Məhkəmə qərarları › İş №2(024)-415/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-415/2023

10.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-415/2023 10.08.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh1 Ziyad oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Ziyad oğluna və X4 qarşı “gəlin köçdüyü evdə yaşamaq hüququnun tanınması və evdə olan mətbəxdən, hamamdan və sanitar qovşağından istifadə qaydalarının müəyyən edilməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun cavabdehlərə məxsus olan Qax rayonu Qorağan kəndində yerləşən evdə yaşamaq hüququnun tanınması və həmin evdə olan sanitar qovşağından, mətbəxdən, hamamdan istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, cavabdeh X6 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərmişdir ki, o Cavabdeh1la xx.xx.1992-ci ildə faktiki olaraq evlənmişdir. Nikahlarını isə xx.xx.1992-ci ildə rəsmi qeyd etdirmişlər. Sadədin Rəhimovla evləndikdən sonra onun və ailə üzvlərinin yaşadığı Qax rayonu Qorağan kəndində yerləşən evə köçərək Sadəddinlə orada yaşamağa başlamışdır. Hazırki vaxtadək həmin evdə yaşamış, cavabdehlə birgə nikahlarından onların xx.xx.1993-cü ildə Aynurə, xx.xx.1994-cü ildə Samir adlı övladları dünyaya gəlmişdir. Hazırda cavabdeh əsassız qısqanclığa görə ondan ayrılmışdır. Cavabdeh nikahlarının pozulması tələbi ilə Qax rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(024)- 706/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuşdur. Cavabdehlər o gəlin köçərkən onu özlərinə məxsus Qax rayonu Qorağan kəndində yerləşən evə gəlin aparmışlar. O, hazırda da həmin evdə yaşayır. Bu səbəbdən hesab edir ki, həmin evdə digər ailə üzvləri ilə birlikdə yaşamaq hüququ əldə etmişdir. Lakin cavabdehlər məlum səbəblərə görə münasibətləri yaxşı olmadığından həmin evdə yaşamalarına şərait yaratmırlar. Hamamdan, mətbəxdən və sanitar qovşağından istifadəsini məhdudlaşdırılar. Bu səbəbdən də o məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən onun cavabdehlərə məxsus olan Qax rayonu Qorağan kəndində yerləşən evdə yaşamaq hüququnun tanınması və həmin evdə olan sanitar qovşağından, mətbəxdən, hamamdan istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 Ziyad oğlu məhkəmə iclasında izahat verərək göstərdi ki, iddia tələbini qismən qəbul edir. İddiaçıya gəlin köçdüyü otaqda yox, evin başqa bir otağından istifadə hüququnun verilməsinə etiraz etmir. Həmin otaqda iddiaçı özünə mətbəx və s. şərait yarada bilər. İddianın qismən, qəbul etdiyi hissədə təmin edilməsinə etiraz etmir. İş materiallarında olan Qax rayon Məhkəməsinin 20 dekbar 2022-ci il tarixli 2(024)-706/2022 saylı qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı Cavabdeh1 Ziyad oğlu ilə cavabdeh İddiaçı arasında olan 11 sentyabr 1992-ci ildə Qax rayonu Qorağan kənd icra nümayəndəliyində bağlanmış 16 saylı nikahın pozulması qət edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Rəhimov X9 rayonu Qorağan kəndində qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Rəhimov X9 rayonu Qorağan kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Rəhimova X11 rayonu Qorağan kəndində qeydiyyatdadır. İş materiallarında olan Qeydiyyat vəsiqəsindən görünür ki, həmin vəsiqə X4 verilmişdir ona görə ki, Qax rayonu Qorağan kəndində yerləşən 3 otaqlı yaşayış evi X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə, məhkəmə iclasında verdikləri izahatları dinləyib, işdə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 Ziyad oğlu xx.xx.1992-ci ildə faktiki olaraq evlənmişlər. İddiaçı həmin vaxtdan cavabdehlərin və ailə üzvlərinin yaşadığı Qax rayonu Qorağan kəndində yerləşən evə köçərək orada yaşamağa başlamışdır. Tərəflərin nikahları xx.xx.1992-ci ildə rəsmi qeyd edilmişdir. İddiaçı və övladları hazırki vaxtadək həmin evdə yaşamış, cavabdehlə birgə nikahlarından onların xx.xx.1993-cü ildə Aynurə, xx.xx.1994-cü ildə Samir adlı övladları dünyaya gəlmişdir. Tərəflərin nikahları Qax rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(024)-706/2022 saylı qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı hazırda cavabdehlərə məxsus olan Qax rayonu Qorağan kəndində yerləşən evdə yaşamaq hüququnun tanınması və həmin evdə olan sanitar qovşağından, mətbəxdən, hamamdan istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətlər Azərbaycan Respublikası Mənzil Məcəlləsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları ilə tənzimlənir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2001-ci il sentyabrın 1dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir: Göründüyü kimi, iddiaçı 1992-ci ildə həmin evə gəlin köçmüş, həmin vaxtdan əri Cavabdeh1la birlikdə Fatma Rəhimovaya məxsus və cavabdehlərin istifadəsində olan evdə yaşamağa başlamışdır. 01 oktyabr 2009-cu ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Məhkəmə hesab edir ki, İddiaçı mübahisəli evdən istifadə hüququna məhdudiyyətlər yaradılması və iradəsinin ziddinə olaraq evdən istifadə hüququndan məhrum edilməsi Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü və İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüququna müdaxilə kimi qiymətləndirilməli və İddiaçı həmin yaşayış evindən istifadə hüququ verilməli və onlar həmin evsə olan sanitar qovşağından birgə istifadə etməlidir. Bununla belə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının yaşayış yeri ilə təmin edilməsi, onlara yaşayış yerindən istifadə hüququnun verilməsi ilk növbədə onun layiqli həyat səviyyəsinin təmin edilməsinə yönəldilməldir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir, Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin Konstitusiyanın 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırıması hüququ”) 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı, X2 məxsus və cavabdehlərin istifadəsində olan Qax rayonu Qorağan kəndində yerləşən fərdi yaşayış evində istifadə hüququ tanınmalı və iddiaçı həmin evdə olan sanitar qovşağından, mətbəxdən, hamamdan istifadə etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia təmin edilsin. İddiaçı X2 məxsus və cavabdehlərin istifadəsində olan Qax rayonu Qorağan kəndində yerləşən fərdi yaşayış evində istifadə hüququ tanınsın və İddiaçı həmin evdə olan sanitar qovşağından, mətbəxdən, hamamdan istifadə etsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar