Məhkəmə qərarları › İş №2(024)-354/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-354/2023

13.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-354/2023 13.06.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Cavabdeh iştirakı ilə. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin Cavabdeh qarşı “təbiətə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi”nə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh təbiətə dəymiş ziyanla bağlı 900 (doqquz yüz) manat məbləğində pulun alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin bank hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Cavabdeh təbiətə dəymiş ziyanla bağlı 990 (doqquz yüz doxsan) manat məbləğində pulun alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin bank hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, iddiaçının etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş lakin, məhkəməyə ərizə göndərərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və iddianı müdafiə etdiklərini göstərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi iddia tələbini onunla əsaslandırmışdır ki, 11 sentyabr 2022-ci il tarixdə Cavabdeh Samux rayonu istiqamətində Alazan çayının Mingəçevir su anbarına qovuşan hissəsində qanunsuz balıq tutmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş "Balıq və digər su bioresurslarının sənaye ovu Qaydaları"nın 2-ci bəndinin 2.5.1-ci yarımbəndinin tələblərini pozmuşdur. Yoxlama zamanı ondan 30 ədəd sıf balıqları aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Faktla bağlı vətəndaş Cavabdeh barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli 74653 saylı Akt tərtib olunmuşdur. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 272.1 maddəsi ilə protokol tərtib edilmiş və barəsində fiziki şəxs qismində 700 (yeddi yüz) manat məbləğində inzibati tənbeh vermə haqqında cərimə Qərarı çıxarılmışdır və qüvvədədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş "Balıq və digər su bioresurslarının sənaye ovu Qaydalarımın 2-ci bəndinin 2.5.1-ci yarımbənə əsasən balıqovlama biletləri olmadan sənaye məqsədləri ilə balıqların ovlanması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 146 nömrəli Qərarı ilə təsdiq edilmiş, "Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri,dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr'ln 10- cu bəndinə əsasən ölçüsündən və çəkisindən asılı olmayaraq 1 ədəd balığa vurulmuş ziyan şərti maliyyə vahidinin (1 man 10 qəpik) balıq növləri üçün müəyyən edilmiş əmsallara (dərəcələrə) vurulması yolu ilə hesablanır. Vətəndaş Cavabdeh tərəfindən balıq ehtiyatlarına vurulan ziyanın məbləği "Balıqçılıq haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə , Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 146 nömrəli qərarının 10-cu bəndinə əsasən 1 ədəd “Sıf” balığının ovlanması nəticəsində təbiətə dəymiş ziyanın məbləği 33 manat təkil edir. Həmin qərara uyğun olaraq aparılmış hesabata əsasən Cavabdeh tərəfindən qanunuz olaraq ovlanmış 30 ədəd sıf balığına görə təbiətə vurulmuş ziyan 990 manat təşkil edir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh təbiətə dəymiş ziyana görə 990 (doqquz yüz doxsan) manat məbləğində pulun alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin bank hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, o balıqçı deyil və həmin balıqları o tutmamışdır. O həmin əraziyə apardığı ərzağa görə həmin balıqları ona pay vermişlər. xx.xx.2023-cü il tarixdə İXM-nin 272.1-ci maddəsi ilə onu inzbati qaydada 700 manat cərimə etmişlər. Həmin qərardan şikayət verməmişdir. O balıq tutan deyil lakin, balıq satışı ilə məşğuldur. Göstərdiklərini nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati qaydada 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli № 74653 saylı Akta əlavə edilmiş cədvəldən görünür ki, 1 ədəd sıf balığı 33 manat olmaqla 30 ədəd sıf balığının qanunsuz ovlanması nəticəsində Cavabdeh təbiətə vurduğu ziyanın məbləği 990 (doqquz yüz doxsan) manat hesablanmışdır. İş materiallarını nəzərdən keçirib, cavabdehin izahatını dinləyib məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 11 sentyabr 2022-ci il tarixdə Cavabdeh Samux rayonu istiqamətində Alazan çayının Mingəçevir su anbarına qovuşan hissəsində qanunsuz balıq tutmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş "Balıq və digər su bioresurslarının sənaye ovu Qaydaları"nın 2-ci bəndinin 2.5.1-ci yarımbəndinin tələblərini pozmuşdur. Yoxlama zamanı ondan 30 ədəd sıf balıqları aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Faktla bağlı vətəndaş Cavabdeh barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli 74653 saylı Akt tərtib olunmuşdur. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 272.1 maddəsi ilə protokol tərtib edilmiş və barəsində fiziki şəxs qismində 700 (yeddi yüz) manat məbləğində inzibati tənbeh vermə haqqında cərimə Qərarı çıxarılmışdır və qüvvədədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş "Balıq və digər su bioresurslarının sənaye ovu Qaydalarımın 2-ci bəndinin 2.5.1-ci yarımbənə əsasən balıqovlama biletləri olmadan sənaye məqsədləri ilə balıqların ovlanması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 146 nömrəli Qərarı ilə təsdiq edilmiş, "Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri,dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr'ln 10- cu bəndinə əsasən ölçüsündən və çəkisindən asılı olmayaraq 1 ədəd balığa vurulmuş ziyan şərti maliyyə vahidinin (1 man 10 qəpik) balıq növləri üçün müəyyən edilmiş əmsallara (dərəcələrə) vurulması yolu ilə hesablanır. Vətəndaş Cavabdeh tərəfindən balıq ehtiyatlarına vurulan ziyanın məbləği "Balıqçılıq haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə , Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 146 nömrəli qərarının 10-cu bəndinə əsasən 1 ədəd “Sıf” balığının ovlanması nəticəsində təbiətə dəymiş ziyanın məbləği 33 manat təkil edir. Həmin qərara uyğun olaraq aparılmış hesabata əsasən Cavabdeh tərəfindən qanunuz olaraq ovlanmış 30 ədəd sıf balığına görə təbiətə vurulmuş ziyan 990 manat təşkil edir. Məhkəmə iclasında iddia tələbi işin faktiki halları və işdə olan digər əsaslı və mötəbər sübutlarla sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh təbiətə dəymiş ziyana görə 990 (doqquz yüz doxsan) manat məbləğində pul alınaraq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin bank hesabına köçürülməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Cavabdeh təbiətə dəymiş ziyana görə 990 (doqquz yüz doxsan) manat məbləğində pul alınsın və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin bank hesabına köçürülsün. Qətnamədən təqdim olunduğu (alındığı) andan 1(bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar