Məhkəmə qərarları › İş №2(024)-377/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-377/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-377/2023 12.06.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlu, iddiaçı TuranBank ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair” iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı TuranBank ASC-nin “Zaqatala” filialı iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 546/GK/07-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi; İddiaçı TuranBank ASC-nin “Zaqatala” filialı iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 546/GK/07-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan 4261.21 (dörd min iki altmış bir manat iyirmi bir qəpik) manat əsas borcu və 75.63 (yetmiş beş manat altmış üç qəpik) manat faiz, 16.93(on altı manat doxsan üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 4353.77 (dörd min üç yüz əlli üç manat temiş yeddi qəpik) manat borcun və tərəfimizdən ödənilmiş 63.54 (altmış üç manat əlli dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən (borclu- Cavabdeh1, zaminlər-Cavabdeh2 və Cavabdeh3) birgə qaydada tutularaq iddiaçı TuranBank ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçı TuranBank ASC “Zaqatala” filialı ilə Cavabdeh1 ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli İK № 546/GK/07-19 saylı kredit müqaviləsi üzrəillik faiz dərəcəsi 1%, güzəşt müddəti 12 ay olmaqla, 60 müddətinə 5143.92 (beş min yüz qırx üç manat doxsan iki qəpik) manat məbləğində kredit verilmişdir. Öhdəliyin təminatı olaraq Cavabdeh1, TuranBank ASC, Cavabdeh2 və X2 arasında xx.xx.2019-cu il tarixli,546/GK/07-19 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”-nin şərlərinə cavabdehlər tərəfindən əməl edilməmiş, borcun qaytarılmasına dair öhdəlik vaxtında və lazımi qaydada icra edilməmişdir. Cavabdeh1 xx.xx.2023-cü il tarixinə TuranBank ASC-yə 4261.21 (dörd min iki yüz altmış bir manat iyirmi bir qəpik) manat əsas, 75.63(yetmiş beş manat altmış üç qəpik) manat faiz, 16.93 (on altı manat doxsan üç qəpik) manat cərimə borcu olmaqla, cəmi borcu 4353.77 (dörd min üç yüz əlli üç manat yetmiş yeddi qəpik) manat təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 546/GK/07-19 saylı kredit müqaviləsinin 2.3 bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 0.1% olmaqla, 5 ildən cox olmamaq şərtilə cərimə faizi ödəyir. 3.1-ci bəndinə əsasən tərəflər razılaşır ki, hazırki kredit müqaviləsi üzrə borcalana veriləcək kredit məbləği xx.xx.2014-cü il tarixli 481f/14 saylı kredit müqaviləsi üzrə 360 gündən çox müddətə vaxtı keçmiş 5143.92 ( beş min yüz qırx üç manat doxsan iki qəpik) manat məbləğində kredit borcunun silinməsiə yönəldiləcəkdir və hazırki kreditin məqsədi məhz qeyd edilən kredit müqaviləsi üzrə qalıq kredit borcunun restrultruziyasiyası edilərək ödənilməsindən ibarətdir. 4.1.2-ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradara, Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 4.1.4-cü bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalan digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. Tərəflər arasında bağlanmış zaminlik müqavilısinin 2.4-cü bəndinə əsasən Borcalanın Bank qarşısında öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən bütün zərərlərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin Bank qarşısında Borcalan ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 28 aprel 2023-cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş və həmin tarixdə məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” SS840729372AZ №-li, SS840729528AZ №-li, SS840729531AZ №-li sifarişli xəbərnaməndən görunur ki, cavabdehlər məhkəmə bildirişini xx.xx.2023-cü il, tarixdə qəbul etmiş, lakin alındığı tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. İş materiallarından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixinə TuranBank ASCyə 4261.21 (dörd min iki yüz altmış bir manat iyirmi bir qəpik) manat əsas, 75.63(yetmiş beş manat altmış üç qəpik) manat faiz, 16.93 (on altı manat doxsan üç qəpik) manat cərimə borcu olmaqla, cəmi borcu 4353.77 (dörd min üç yüz əlli üç manat yetmiş yeddi qəpik) manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.4-cü maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyin icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı TuranBank ASC-nin “Zaqatala” filialı iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 546/GK/07-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməli; İddiaçı TuranBank ASC-nin “Zaqatala” filialı iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 546/GK/07- 19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan 4261.21 (dörd min iki altmış bir manat iyirmi bir qəpik) manat əsas borcu və 75.63 (yetmiş beş manat altmış üç qəpik) manat faiz, 16.93(on altı manat doxsan üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 4353.77 (dörd min üç yüz əlli üç manat temiş yeddi qəpik) manat borcun və tərəfimizdən ödənilmiş 63.54 (altmış üç manat əlli dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən (borclu- Cavabdeh1, zaminlər-Cavabdeh2 və Cavabdeh3) birgə qaydada tutularaq iddiaçı TuranBank ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 425.1, 427.3, 442, 443.1, 445.2.1, 448.1, 449.1, 449.4, 462.12, 472.4 və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı TuranBank ASC-nin “Zaqatala” filialı iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 546/GK/07-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilsin; İddiaçı TuranBank ASC-nin “Zaqatala” filialı iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 546/GK/07-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan 4261.21 (dörd min iki altmış bir manat iyirmi bir qəpik) manat əsas borcu və 75.63 (yetmiş beş manat altmış üç qəpik) manat faiz, 16.93(on altı manat doxsan üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 4353.77 (dörd min üç yüz əlli üç manat temiş yeddi qəpik) manat borcun və tərəfimizdən ödənilmiş 63.54 (altmış üç manat əlli dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən (borclu- Cavabdeh1, zaminlər-Cavabdeh2 və Cavabdeh3) birgə qaydada tutularaq iddiaçı TuranBank ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar