Məhkəmə qərarları › İş №2(024)-338/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-338/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-338/2023 22.05.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Quliyev Elçin Feyzullah oğlunun katibliyi, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanında yaşayan Cavabdeh ona olan 1500 (bir min beş yüz) manat pul borcunun və onun Qax rayon Məhkəməsində iddia qaldırmaq üçün ödədiyi 35 (otuz beş) manat dövlət rüsumunun, cəmi 1535 (bir min beş yüz otuz beş) manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məlumat verilmiş, İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək Bakı şəhərində olduğu üçün məhkəməyə gələ bilmədiyini, iddianı müdafiə etdiyini göstərərək, məhkəmədən işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmişdir. İddiaçıiddia ərizəsində göstərmişdir ki, o Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsi, ev 10, mənzil 115-də yaşayır. 2022-ci ilin aprel ayında Cavabdeh ondan 1500 manat borc pul almış, həmin pulu tezliklə ödəyəcəyinə söz vermişdir. O, pulu Cavabdeh tələb etdikdə cavabdeh işləmədiyini və pulunun olmadığını bildirərək olanda verəcəyini bildirmişdir. Ona görə də, o məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ünvan 1 ünvanında yaşayan Cavabdeh ona olan 1500 (bir min beş yüz) manat pul borcunun və onun Qax rayon Məhkəməsində iddia qaldırmaq üçün ödədiyi 35 (otuz beş) manat dövlət rüsumunun, cəmi 1535 (bir min beş yüz otuz beş) manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İddiaçı 2022-ci ilin aprel ayında 1500 manat borc pul almışdır. Pulu tezliklə qaytarmaq niyyəti olsa da, maddi imkanı ilə əlaqədar iddiaçıya olan borcunu ödəyə bilməmişdir. İddianı qəbul edir, təmin edilməsinə etiraz etmir. İş materiallarında olan Cavabdeh tərəfindən yazılaraq imza edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, o İddiaçı 1500 (bir min beş yüz) manat borc aldığını göstərmişdir. İş materiallarında olan Cavabdeh şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, o ünvan 1-də yaşayır. İş materiallarında olan DİN-nin ******* nömrəli Arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsi, ev 10, mənzil 115-də yaşayır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ümumilikdə 35.40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə toplanmış materialları nəzərdən keçirib, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 2022-ci ilin aprel ayında İddiaçı 1500 manat borc pul almış, həmin pulu tezliklə ödəyəcəyinə söz vermişdir. Lakin cavabdeh vədini yerinə yetirməyərək iddiaçıya olan borcunu ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh yazaraq imzaladığı qəbzdə və məhkəmə iclasında verdiyi izahatında iddiaçıya 1500 (bir min beş yüz) manat borcunun olmasını etiraf etmişdir. Beləliklə də, Cavabdeh iddiaçı X1 1500 (bir min beş yüz) manat borcunun olması cavabdehin etirafedici izahatı və iddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi cavabdeh tərəfindən yazılaraq imzalanmış xx.xx.2023-cü il tarixli qəbzlə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə vəxidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1500 (bir min beş yüz) manat pul və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu, cəmi 1535 (bir min beş yüz otuz beş) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat pul və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu, cəmi 1535 (bir min beş yüz otuz beş) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar