verilmişdir. Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, müqavilə azadlığı baxımından nikah müqaviləsinin bağlanması məcburi xarakter daşımasa da, gələcəkdə ər-arvad arasında yarana biləcək əmlak mübahisələrinin qarşısının alınması üçün nikaha ərizə verən şəxslərə nikah müqaviləsinin bağlanılmasının təklif edilməsi müvafiq icra hakimiyyəti orqanına tövsiyə olunur. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. «Ər-Arvadın Ümumi Əmlakının X15 X1 Təcrübəsi Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 6.39-cu bəndində qeyd olunmuşdur ki, ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər. Həmin qərarın 6.40-cı bəndində əsasən Ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Belə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (Mülki Məcəllənin 500.2-ci maddəsi). Bu səbəbdən Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ərarvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət etmədikdə isə həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə qərarlarında əks olunan hüquqi mövqeni əsas tutaraq məhkəmə hesab edir, mübahisə predmeti olan borc mərhum X7 il hazırkı Cavabdeh birgə nikahları dövründə əldə olunmuş borc olmuş Məmməd Məmmədov vəfat etdiyindən Əminət Məmməvdovanın iddiaçı qarşısında borc öhdəliyini yaratmışdır. Cavabdeh Məmməd Məmmədov tərəfindən iddiaçıdan alınmış 15.000 manat borc məbləğinin hara xərclənməsindən məlumatlı olmadığını qeyd etsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə iddia tələbinin sübuta yetirilməsi qənaətinə gəlir. Tətbiq edilən hüquq Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki hüquq anlamında öhdəliyi başqa hüquq sahələrinə aid olan hüquq münasibətləri ilə qarışdırmaq olmaz. Məsələn, vergi ödəmək borcu əmlak xarakterli olsa da dövlətlə vətəndaş arasında hakimiyyət tabeliyi prinsipinə əsaslanır və ümumi hüquq münasibətidir. Mülki hüquq mənasında öhdəlik münasibətləri isə bərabər hüquqlu tərəflər arasında yaranan xüsusi hüquq münasibətidir. Öhdəlik konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Buna görə də şərh olunan maddədə konkret subyektlər arasında, yəni kreditorla borclu arasında iqtisadi xarakterli konkret hüquq münasibətləri nəzərdə tutulmuşdur. Beləliklə, öhdəliyin predmeti pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Öhdəliyin anlayışından göründüyü kimi, onun predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların, görülmüş işlərin, göstərilmiş xidmətlərin verilməsi üzrə borclu şəxsin davranışı təşkil edir. Öhdəlik konkret şəxslərin əmlak dövriyyəsində davranışlarını müəyyənləşdirir. Bazar iqtisadiyyatı və azad sahibkarlıq şəraitində mülki dövriyyə iştirakçıları arasında xüsusilə çoxsaylı öhdəlik hüquq münasibətləri yaranır. Mülki qanunvericilikdə nəzərdə tutulan çoxsaylı öhdəliklər müəyyən göstəricilər üzrə sistemləşdirilirlər. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilələrdən əmələ gələn, müqavilədənkənar öhdəliklər və qanundan əmələ gələn öhdəliklərə ayrılırlar. Məzmununa görə öhdəliklər əmlakın mülkiyyətə və sair əşya hüququna verilməsi, əmlakın istifadəyə verilməsi, işlər görülməsi üzrə, xidmətlər göstərilməsi üzrə və s. öhdəliklərə ayrılırlar. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Şərh olunan maddədə göstərildiyi kimi öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi icra edilməməsi anlaşılır. Buraya öhdəliyin tamamilə icra edilməməsi ilə yanaşı, onun vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara yol verməklə və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi də aiddir. Borclunun öz öhdəliyini icra etməsi üzrə davranışı müqavilənin və qanunvericiliyin müddəalarına, bunlar olmadıqda işgüzar adətlərə və digər, adətən irəli sürülən tələblərə tam cavab verməlidir. Əks təqdirdə öhdəlik pozulmuş olur və öhdəliyin icra edilməməsi baş verir ki, bu da ciddi hüquqi nəticələrə səbəb olur. Bunlar barədə növbəti maddələrin şərhində geniş məlumat verilir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu özünün riski daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Borclu öz öhdəliklərinin hər bir təqsir pozuntusu üçün məsuliyyət daşıyır. Öhdəliyin təqsirli pozuntusu həm hərəkət, həmdə hərəkətsizlik nəticəsində baş verə bilər. Borclunun təqsiri isə həm qərəz, həmdə ehtiyatsızlıq formasında ola bilər. Borclu qərəz və ya kobud ehtiyatsızlıq nəticəsində öhdəliyin icra edilmədiyi üçün məsuliyyət daşımalı və onu məsuliyyətdən azad etmək olmaz. Məhkəmə hesab edir ki, mərhum X7 öz riski ilə müqavilə bağladığından, Cavabdeh həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, borclu yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə, kreditor qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Mülki Məcəllənin 421-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 21 sentyabr 2021-ci il tarixdə yarandığından Mülki Məcəllənin 739-cu və 741-ci maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsində deyilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 741-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin vərəsələrin kreditorlar qarşısında məsuliyyətindən bəhs edən 1306.1-ci maddəsində göstərilmişdir ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsində göstərilmişdir ki, əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarında Plenum hesab etmişdir ki, müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi üçün, ilk növbədə, mülki qanunvericiliyin öhdəlik hüququ, borc, zaminlik müqaviləsi, eləcə də vərəsəlik hüququ ilə bağlı bir sıra normaları təhlil edilməlidir. Öhdəlik hüquq münasibətləri əmlak xarakterlidir və səlahiyyətli şəxsin mənafeyi bilavasitə borclu şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsi ilə təmin olunur. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir. Müqavilədən yaranan öhdəliklərin növlərindən biri borc müqaviləsindən əmələ gələn öhdəliklərdir. Mülki Məcəllənin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Həmin Qərarın 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. X2 mülkiyyətində hər hansı bir daşınar və yaxud daşınmaz əmlakın olması və onun vərəsələri tərəfindən qəbul edilməsi məhkəmə tərəfindən müəyyən olunmamışdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddi-hüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Mülki Məcəllənin 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 6.6-cı bəndində qeyd olunmuşdur ki, iddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıb-azaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıb-razılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir. Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 15.000 (on beş min) manat məbləğində əsas borc və iddiaçı tərəfindən ödənilmiş 135 (bir yüz otuz beş) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 15.000 manat məbləğində əsas borc və iddiaçı tərəfindən ödənilmiş 135 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar