Məhkəmə qərarları › İş №2(024)-445/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-445/2023

01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-445/2023 01.08.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 958 manat pul və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun, cəmi 988 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, Cavabdeh əvvəlki məhkəmə iclasına gəlməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, o Qax rayonu Cəlayir kəndində yaşayır və Cəlayir kənd məktəbində müəllim işləyir. Cavabdeh onun keçmiş müəllim yoldaşıdır. "xxxx" ASC-dən 2020-ci il tarixdə Cavabdeh zaminliklə birlikdə kredit və Maestro Social kart götürüb vermişdir. Lakin ümumilikdə "xxxx" ASC-yə 958 manat ödəmişdir. O, həmin pullari ödəyəndə cavabdeh həmin pulu vaxtinda geri qaytaracağına söz vermişdir. Həmin borcun az bir hissəsini ödəsə də daha sonra ödəməkdən yayınmışdır. Sonuncu ödənişi xx.xx.2023-ci il tarixdə pensiyasını yığıb 46 manat ödəmişdir. Cavabdehdən borcunu geri tələb etdikdə ödəyəcəyini bildirmişdir. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan əlavə məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Gösərilənləri nəzərə alaraq məhkəmədən Cavabdeh 958 manat pul və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun, cəmi 988 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh əvvəlki məhkəmə iclasında izahat verərək göstərdi ki, 2020-ci il tarixdə "xxxx" ASC-dən kredit götürərkən İddiaçı ona zamin durmuş və zaminliklə birlikdə kredit və Maestro Social kart götürüb vermişdir. İddiaçı onun əvəzindən 958 manat banka pul ödəmişdir. Lakin həmin pulu iddiaçıya qaytarmışdır. İddiaçıya təxminən 50 manat borcu qalmışdır. İddianın qismən, yəni qəbul etdiyi hissədə təmin edilməsinə etiraz etmir. İşə əlavə edilmiş İddiaçı məxsus ödəniş kartından çıxarışdan və digər bank sənədlərindən görünür ki, iddiaçı tərəfindən banka 958 manat pul ödənilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Qax rayonu Cəlayir kəndində yaşayır. İş materiallarında olan Seriya AZE № 16673428 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Qax rayonunun Qaysarlı kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə toplanmış materialları nəzərdən keçirib, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2020-ci il tarixdə "xxxx" ASC-dən zaminliklə birlikdə kredit və Maestro Social kart götürərək cavabdehə vermişdir. Cavabdeh aylıq ödənişlərini iddiaçının əvəzindən həyata keçirməmiş, həmin məbləğ iddiaçı tərəfindən 958 manat təşkil etmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıya 958 manat borcunun olduğunu, lakin həmin borcu ödədiyini və hazılrda iddiaçıya təxmiən 50 manat borcunun qaldığını göstərsə də sübutetmə yükü üzərinə düşən cavabdeh həmin məbləği iddiaçıya ödəməsi barədə məhkəməyə əsaslı və mötəbər sübut təqdm etməmişdir. Beləliklə də, Cavabdeh İddiaçı 958 manat borcunun olması cavabdehin izahatı və iddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi “KapitalBank”a məxsus ödəniş kartından çıxarış və digər sənədlərlə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İddiaçının məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 958 manat pul və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumu, cəmi 988 manat pul alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 958 manat pul və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumu, cəmi 988 manat pul alınıb İddiaçı verilsin. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar