Məhkəmə qərarları › İş №2(024)-444/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-444/2025

12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-444/2025 12.08.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövən qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, İddia tələbinin dəlilləri: m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 25 noyabr 2023-cü il tarixli borc müqaviləsinə əsasən, 15.000 manat məbləğində pul vəsaitinin və ödədiyi 135 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X5 ilə Cavabdeh arasında 25 noyabr 2023-cü il tarixdə Bakı şəhəri 43 saylı Notariat ofisində borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, atası X5 15.000 manat məbləğində pulu cavabdehə verməyi, o isə öz növbəsində 25 may 2024-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin, cavabdeh borc müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetirməmiş və bugünkü günədək 15.000 manat məbləğində olan borcunu geri qaytarmamışdır. Mərhum atası X5 13 dekabr 2023-cü il tarixində vəfat etmişdir. X7 Xidmət Mərkəzində Notariat ofisində vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən qanun üzrə birinci növbədə vərəsə kimi tanınmışdır (Notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsə olmağı ilə bağlı sənədi də iddia ərizəsinə əlavə edir). O, müqavilədə göstərilən müddət bitdikdən sonra qanun üzrə vərəsə kimi pulun qaytarılması ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, o borcunu qaytarmasında heç bir addım atmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, cavabdehə 15.000 manat borc verilmişdir. Onun xahişi odur ki, haqqı bərpa olunsun. Cavabdeh 25 noyabr 2023-cü il tarixli borc müqaviləsinə əsasən, 15.000 manat məbləğində pul vəsaitinin və ödədiyi 135 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir. İşin halları: Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X5 ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhər 43 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş 25 noyabr 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, İsa Məmmədov tərəfindən Cavabdeh 25 may 2024-cü il tarixədək qaytarılması şərti ilə 15.000 manat məbləğində kredit verilmiş, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Pretenziya məktubundan görünür ki,15000 manat pulun qaytarılması üçün iddiaçı tərəfindən cavabdehə 3 gün vaxt verilmiş, borc verdiyi müddət ərzində qaytarılmasa məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. Bərdə Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusunun 09 aprel 2025-ci il tarixli 958/2025 №-li məktubundan görünür ki, 09 aprel 2025-ci il tarixli ərizənizə cavab olaraq bildirirəm ki, 13 dekabr 2023-cü il tarixdə vəfat etmiş atası X1 (FİN:1N3AMCP) irs qalmış miras əmlaka dair Bərdə regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən verilmiş 30 avqust 2024-cü il tarixli 2V-1715, 2V-1716, 2V-1717 reyestrli və 13 oktyabr 2024-cü il tarixli 2V-1964, 2V-1965, 2V-1966, 2V-1967, 2V-1968, 2V-1969 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən qanun üzrə İ növbədə vərəsələri kimi tanınmaq hüququna malik olmaqla atasının vərəsələri barədə məlumatlar şəhadətnamədə aşağıdakı qaydada qeyd edilmişdir: Qanun üzrə vərəsə: oğlu - İddiaçı (ŞV: AZE 0*******; xx.xx.2012, Bərdə RPŞ; FİN: xxxxxxx; d/t: xx.xx.1976), Bərdə rayonu, Xanərəb kəndi. Tel:(050) 591-94-25. Qanun üzrə vərəsə: qızı - X4 (ŞV: AA0735028; xx.xx.2019, Asan-Bərdə; FİN: 3LGSR42; d/t: xx.xx.1983), Bərdə rayonu, Məmmədli ərazi dairəsi, Məmmədli kəndi. Qanun üzrə vərəsə: arvadı - X2 (ŞV: AA0574986; xx.xx.2019, Asan-Bərdə; FİN: 1N3ANDS; d/t: xx.xx.1954), Bərdə rayonu, Xanərəb ərazi dairəsi, Xanərəb kəndi. Məhkəmənin mövqeyi: Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı X5 ilə Cavabdeh arasında 25 noyabr 2023-cü il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən İsa Məmmədov tərəfindən Cavabdeh 25 may 2024-cü il tarixədək qaytarılması şərti ilə 15.000 manat məbləğində kredit verilmiş, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Həmin müqavilə Bakı şəhər 43 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuşdur. X5 13 dekabr 2023-cü ildə ölmüşdür. X3 qanun üzrə vərəsəsi olan İddiaçı tərəfindən (irs qalmış miras əmlaka dair Bərdə regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən verilmiş 30 avqust 2024-cü il tarixli 2V-1715, 2V-1716, 2V-1717 reyestrli və 13 oktyabr 2024-cü il tarixli 2V-1964, 2V-1965, 2V-1966, 2V-1967, 2V-1968, 2V-1969 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən) hazırkı tələblə məhkəməyə müraciət olunmuşdur. X5 ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhər 43 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş 25 noyabr 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, İsa Məmmədov tərəfindən Cavabdeh 25 may 2024-cü il tarixədək qaytarılması şərti ilə 15.000 manat məbləğində kredit verilmiş, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Cavabdeh 15.000 manat məbləğində borclu olması iddiaçının məhkəməyə təqdim etdiyi 25 noyabr 2023-cü il tarixli borc müqaviləsi ilə birbaşa sübuta yetirilmişdir. Məhkəmə həmin borc müqavbiləsini mötəbər sübut kimi qiymətləndirərək iddia tələbinin tam sübuta yetirilməsi qənaətinə gəlir. Tətbiq edilən hüquq Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki hüquq anlamında öhdəliyi başqa hüquq sahələrinə aid olan hüquq münasibətləri ilə qarışdırmaq olmaz. Məsələn, vergi ödəmək borcu əmlak xarakterli olsa da dövlətlə vətəndaş arasında hakimiyyət tabeliyi prinsipinə əsaslanır və ümumi hüquq münasibətidir. Mülki hüquq mənasında öhdəlik münasibətləri isə bərabər hüquqlu tərəflər arasında yaranan xüsusi hüquq münasibətidir. Öhdəlik konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Buna görə də şərh olunan maddədə konkret subyektlər arasında, yəni kreditorla borclu arasında iqtisadi xarakterli konkret hüquq münasibətləri nəzərdə tutulmuşdur. Beləliklə, öhdəliyin predmeti pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Öhdəliyin anlayışından göründüyü kimi, onun predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların, görülmüş işlərin, göstərilmiş xidmətlərin verilməsi üzrə borclu şəxsin davranışı təşkil edir. Öhdəlik konkret şəxslərin əmlak dövriyyəsində davranışlarını müəyyənləşdirir. Bazar iqtisadiyyatı və azad sahibkarlıq şəraitində mülki dövriyyə iştirakçıları arasında xüsusilə çoxsaylı öhdəlik hüquq münasibətləri yaranır. Mülki qanunvericilikdə nəzərdə tutulan çoxsaylı öhdəliklər müəyyən göstəricilər üzrə sistemləşdirilirlər. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilələrdən əmələ gələn, müqavilədənkənar öhdəliklər və qanundan əmələ gələn öhdəliklərə ayrılırlar. Məzmununa görə öhdəliklər əmlakın mülkiyyətə və sair əşya hüququna verilməsi, əmlakın istifadəyə verilməsi, işlər görülməsi üzrə, xidmətlər göstərilməsi üzrə və s. öhdəliklərə ayrılırlar. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Şərh olunan maddədə göstərildiyi kimi öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi icra edilməməsi anlaşılır. Buraya öhdəliyin tamamilə icra edilməməsi ilə yanaşı, onun vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara yol verməklə və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi də aiddir. Borclunun öz öhdəliyini icra etməsi üzrə davranışı müqavilənin və qanunvericiliyin müddəalarına, bunlar olmadıqda işgüzar adətlərə və digər, adətən irəli sürülən tələblərə tam cavab verməlidir. Əks təqdirdə öhdəlik pozulmuş olur və öhdəliyin icra edilməməsi baş verir ki, bu da ciddi hüquqi nəticələrə səbəb olur. Bunlar barədə növbəti maddələrin şərhində geniş məlumat verilir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu özünün riski daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Borclu öz öhdəliklərinin hər bir təqsir pozuntusu üçün məsuliyyət daşıyır. Öhdəliyin təqsirli pozuntusu həm hərəkət, həmdə hərəkətsizlik nəticəsində baş verə bilər. Borclunun təqsiri isə həm qərəz, həmdə ehtiyatsızlıq formasında ola bilər. Borclu qərəz və ya kobud ehtiyatsızlıq nəticəsində öhdəliyin icra edilmədiyi üçün məsuliyyət daşımalı və onu məsuliyyətdən azad etmək olmaz. Məhkəmə hesab edir ki, Cavabdeh öz riski ilə müqavilə bağladığından, həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, borclu yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə, kreditor qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Mülki Məcəllənin 421-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 25 noyabr 2023-cü il tarixdə yarandığından Mülki Məcəllənin 739-cu və 741ci maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinin hazırda qüvvədə olan müddəalarına əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740-cı maddəsində deyilir ki, Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddi-hüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Mülki Məcəllənin 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 6.6-cı bəndində qeyd olunmuşdur ki, iddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıb-azaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıb-razılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir. Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı xeyrinə Cavabdeh 25 noyabr 2023-cü il tarixli borc müqaviləsinə əsasən 15.000 manat məbləğində pul və ödənilmiş 135 manat dövlət rüsumunun tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı xeyrinə Cavabdeh 25 noyabr 2023-cü il tarixli borc müqaviləsinə əsasən 15.000 manat məbləğində pul və ödənilmiş 135 manat dövlət rüsumunun tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar