Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-4/2024 15.03.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Cavabdeh2 hüquqi varisi Cavabdeh5 və Cavabdeh1 iştirakı ilə. İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 hüquqi varisi Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cəmi 6142.78 (altı min bir yüz qırx iki manat 78 qəpik) manat, bundan 2385.06 (iki min üç yüz səksən beş manat 6 qəpik) manat əsas, 990.62 (doqquz yüz doxsan manat 62 qəpik) manat faiz, 2144.39 (iki min bir yüz qırx dörd manat 39 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 622.71 (altı yüz iyirmi iki manat 71 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birgə qaydada iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mərhum Cavabdeh3 barəsində Qax rayon notariat ofisində vərəsəlik işinin açılmadığı, onun vərəsələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədiyi müəyyən olunmuşdur. Digər mərhum (əsas borclu) Cavabdeh2 vəfatından sonra onun sağ olan və mübahisə edilən hüquq münasibəti üzrə onun yuxarıda qeyd olunan vərəsəsi Cavabdeh5 cavabdeh qismində cəlb edilmişdir. İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 14 noyabr 2013-cü il tarixli, 362/013 №-li kredit müqaviləsinə əsasən cavabdehə ev təmiri məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 və Cavabdeh3 ilə Bank arasında 14 noyabr 2013-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş səxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 11.3-cü bəndinə əsasan borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2018-ci il tarixli, **********290 nömrəli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bankla tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam, cavabdehlər isə həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər cədvəlin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 xx.xx.2021-ci il tarixə kredit üzrə cəmi borcu 6142.78 altı min bir yüz qırx iki manat, 78 qəpik) manat təşkil edir. Bundan 2.385,06 (iki min üç beş manat, 6 qəpik) manat əsas, 990.62 (doqquz yüz doxsan manat, 62 qəpik) faiz, 2144.39 (iki min yüz qırx dörd manat, 39 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cii il tarixli Plenum qərarına əsasən hesablanmış 622.71 (altı yüz iyirmi iki manat, 71 qəpik) manat faiz borcu təşkil edir Göstərdiklərini nəzərə alaraq məhkəmədən cəmi 6142.78 (altı min bir yüz qırx iki manat 78 qəpik) manat, bundan 2385.06 (iki min üç yüz səksən beş manat 6 qəpik) manat əsas, 990.62 (doqquz yüz doxsan manat 62 qəpik) manat faiz, 2144.39 (iki min bir yüz qırx dörd manat 39 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 622.71 (altı yüz iyirmi iki manat 71 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birgə qaydada iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 hüquqi varisi Cavabdeh5 məhkəmə iclasında izahat verərək göstərdi ki, iddianı qəbul etmir. Həmin krediti bankdan atası Cavabdeh2 götürmüşdür. Atası kredit götürdükdən bir müddət sonra ölmüşdür. Həm də iddiaçı tərfindən iddia müddəti ötürülmüşdür. Göstərdiklərini nəzərə alaraq məhkəmədən iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin onlardan borc pul tələbinə dair iddia tələbinə iddia müddətinin şamil edilməsi və iddia əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək göstərdi ki, o da iddianı qəbul etmir. Həmin krediti bankdan qardaşı X1 götürmüşdür. O da zamin durmuşdur. Qardaşı kredit götürdükdən bir müddət sonra ölmüşdür. Digər Cavabdeh3 da ölmüşdür. İddiaçı tərfindən iddia müddəti ötürülmüşdür. İddianı qəbul etmir. Rədd edilməsini xahiş edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 14 noyabr 2013-cü il tarixli, 362/013 №-li kredit müqaviləsindən görünür ki, cavabdehə ev təmiri məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh3 arasında 14 noyabr 2013-cü il tarixdə bağlanmış Zaminlik müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki,afizov Adil Babası oğluna kredit verilərkən ilə həmin şəxslər müqavilənin 2.2-ci bəndinə əsasən kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıması barədə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubundan və xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh2 hüquqi varisi Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 kredit müqaviləsi üzrə borclarını ödəmələri tələb olunmuş, borclarını ödəməyəcəkləri təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 23 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, cəmi iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış müqavilə əsasında onun banka olan 2385.06 (iki min üç yüz səksən beş manat 6 qəpik) manat əsas, 990.62 (doqquz yüz doxsan manat 62 qəpik) manat faiz, 2144.39 (iki min bir yüz qırx dörd manat 39 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 622.71 (altı yüz iyirmi iki manat 71 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla ümimilikdə borcu 6142.78 (altı min bir yüz qırx iki manat 78 qəpik) manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 hüquqi varisi Cavabdeh5 və Cavabdeh1 məhkəməyə təqdim etdiyi ərizələrdən görünür ki, onlar məhkəmədən iddiaçının onlardan borc pul tələbinə dair iddia tələbinə iddia müddətinin şamil edilməsi və iddia əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə Cavabdeh2 hüquqi varisi Cavabdeh5 və Cavabdeh1 cavabdehlərin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsini və işdə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 14 noyabr 2013-cü il tarixli, 362/013 №-li kredit müqaviləsi 24 (iyirmi dörd) ay müddətinə bağlanmışdır. Həmin müqavilənin müddəti xx.xx.2015-ci il tarixdə bitmişdir. Deməli həmin müqavilənin icra müddəti xx.xx.2015-ci tarixədək müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001- ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Eyni zamanda, iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Yenə həmin qərarda qeyd edilmişdir ki, kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq, hazırki iş üzrə iddia müddətinin ötürülməsi nəticəsinə gələrək hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 14 noyabr 2013-cü il tarixli, 362/013 №-li kredit müqaviləsinin müddəti xx.xx.2015-ci il tarixdə bitdiyindən kredit üzrə yaranmış borcun qaytarılması ilə əlaqədar iş üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edildiyindən iddia müddətinin axımı xx.xx.2015-ci il tarixdən başlamış və xx.xx.2018-ci il tarixdə başa çatmışdır. İddiaçı isə cavabdehlərə qarşı iddianı xx.xx.2021-ci il tarixdə, yəni iddia müddəti başa çatdıqdan təxminən 02 il 03 ay sonra qaldırmışdır. Məhkəmə həmçinin qeyd edir ki, 14 noyabr 2013-cü il tarixli, 362/013 №-li kredit müqaviləsi üzrə kredit götürən zamin Cavabdeh1 kreditor qarşısında borclu ilə eyni həcmdə, qarşılıqlı olaraq məsuliyyət daşıyan şəxsdir. Mərhum Cavabdeh3 barəsində isə Qax rayon notariat ofisində vərəsəlik işinin açılmadığı, onun vərəsələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədiyi müəyyən olunmuşdur. Kredit müqaviləsi 2 il müddətinə bağlanmış, müqavilənin müddəti xx.xx.2015-ci il tarixdə başa çatmışdır. Borclular zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (Mülki Məcəllənin 472.1. və 472.2. maddələri). Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2012-ci il tarixli qərarı). Həmçinin həmin qərarda qeyd edilmişdir ki, kreditor qarşısında zaminlik öhdəliyinin əmələ gəlməsinin özünəməxsus əsası vardır. Belə ki, zaminlik müqaviləsinin bağlanması nə zaminin, nə də kreditorun hüquq və öhdəliklərinin yaranmasına səbəb olmur. Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır. Zaminlik müqaviləsinin bağlanması ilə həmin öhdəlik yaranmadığından, zamin bu hüquqi faktın (yəni borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə) yaranmasına qədər öhdəliyin icra edilməsinə yönəlmiş hər hansı hərəkət edə bilməz. Mülki Məcəllənin 477.0.4. maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Müqavilə müddətinin başa çatmasına baxmayaraq, iddiaçının zaminlərə qarşı öhdəliyin icrası tələbini irəli sürmək hüququnu MM-nin 477.0.4. maddəsinin tələbinə əsasən itirmişdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdehlər isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki halda məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2013-cü il tarixli müqaviləni vaxtında mübahisələndirməmiş və iddia müddətini heç bir üzrlü səbəb olmadan ötürmüşdür. Eyni zamanda iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinin 13.2-ci bəndində qeyd edilmişdir ki, zaminlik müqaviləsinin qüvvədə olma müddəti borcalanın kreditorla bağladığı 14 noyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini, faizləri, ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzini, dəbbə pulunu və həmçinin borcalanın öz vəzifələrini vaxtında və düzgün yerinə yetirilməməsi səbəbindən yaranan sair ziyanlar kreditora ödənilənədəkdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 hüquqi varisi Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 qarşı “cəmi 6142.78 (altı min bir yüz qırx iki manat 78 qəpik) manat, bundan 2385.06 (iki min üç yüz səksən beş manat 6 qəpik) manat əsas, 990.62 (doqquz yüz doxsan manat 62 qəpik) manat faiz, 2144.39 (iki min bir yüz qırx dörd manat 39 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 622.71 (altı yüz iyirmi iki manat 71 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 hüquqi varisi Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 birgə qaydada alınıb iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi tələbi”nə dair iddiası iddia müddəti keçdiyindən rədd edilməli, iddiaçının məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30(otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 hüquqi varisi Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 qarşı “cəmi 6142.78 (altı min bir yüz qırx iki manat 78 qəpik) manat, bundan 2385.06 (iki min üç yüz səksən beş manat 6 qəpik) manat əsas, 990.62 (doqquz yüz doxsan manat 62 qəpik) manat faiz, 2144.39 (iki min bir yüz qırx dörd manat 39 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 622.71 (altı yüz iyirmi iki manat 71 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 hüquqi varisi Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 birgə qaydada alınıb iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi tələbi”nə dair iddiası iddia müddəti keçdiyindən rədd edilsin. İddiaçının məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30(otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-4/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-4/2024
15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver