Məhkəmə qərarları › İş №2(024)-411/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-411/2023

03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-411/2023 03.07.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlu, İddiaçı X1 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbinə dair məhkəmə əmri haqqında” ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDi: İddiaçı MMM QBKT iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada **********0157 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ödənilməmiş qalan 2809.52 (iki min səkkiz yüz doqquz manat əlli iki qəpik) manat məbləğində əsas borc, 0.00 manat məbləğində faiz borcu və 0.00 manat cərimə borcu olmaqla, cəmi – 2809.52 (iki min səkkiz yüz doqquz manat əlli iki qəpik) manat təşkil edir. Həmçinin, **********0160 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1392.22 (min üç yüz doxsan doqquz manat iyirmi iki qəpik) manat əsas, faiz borcu üzrə 10.20(on manat iyirmi qəpik) manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 1402.42(min dörd yüz iki manat qırx iki qəpik) manat və ödənilmiş 62.12(altmış iki manat on iki qəpik) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı MMM QBKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kreditorun məhkəmə əmrinin verilməsinə dair məhkəməyə təqdim etdiyi ərizədən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, kreditor İddiaçı X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 12 dekabr 2019-cu il tarixli, **********0157 saylı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 2989.87 (iki min doqquz yüz səksən doqquz manat səksən yeddi qəpik) manat qalıq məbləği illik 1% dərəcəsi olmaqla və 1( bir) il güzəşt müddəti müəyyən edilməklə 5(beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir **********0157 saylı kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay müvafiq olaraq 2.49 (iki manat qırx doqquz qəpik) manat, dörd il müddətində isə hər ay 63.59 (altmış üç manat əlli doqquz qəpik) manat olmaqla və **********0160 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 1.16 manat. Dörd il müddətində isə hər ay 29.61 manat bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı və **********0***-******* zaminlik müqavilələri ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən, Kredit Alan Müqaviləni imzalamaqla Kredit verənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqaviləni imzalanan tarixə bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahisəsiz qaydada qəbul etdiyini və hazırki Müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəldilməsinə razılığını təsdiq edir. Kredit müqaviləsinin 1.9-cu bəndinə əsasən, Kredit Verən bu müqaviləni imzalamaqla Kredit Alanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqavilə imzalanan tarixə faiz və cərimə üzrə borclarını əvəzsiz olaraq sildiyini və Borc Alanın bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2019-cu il tarixli, **********0157 saylı kredit müqaviləsi üzrə borcun məbləği 2809.52 (iki min səkkiz yüz doqquz manat əlli iki qəpik) manat məbləğində əsas borc, 0.00 manat məbləğində faiz borcu və 0.00 manat cərimə borcu olmaqla, cəmi – 2809.52 (iki min səkkiz yüz doqquz manat əlli iki qəpik) manat təşkil edir. Həmçinin, **********0160 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1392.22 (min üç yüz doxsan doqquz manat iyirmi iki qəpik) manat əsas, faiz borcu üzrə 10.20(on manat iyirmi qəpik) manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 1402.42(min dörd yüz iki manat qırx iki qəpik) manat və ödənilmiş 62.12(altmış iki manat on iki qəpik) manat təşkil edir. Tərəflər arasında yaranmış mübahisəni məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir nəticə verməmişdir və İddiaçı MMM QBKT öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş və həmin tarixdə də məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” SS840741784AZ və SS840741807AZ №-li sifarişli xəbərnamələrdən görünür ki, cavabdehlər məhkəmə bildirişini xx.xx.2023-cü il tarixdə qəbul etmiş, lakin alındığı tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. MPM-nin 149.2.3-cü bəndinə müvafiq olaraq, tələbin əsası kimi istinad etdilən fakt və hallar və onları təsdiq edən sübutların siyahısı: 1) Kredit (Restrukturizasiya) müqavilələri: 2) Zaminlik müqavilələri; 3) Maliyyə arayışları; Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar(kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3-cü maddəsində kiçik iddialara dair işlər ərizənin forma və məzmununa dair tələblər, 284-5-ci maddəsində isə kiçik iddialara dair işlər üzrə ərizəyə baxılması qaydası müəyyən edilmişdir. X2 Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat +1.000 manatdan yuxan olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 275.2-ci maddəsinə əsasən bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 276-cı maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3(üç) gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada **********0157 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ödənilməmiş qalan 2809.52 (iki min səkkiz yüz doqquz manat əlli iki qəpik) manat məbləğində əsas borc, 0.00 manat məbləğində faiz borcu və 0.00 manat cərimə borcu olmaqla, cəmi – 2809.52 (iki min səkkiz yüz doqquz manat əlli iki qəpik) manat və həmçinin, **********0160 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1392.22 (min üç yüz doxsan doqquz manat iyirmi iki qəpik) manat əsas, faiz borcu üzrə 10.20(on manat iyirmi qəpik) manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 1402.42(min dörd yüz iki manat qırx iki qəpik) manat və 62.12(altmış iki manat on iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMM QBKT-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 149-151- ci, 284.1-ci, 284.1-ci, 442, 443, 445, 448, 449, 453, 460, 465.2, 470 və 472-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada **********0157 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ödənilməmiş qalan 2809.52 (iki min səkkiz yüz doqquz manat əlli iki qəpik) manat məbləğində əsas borc, 0.00 manat məbləğində faiz borcu və 0.00 manat cərimə borcu olmaqla, cəmi – 2809.52 (iki min səkkiz yüz doqquz manat əlli iki qəpik) manat və həmçinin, **********0160 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1392.22 (min üç yüz doxsan doqquz manat iyirmi iki qəpik) manat əsas, faiz borcu üzrə 10.20(on manat iyirmi qəpik) manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 1402.42(min dörd yüz iki manat qırx iki qəpik) manat və 62.12(altmış iki manat on iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMM QBKT-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar