Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-397/2023 22.06.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansuer Məhəmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 5200 (beş min iki yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, Cavabdeh iddianı qəbul etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstrədi ki, Cavabdeh onun iş yoldaşıdır. Cavabdeh 2019-cu ildə ondan öz adına kredit götürərək həmin kredit məbləğini ona borc şəklində verməsini xahiş etmiş, əvəzində aylıq kredit ödənişləri məbləğində pulu faktiki olaraq ona ödəyəcəyini vəd etmişdir. O, cavabdehin səmimiyyətinə inanaraq xx.xx.2019-cu il tarixdə "xxxx" ASCdən illik 26,4% dərəcəsi ilə 3560 manat məbləğində kredit götürmüş və həmin gün kredit məbləğinin bütün hissəsini borc şəklində vermişdir. Lakin o, aylıq kredit ödənişləri məbləğində pulu ona ödəməkdən yayındığı üçün həmin kredit ödənişlərini öz maddi vəsaiti hesabına ödəməyə məcbur olmuşdur. 36 ay ərzində faizlər ilə birlikdə ümumi olaraq 5200 manat məbləğində kredit ödənişi həyata keçirmişdir. 28 oktyabr 2022-ci ildə kreditin ödənilməsi sona çatmış və bu müddətə qədər cavabdeh tərəfindən ona heç bir ödəniş olunmamışdır. Dəfələrlə cavabdehdən verdiyi borcun qaytarılmasını tələb etmiş, cavabdeh müxtəlif bəhanələrlə pulu ödəyəcəyini bildirsə də indiyə qədər pulu ödəməkdən yayınır. Qeyd etdiyi səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh 5200 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İddiaçı 3600 manat borc pul almışdır. İddiaçı həmin məbləği ona bankdan kredit götürərək vermişdir. Maddi imkanı ilə əlaqədar iddiaçının ona verdiyi pulu ödəyə bilməmiş, iddiaçı ümumilikdə 5200 manat olan krediti məbləğini özü ödəməli olmuşdur. İddiaçıya 5200 manat borcu olduğunu qəbul edir. İddianın təmin edilməsinə etiraz etmir. İş materiallarında olan Cavabdeh tərəfindən yazılaraq imza edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, o İddiaçı olan borcunu qəbul etmiş, həmin borcu ödəyəcəyinə söz vermişdir. İşə əlavə edilmiş İddiaçı tərəfindən “KapitalBank”-dan götürülmüş kreditə dair sənədlərdən görünür ki, həmin kreditini son ödəniş gününə ödənilməli olan ümumi məbləğ 5200 manat təşkil edir. İş materiallarında olan Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Qax rayonunun Cəlayir kəndində qeydiyyatdadır. İş materiallarında olan Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Qax rayonunun Cəlayir kəndində qeydiyyatdadır. İş materiallarında olan tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ümumilikdə 72 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə toplanmış materialları nəzərdən keçirib, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-dən illik 26,4% dərəcəsi ilə 3560 manat məbləğində kredit götürmüş və həmin məbləği Cavabdeh borc vermişditr. Cavabdeh aylıq kredit ödənişlərini iddiaçının əvəzindən həyata keçirməmiş, həmin məbləğ iddiaçı tərəfindən faizləri ilə birlikdə ödənilərək 5200 manat təşkil etmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh yazaraq imzaladığı qəbzdə və məhkəmə iclasında verdiyi izahatında iddiaçıya 5200 manat borcunun olduğunu etiraf etmişdir. Beləliklə də, Cavabdeh İddiaçı 5200 manat borcunun olması cavabdehin etirafedici izahatı və iddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi cavabdeh tərəfindən yazılaraq imzalanmış xx.xx.2023-cü il tarixli qəbzlə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə vəxidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5200 (beş min iki yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5200 (beş min iki yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-397/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-397/2023
22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver