Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-444/2023 31.08.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim: Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçı ASC oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “Güzəştli kredit müqaviləsi üzrə kreditin, faizlərin və zərərin ödənilməsi tələbinə”-nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-in cavabdehlər Cavabdeh1, Cavabdeh4, X1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, müştərək qaydada 5982.29 manat məbləğində əsas kredit borcunun, 24.88 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 60.73 manat məbləğində peniyanın, cəmi 6067.90 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 80.68 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASCin xeyirinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin məhkəmə baxış iclası zamanı İddiaçı ASC məhkəməyə ərizə təqdim edərək hazırki iddianın baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Həmçinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, X1 və Cavabdeh2 işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutlmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələblərinə əsasən hazırki iş üzrə ərizə baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 266, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı ASC-in cavabdehlər Cavabdeh1, Cavabdeh4, X1 və Cavabdeh2 və qeyrisinə qarşı “Güzəştli kredit müqaviləsi üzrə kreditin, faizlərin və zərərin ödənilməsi tələbinə”-nə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçı ASC oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 və qeyrisinə qarşı “Güzəştli kredit müqaviləsi üzrə kreditin, faizlərin və zərərin ödənilməsi tələbinə”-nə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş ödənilmiş 80.68 (səksən manat altmış səkkiz qəpik) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı ASC-yə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən və ya alındıqdan sonra 10(on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №2(024)-444/2023
Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-444/2023
31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver