Məhkəmə qərarları › İş №2(024)-330/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-330/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-330/2023 05.07.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 330 (üç yüz otuz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məlumat verilmiş, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, onun qoyunçuluq təsərrüfatı vardır. Həmin təsərrüfatı Qax rayonu Ağyazı kəndində saxlayır. Qonşu binədə işləyən cavabdeh ondanxx.xx.2023-cü il tarixdə 300 manat borc pul almışdır. Həmin pulu isə 3-4 günə qaytaracağını bildirsə də, o, müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina edir. Belə olan halda o Qax rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək pulunun qaytarılmasına köməlkik edilməsini xahiş etmişdir. Lakin ona iş üzrə cinayət tərkibi olmadığı izah olunaraq məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Polis şöbəsində cavabdeh izahat yazaraq ona 300 manat borcunun olmasını etiraf etmişdir. Cavabdehin izahatını Polis şöbəsindən əldə etməyə çalışsa da, izahat ona deyil məhkəmə sorğusu əsasında məhkəməyə təqdim ediləcəyi bildirildi. Hazırda cavabdeh öhdəliklərini icra etmir. Bu səbəblərdən o məcbur olub bu iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Bundan əlavə o məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Həmin məbləği də cavabdehdən tələb edir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh 330 (üç yüz otuz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan məhkəmə sorğusu əsasında Qax RPŞ tərəfindən məhkəməyə təqdim olunan materiallara əlavə edilmiş Cavabdeh izahatından görünür ki, o İddiaçı 300 (üç yüz) manat borc pul aldığını etiraf etmişdir. İş materilalarında olan Qax RPŞ tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubun təsdiq olunmuş surətindən görünür ki, iddiaçıya Cavabdeh 300 manat pul tələbi ilə bağlı müraciətinə baxıldığı bildirilərək, həmin məsələ mülki xarakterli olduğundan məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətiundəın gröünür ki, İddiaçı Zaqatala rayonu Suvagil kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ümumilikdə 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə toplanmış materialları nəzərdən keçirib, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdə 300 (üç yüz) manat borc pul almış, həmin pulu tezliklə qaytaracağını bildirsə də, vədinə əməl etməmişdir. İddiaçı bununla bağlı Qax rayon Polis şöbəsinə ərizə ilə müraciət etmiş, müraciətlə bağlı araşdırma aparılmış, Cavabdeh polis şöbəsinə verdiyi izahatında həqiqətən də iddiaçıdan 300 (üç yüz) manat borc pul aldığını, lakin işləmədiyi üçün qaytara bilmədiyini göstərərək tezliklə qaytaracağını bildirmişdir. İddiaçı iş üzrə cinayət tərkibi olmadığı izah olunaraq məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Beləliklə də, Cavabdeh İddiaçı 300 (üç yüz) manat borcunun olması Qax RPŞ tərəfindən məhkəməyə təqdim edilmiş araşdırma materiallarına əlavə edilmiş Cavabdeh etirafedici izahatı ilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Həmin məbləğ də cavabdehdən alınıb iddiaçıya verilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə vəxidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 300 (üç yüz) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 300 (üç yüz) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar