Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-399/2023 06.07.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 2700 manat bağı almaq üçün verdiyi pul, 1200 manat maddi ziyan və iddia qaldırmaq üçün ödədiyi 59 manat dövlət rüsumunun-cəmi 3959 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə teleqram göndərərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı müdafiə etdiyini göstərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə etiraz ərizəsi göndərərək iddianı qəbul etmədiyini göstərmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 2017-ci il tarixdə Qax rayonu Cəlayir kəndindən fındıq bağ sahəsi almaq istəyərkən həmin kənd sakini Cavabdeh ilə 0.18 ha fındıq bağı sahəsi almaq üçün razılaşmışlar. Şahidlərin iştirakı ilə 2017-ci il tarixdə Cavabdeh 3000 manat almaq şərtilə özü və ailəsinə məxsus 0.1846 ha fındıq bağ sahəsini ona satmışdır. O, həmin vaxtdan bəri həmin fındıq bağ sahəsinə baxıb qulluq edir.Torpağın sənədi olmadığı üçün sənədləşdirə bilməmişdir. Lakin ona dəfələrlə desə də verəcəyini demişdir. Sonuncu dəfə dedikdə fındıq bağını ona satmadığını və bağı geri qaytaracağını bildirmişdir. O, 6 ildir ki, həmin bağa qulluq etmişdir. Bağı alarkən 150 manat verib oranı tamamilə kol-kosdan təmizlətdirmişdir. Hər il 3 torba gübrə olmaqla ümumilikdə 18 torba-50 manat= 900 manat, şumlamaq üçün 50 manat vermişdir. Ümumilikdə 2700 manat ödədiyi bağı almaq üçün verdiyi pul və 1200 manat maddi ziyan tələb edir. Belə olan halda o məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan əlavə o məhkəmədə iddia qaldırmaq üçün 59 manat dövlət rüsumu ödəmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən 2700 manat bağı almaq üçün verdiyi pul, 1200 manat maddi ziyan və iddia qaldırmaq üçün ödədiyi 59 manat dövlət rüsumunun-cəmi 3959 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etirazında göstərmişdir ki. o İddiaçı tanımır və iddiaçının da ona məxsus bağı tandığına inanmır. İddiaçı bir-neçə ildir ki Qax şəhərindən çıxıb getmişdir və yaşayış yerini dəyişdiyi üçün bağa gübrə verə bilməzdi. Onun pul aldığı şəxs bağdan istifadə etdiyi 6 il ərzində ona verdiyi pulun əvəzini artıqlaması ilə çıxarmışdır. İddiaçı ilə ona pul verən Loğman Məmmədov arasında hansı razılıq olduğunu və başqa məsələləri o bilmir. İddiaçı ona qarşı iddia qaldıra bilməz. Əgər iddiaçının iddiası varsa Loğman Məmmədova qarşı qaldırmalı idi. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Qax RİHB-nın Sarıbaş kənd İƏD-si üzrə nümayəndəliyində təsdiq olunmuş və Cavabdeh, İddiaçı Fəyaz qız, X1 Yunus Həsən oğlu tərəfindən imzalanmış Akt-dan görünür ki, həmin aktda Qax rayonunun Cəlayir kənd sakini Cavabdeh ona məxsus 1846.68 kv.m fındıq bağı sahəsini əvvəlcədən razılşama əsasında hər iki tərəfin sonradan heç bir iddiası olmadan 3000 (üç min) manata alıcı qismində olan Qax şəhər sakini İddiaçı satmağa razılaşmışlar. Həmin məbləğin 2700 (iki min yeddi yüz) manatı Cavabdeh ödənilir, qalan 300 (üç yüz) manatı sənədləşmə işləri başa çatdırıldıqdan sonra İddiaçı ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Qax şəhəri, M.Ə.Rəsulzadə küçəsi, döngə 2, ev 3-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Qax rayonu Sarıbaş kəndində qeydiyytadadır. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli, № **********, saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 59 (əlli doqquz) manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qax rayonu Sarıbaş kənd İƏD-si üzrə nümayəndəliyində tərtib edilmiş və nümayəndəliyin möhürü ilə təsdiq edilmiş Cavabdeh, İddiaçı Fəyaz qız, X1 Yunus Həsən oğlu tərəfindən imzalanmış Akt-dan müəyyən edili ki görünür ki, həmin aktda Qax rayonunun Cəlayir kənd sakini Cavabdeh ona məxsus 1846.68 kv.m fındıq bağı sahəsini əvvəlcədən razılaşma əsasında hər iki tərəfin sonradan heç bir iddiası olmadan 3000 (üç min) manata alıcı qismində olan Qax şəhər sakini İddiaçı satmağa razılaşmış, həmin məbləğin 2700 (iki min yeddi yüz) manatı Cavabdeh ödənilmiş, qalan 300 (üç yüz) manatı sənədləşmə işləri başa çatdırıldıqdan sonra İddiaçı ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh Əlibaba Əhmədov sözügedən bağ sahəsini geri tələb etmiş və iddiaçı geri qaytarmışdır. Tərəflər arasında həmin mübahisə ilə bağlı razılıq əldə edilmədiyi üçün İddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə işin faktiki hallarına və iş materiallarında olan sübutlara qiymət verərək hesab edir ki, 2700 (iki min yeddi yüz) manat pul tələbində iddiaçı haqlıdır. Belə ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, tələbin həmin hissəsi iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi Qax rayonu Sarıbaş kənd İƏD-də tərtib edilmiş və nümayəndəliyin möhürü ilə təsdiqlənmiş Aktla birbaşa sübuta yetirilmişdir. İddiaçı ona 1200 manat maddi ziyan dəydiyini göstərsə də, bununla bağlı məhkəməyə əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasənn qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırlmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2700 (iki min yeddi yüz) manat borc pul və 59 (əlli doqquz) manat dövlət rüsumu, cəmi 3059 (üç min əlli doqquz) manat pul alınıb İddiaçı verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2700 (iki min yeddi yüz) manat borc pul və 59 (əlli doqquz) manat dövlət rüsumu, cəmi 2759 (iki min yeddi yüz əlli doqquz) manat pul alınıb İddiaçı verilsin. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-399/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-399/2023
06.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver