Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-343/2023 26.05.2023 QAX RAYON MƏHKƏMƏSİ Qax rayon Məhkəməsinin hakimi Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ılə İddiaçı Cavabdeh qarşı “950 (doqquz yüz əlli) manat pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ona olan 860 (səkkiz yüz altmış) manat borc pulun, 30 (otuz) manat dövlət rüsumunun və 60 (altmış) manat xərclənmiş digər xərclərin, cəmi 950 (doqquz yüz əlli) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə göndərərək cavabdeh tərəfindən borcun ödənildiyini göstərərək mülki işin icraatına xitam verilməsini xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı ərizəsində göstərmişdir ki, cavabdeh X1 ona olan borcunu ödəmişdir. Hal-hazırda cavabdehin ona heç bir borcu yoxdur. Ona görə də, mülki işə məhkəmədə baxılmasını istəmir. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutlmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd olunan prosessual hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyi üçün və onun imtinası məhkəmə tərəfindən qəbul edildiyi üçün iş üzrə icraata xitam verilməli və İddiaçı iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli 12195 nömrəli qəbzlə ödədiyi 30(otuz) manat dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 114.2, 261.0.4, 262.1, 252.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı Cavabdeh qarşı “950 (doqquz yüz əlli) manat pul tələbi”nə dair mülki iş üzrə icraata xitam verilsin. "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli 12195 nömrəli qəbzlə ödədiyi 30(otuz) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Qax rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-343/2023
Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-343/2023
26.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver