Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-420/2024 29.07.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeha qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh oğuna qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 600 manat borcun və iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumunun ünvan 1 ünvanında yaşayan Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 600 (altı yüz) manat borcunu xx.xx.2022-ci il tarixə qədər ödəyəcəyini yazılı surətdə qəbz vasitəsilə təsdiq etsə də, hadisədən uzun müddət (7 ay) keçməsinə baxmayaraq vurduğu ziyanı ödəməmişdir. Cavabdehdən hər dəfə pulu tələb edəndə ödəyəcəyini bildirmişdir. Odur ki, Cavabdeh 600 manat ziyanın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh ona olan 600 manat borcdan 200 manat qaytardığını göstərərək cavabdehdən 400 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və əlavə olaraq izahat verərək göstərdi ki, o fərdi təsərrüfatla məşğul olur. Cavbdeh Cavabdeh ilə daş bazarında işlədiyi vaxt tanış olmuşdur. Şahin ona kürəkəninin onu evdən qovduğunu və işsiz olduğunu bildirmişdir. Həmin vaxt Şahinə təsərüffat işlərində ona kömək etməsini təklif etmiş, razı olarsa ona yaşamağa həyətyanı sahəsində ev, geyim, ərzaq və hər ay 150 manat maaş verəcəyini demiş və razılığa gəlmişlər. Razılaşmaya əsasən Şahin özünə məxsus əşyaları götürüb ona məxsus evə gəlmiş, bir-neçə gün işlədikdən sonra spirtli içki qəbul etmiş və onun təsərrüfatında olan 2 baş xırdabuynuzlu heyvanını (qoyunu) satmış və heyvanları çöldə tərk edərək çıxıb getmişdir. Heyvanları axşam saya bilməmiş, səhər saydıqda 2 baş xırdabuynuzlu qoyunun əksik olduğunu görmüşdür. Şahini axtararaq tapmış və heyvanların harda olduğunu soruşduqda satdığını və pulunu qaytaracağını bildirmişdir. Lakin cavabdeh satdığı heyvanların pulunu ödəməmişdir. O, Qax RPŞ-nə müraciət etmiş, Şahin polis şöbəsinə dəvət olunaraq orada izahatı alınmışdır. Şahin polis şöbəsində etdiyi əməli etiraf etmiş və zərəri ödəyəcəyini bildirmişdir. 2022-ci ilin sonlarında Şahin 600 manat ziyandan 200 manatını ödəmişdir. Şahindən dəfələrlə pulunu qaytarmasını tələb etsə də, qaytaracağını bildirərək pulu ödəməkdən yayınmışdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh 400 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan Cavabdeh tərəfindən yazılaraq imza edilmiş xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, o Qax rayonu Əmircan kənd sakini İddiaçı vurduğu 600 manat məbləğində ziyanı xx.xx.2022-ci il tarixədək tamamilə ödəyəcəyini yazmışdır. İş materiallarında olan AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı Qax rayonu Əmircan kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ümumilikdə 30.40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə toplanmış materialları nəzərdən keçirib, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı təklifi ilə ona məxsus təsərrüfatda çalışmış, lakin qısa müddətdən sonra iddiaçıya məxsus təsərrüfatda olan 2 baş xırdabuynuzlu heyvanı sataraq təsərrüfatı tərk etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə iltizam yazaraq Qax rayonu Əmircan kənd sakini İddiaçı vurduğu 600 manat məbləğində ziyanı xx.xx.2022-ci il tarixədək tamamilə ödəyəcəyini öz öhdəsinə götürmüş, lakin vədini yerinə yetirməyərək iddiaçıya olan borcundan 2022-ci ilin sonlarında 200 manat ödəmiş, qalan 400 manatı ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının hesabına əsassız 400 manat gəlir əldə etməklə əsassız varlanmışdır. Belə ki, hüquq və öhdəliklərin yaranma əsaslarından biri kimi əsassız varlanma Mülki Məcəllənin 14.2-ci maddəsində öz əksini tapmışdır. Əsassız varlanmadan irəli gələn öhdəliklər müstəqil olmaqla bərabər müqavilədən kənar öhdəlik hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hüquq normalarının təhlilindən də görünür ki, əsassız varlanmadan irəli gələn öhdəliklər qanundan əmələ gələn öhdəlik qrupuna şamil olunduğu üçün müqavilənin deyil, məhz qanunun birbaşa göstərişləri ilə əmələ gəlir. Əsassız varlanan şəxs dedikdə hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edənlər nəzərdə tutulur. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Yəni məlum olduğu kimi nə qanunda, nə də tərəflər arasında bağlanmış müqavilədə əsassız varlanan şəxsə hər hansı əmlakın verilməsi nəzərdə tutulmur. Əsassız varlanma zamanı həllini tapmalı olan bir digər məsələ isə varlanmış şəxsin əldə etdiyi əmlakın xərcləri üçün məhrum olana qarşı yaranan kompensasiya tələbidir. Beləliklə də, məhkəmə iclasında işin faktiki halları, işdə olan əsaslı və mötəbər sübut hesab edilən cavabdehin iddiaçıya 400 manat borcunun olmasını əks etdirən onun imzaladığı iltizamla sübuta yetirlmişdir ki, Cavabdeh iddiaçıya məxsus iki baş xırdabuynuzlu heyvanı sataraq iddiaçının hesabına əsassız varlanmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi tam əsaslı olduğundan təmin edilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 400 (dörd yüz) manat pul və ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 400 (dörd yüz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Taleh Kərimov
Məhkəmə qərarları › İş №2(024)-420/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-420/2024
29.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver