Məhkəmə qərarları › İş №2(024)-421/2024

Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-421/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-421/2024 20.06.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim: Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə İddiaçı ərizənin baxılmamış saxlanılmasına dair ərizəsini nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək 500 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan sonra İddiaçı məhkəməyə ərizə göndərərək, hazırda işə baxılmasını istəmədiyini, cavabdehlə öz aralarında razılığa gəldiyini bildirmiş və ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. İddiçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsini, ona əlavə edilmiş sənədləri və ərizənin baxılmamış saxlanılmasına dair iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizəni Mülki Prosessual Qanunvericiliyin tələbləri baxımından hüquqi qiymətləndirərək hesab edirəm ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddia ərizəsi icraata qəbul edildiyi üçün hazırki mərhələdə iddia ərizəsinin geri qaytarılması prosessual baxımdan yol verilməzdir. Bununla belə ərizənin baxılmamış saxlanılması üçün əsaslar vardır. Qeyd edilən məsələnin tənzimlənməsi Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 19-cu fəslinin müddəalarına uyğun həll edilməsini məqsədə müvafiq hesab edirəm. Həmin Məcəllənin 259.0.11-ci məddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin verilməsi üşün 30.40 (otuz manat qırx qəpik) məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin Məcəllənin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, qaytarılır. İddiaçı məhkəməyə göndərdiyi ərizəsindən görünür ki, iddiaçı tərəf hazırda işə baxılmasını istəmir. Cavabdehə isə rəsmi məhkəmə bildirişi çatdırılmış və cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 20 (iyirmi) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 13.4, 259.0.11, 263, 264 və 267 -ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Kərimov Taleh

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar