Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-398/2023 28.07.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona dəymiş 95 manat ziyanı və iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun Qax rayonu Əmircan kənd sakini Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, o ailəsi ilə birlikdə Qax rayonu Əmircan kəndində yaşayır. 3 il olar ki, Qax rayonu Əmircan kənd sakinindən 0.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi almışdır. Lakin aldığı gündən pul verib aldığı torpaq sahəsini istifadə edə bilmir. Qax rayon Məhkəməsinin qərarı ilə həmin torpaq sahəsini Cavabdeh zəbt etdiyi ortaya çıxmışdır. O, 95 manat ekspertiza xərci ödəmişdir. Ödədiyi ekspertiza xərcini cavabdehdən tələb edir. Bundan əlavə məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən cavabdehin məcburi qaydada çıxarılması, ona dəymiş 95 manat ziyanı və iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun Qax rayonu Əmircan kənd sakini Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Qax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(024)-32/2022 saylı qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh İddiaçı mülkiyyətində olan Qax rayonu Əmircan kəndində yerləşən 0.4164 ha torpaq sahəsinin 0.3464 ha hissəsindən məcburi qaydada çıxarılması və Cavabdeh maddi ziyana görə 500 manat və 20 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi və Cavabdeh iş üzrə 50 (əlli) manat ekspertiza xərci alınıb müvafiq hesaba ödənilməsi qət edilmişdir. İş materiallarında olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Qax rayonu kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş “Kapital Bank”a məxsus mədaxil qəbzindən görünür ki, İddiaçı ƏMDK yanında DƏDRX-nin 12 saylı ərazi idarəsinin hesabına mütəxəssis rəyinin verilməsi üçün tələb olunan 95 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Qax rayonunun Əmircan kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə toplanmış materialları nəzərdən keçirib, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(024)-32/2022 saylı qətnaməsinə əsasən Cavabdeh İddiaçı mülkiyyətində olan Qax rayonu Əmircan kəndində yerləşən 0.4164 ha torpaq sahəsinin 0.3464 ha hissəsindən məcburi qaydada çıxarılması və Cavabdeh maddi ziyana görə 500 manat və 20 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi və Cavabdeh iş üzrə 50 (əlli) manat ekspertiza xərci alınıb müvafiq hesaba ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Məhkəmə, iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün məhkəmə torpaqşünaslıq ekspertizası təyin etmiş, iddiaçı tərəfindən ekspert rəyinin verilməsi üçün ƏMDK yanında DƏDRX-nin hesabına 95 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırda ödədiyi mütəxəssis rəyinin verilməsi üçün ödədiyi 95 manat dövlət rüsumunun və hazlrki iddia tələbi ilə məhkəməyə müraciət etdiyinə görə ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Beləliklə iddia tələbi işin faktiki halları, iş materialları və iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş “Kapital Bank”a məxsus xx.xx.2022-ci il tarixli mədaxil qəbzi ilə sübuta yetirilmişdir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 95 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 95 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-398/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-398/2023
28.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver