Məhkəmə qərarları › İş №2(024)-405/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-405/2023

02.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-405/2023 02.08.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh X9in, X3 Baqratoviçin iştirakı ilə. İddiaçı cavabdeh X2rşı “dəymiş maddi ziyan tələbi” nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona dəymiş 5000 manat maddi ziyanın və onun iddia qaldırmaq üçün ödədiyi 70 manat dövlət rüsumunun Qax rayonu Qax-ingiloy kənd sakini X4 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, cavabdeh X9 iddianı qismən qəbul etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, o ailəsi ilə birlikdə Qax rayonu Qax-İngiloy kəndində yaşayır. Onun Qax rayonu Qax-İingiloy kəndində 0.20 ha torpaq sahəsi vardır. X10 Yasonoviç və anası X1 0.40 ha miras torpaq qalmışdır. Bundan əlavə 3.0 ha topraq sahəsini kənd bələdiyyəsindən icarəyə götürüb oraya taxil əkmişdir. Hər bir sahəyə o nəzarət edir. Həmin torpaq sahələrinə "xxxx" MMC-dən kq 1 manat olan 700 kq arpa toxumu almışdır. Lakin həmkəndlisi X9 3.52 ha torpaq sahəsini bütövlükdə əkmişdir. Bununla ona 5000 manat ziyan vurmuşdur. Bundan sonra o dərhal DAİM-nə şikayət etmiş və ona dəymiş ziyanla bağlı həmin biçilməmiş arpa sahəsinə komisiya göndərilməsini xahiş etmişdir. Həmin idarənin əməkdaşları tərəfindən gəlib yerində baxış keçirilmiş, arpa sahəsinə görə ona dəymiş ziyanı 7000 kq hesablanmışdır. Hal-hazırda arpa 1 kq qiyməti (0.50-qəpik ) qəpikdir. O, bununla bağlı cavabdehə dəfələrlə desə də o həmin sahəni şumlamaq üçün 150 manat, mala (ruşulnik) üçün 75 manat, taxil səpmək üçün 75 manat, 700 kq arp - 1 manat = 700 manat, 900 kisə gübrə-810 manat və 3.52 ha torpaq sahəsindən 7000 kq məhsul əldə edəcəkdi. Belə olan halda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan əlavə o məhkəmədə iddia qaldırmaq üçün 50 manat dövlət rüsumu ödəmişdir. Qax rayon Polis şöbəsinin materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə onlara dəymiş ziyanın cavabdeh tərəfindən vurulduğu müəyyən edilmişdir. Cavabdeh qəsdən mal-qaranı sahibsiz buraxaraq ona ziyan vurmuşdur. Lakin cavabdeh onlara vurduğu ziyanı könüllü olaraq ödəmək istəməmişdir. Cavabdehə məxsus mallar dəfələrlə onlara məxsus yonca sahəsinə girmiş, bu barədə xəbərdarlıq etməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ona dəymiş 5000 manat maddi ziyanın və onun iddia qaldırmaq üçün ödədiyi 70 manat dövlət rüsumunun Qax rayonmu Qax-ingiloy kənd sakini X4 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X9 izahat verərək göstərdi ki, sözügedən torpaq sahəsini həqiqətən də əkmişdir. O, həmin torpaq sahəsini bələdiyyə mülkiyyəti hesab etdiyindən bunu etmiş, iddiaçıya məxsus olmasını bilməmişdir. İddiaçıya 5000 manat maddi ziyan vurmamışdır. İddianı qismən yəni 1000 manata dair hissədə qəbul edir. İş materiallarına əlavə edilmiş JN-1002, KOD 40309005 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Qax-İngiloy kəndində yerləşən 0.40 ha torpaq sahəsi X5 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş JN-1010, KOD 40309005 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Qax-İngiloy kəndində yerəşən 0.20 ha torpaq sahəsi İddiaçı Qapoyeviçin mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş JN-1011, KOD 40309005 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Qax-İngiloy kəndində yerəşən 0.11 ha torpaq sahəsi X6 mülkiyyətindədir. İş materiallarında olan Qax DAİM-nin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli AKT-dan görünür ki, xx.xx.2023-cü il tarixində Qax rayon Kiçik Alatəmir kəndi yaxınlığında yerləşən torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı məlum ümumi sahə 3.52 hektardan ibarət olması və həmin torpağın 3.0 hektarı bələdiyyə mülkiyyətində, 0.52 hektarı isə (JN 1010,1011,1002) ailə üzvlərinə məxsus pay torpaqları olması müəyyən edilmişdir. Həmin sahə baxış keçirilən zaman şumlanmış vəziyyətdə olsa da arpa səpini həyata keçirildiyini müəyyən etmək mümkün idi olduğu müəyyən edilmişdir. Şikayətçinin dediyinə görə həmin sahə 1 dəfə şum edilmiş, ruşilnikmala çəkilmiş və səpin həyata keçirilmişdir. Səpin zamanı 700 kiloqram arpa toxumu, 9 kisə ammafos gübrəsi verilmişdir. Həmin sahədə indidən sonra səpin aparmaq və eyni zamanda əvvəlki səpindən məhsul əldə etmək mümkün deyildir. İşə əlavə edilmiş Seriya AZE № 16671360 saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X7 rayonunun Qaşqaçay kəndində yaşayır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, X9 Qax rayonu Qax-İngiloy kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Qax rayonu Meşəbaş kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş X14 İnkişaf mərkəzinin verdiyi 31 iyul 2023-cü il tarixli 3- 22-3-34/2-66/2023 saylı Arayışdan görünür ki, "xxxx" ASC-dən (Aqrolizinq) alınmış məlumata əsasən bir kisə (50) kq ammafos gübrəsinin qiyməti halhazırda 89 manat təşkil edir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ümumilikdə 69 manat dövlət rüsumu ödəmişdir. İş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iclasında tərəflərin izahatı ilə müəyyən edildi ki, JN-1002, KOD 40309005 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Qax-İngiloy kəndində yerləşən 0.40 ha torpaq sahəsi X5, JN-1010, KOD 40309005 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Qax-İngiloy kəndində yerəşən 0.20 ha torpaq sahəsi İddiaçı Qapoyeviçin, JN-1011, KOD 40309005 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Qax-İngiloy kəndində yerəşən 0.11 ha torpaq sahəsi X6 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrində iddiaçı arpa toxumu əkmişdir. Bundan başqa iddiaçı 3.0 ha topraq sahəsini bələdiyyədən icarəyə götürərək taxil əkmişdir. Həmin torpaq sahələrinə "xxxx" MMC-dən kq 1 manat olan 700 kq arpa toxumu almışdır. X9 qeyd olunan torpaq sahələrində əkin aparmışdır. İddiaçının müraciəti əsasında Qax DAİM-nin mütəxəssisləri tərəfindən xx.xx.2023-cü il tarixdə torpaq sahələrinə baxış keçirilmiş, Qax rayon Kiçik Alatəmir kəndi yaxınlığında yerləşən torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı məlum ümumi sahənin 3.52 hektardan ibarət olması və həmin torpağın 3.0 hektarı bələdiyyə mülkiyyətində, 0.52 hektarı isə (JN 1010,1011,1002) ailə üzvlərinə məxsus pay torpaqları olması müəyyən edilmişdir. Həmin sahəyə baxış keçirilən zaman şumlanmış vəziyyətdə olsa da arpa səpini həyata keçirildiyini müəyyən etmək mümkün olduğu müəyyən edilmişdir. Tariel Zeynalaşvilinin dediyinə görə həmin sahə 1 dəfə şum edilmiş, ruşilnik-mala çəkilmiş və səpin həyata keçirilmişdir. Səpin zamanı 700 kiloqram arpa toxumu, 9 kisə ammafos gübrəsi verilmişdir. Həmin sahədə indidən sonra səpin aparmaq və eyni zamanda əvvəlki səpindən məhsul əldə etmək mümkün deyildir. Cavabdeh tərəfindən iddiaçıya 5000 manat ziyan dəyməsi barədə iddiaçı tərəfindən məhkəməyə əsaslı və mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh İuri Zeynalaşvili məhkəmə iclasında iddianı qismən, yəni 1000 manat maddi ziyana aid hissədə qəbul etdiyini göstərmişdir. Beləliklə iddia tələbi işin faktiki halları, DAİM-nin müvafiq aktı, DAİM-nin mütəxəssislərinin müvafiq Akt-ı və cavabdehin qismən etiraf edici izahatı ilə qismən, yəni 1000 manat maddi ziyana dair hissədə sübuta yetirilmişdir. İddia qismən sübuta yetirildiyi üçün cavabdehdən 30 manat dövlət rüsumu alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X4 dəymiş maddi ziyana görə 1000 (bir min) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh X4 dəymiş maddi ziyana görə 1000 (bir min) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar