Məhkəmə qərarları › İş №2(024)-448/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-448/2023

11.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-448/2023 11.08.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 Məhəmməd qızının iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhəmməd qızına qarşı “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhəmməd qızından 8900 (səkkiz min doqquz yüz) manat borc pul və 109 (bir yüz doqquz) manat dövlət rüsumu tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhəmməd qızına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhəmməd qızından 8900 (səkkiz min doqquz yüz) manat borc pul və 109 (bir yüz doqquz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2019-cu ilin iyun ayında 6700 (altı min yeddi yüz) manat, sonradan 2021-ci ilin avqust ayında 2200 (iki min iki yüz) manat borc pul vermişdir. Sonuncu verdiyi pulu 24 saatlıq almışlar. Hələ də cavabdehlər aldıqları heç bir məbləği qaytarmamışlar. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, Cavabdeh1 əvvəlki məhkəmə iclaslarına gəlməsinə baxmayaraq sonuncu iclasa gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, Cavabdeh2 Məhəmməd qızı iddianı qəbul etməmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, əvvəldən tanıdığı Eldəniz Şabanov ona zəng edərək probleminin olduğunu və pul lazım olduğunu dedi. Eldəniz dəfələrlə ondan borc pul almış və tez qaytarmışdır. Bir müddətdən sonra yenə Eldəniz ona zəng etdi və pula ehtiyacı olduğunu və Cavabdeh1 onun yanına göndərdiyini demişdir. Cavabdeh1 bu minvalla ondan 4400 (dörd min dörd yüz) manat pul alaraq Eldəniz Şabanova lazım olduğunu demişdir. İki aydan sonra Eldəniz ona 1000 (bir min) manat vermiş, qalan 4400 (dörd min dörd yüz) manatı soruşduqda “pul mənlik deyil” demişdir. Baba bu pulu Eldənizin adından istifadə edib ondan almış və Füzuli rayon sakini olan Əbülfəz adlı bir şəxsə vermişdir ki, özünə Bakıda Neft daşlarında iş düzəldəcək. Bir müddətdən sonra Baba və Solmaz onun evinə gələrək 2300 (iki min üç yüz) manat pul lazım olduğunu və banka ödəyib yenidən kredit götürüb 6700 (altı min yeddi yüz) manat borcu qaytaracaqlarını bildirmişlər. O da borc olması barədə qəbz yazıb təsdiq etdikdən sonra pulu verə biləcəyini demişdir. Cavabdehlər qəbz yazıb təsdiq etdikdən sonra Solmaza ona görə pul verdiyini demişdir. Bir müddətdən sonra Solmaza zəng edərək borcunu tələb etdikdə Solmaz bankdan pul almaq üçün evin sənədlərini düzəltdirdiklərini bildirmişdir. Ona məlum olmuşdur ki, cavabdehlər ondan alan pulu Etibar adlı şəxsin oğluna vermiş və onun adına bankdan pul götürmüşlər. Bir müddət sonra Solmaz onun ərinin yanına gələrək onlara kredit almalarına köməklik etməsini xahiş etmişdir. Əri Şəki şəhərində yerləşən “Bank of Baku”-ya müraciət etmiş, lakin kredit ala bilməmişlər. 2021ci ilin avqust ayında Cavabdeh1 onun yanına gələrək işinin düzəldiyini, bankdan evi girov qoyub 25000 (iyirmi beş min) manat pul alacağını deyərək 24 saatlıq 2200 (iki min iki yüz) manat borc pul verməsini xahiş etmişlər. Babaya verdiyi həmin 2200 (iki min iki yüz) manat pul 12 nəfərnən oynayan lotareya pul idi. Göstərdiklərini nəzərə alaraq məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhəmməd qızından 8900 (səkkiz min doqquz yüz) manat borc pul və 109 (bir yüz doqquz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində göstərmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2019-cu ilin iyun ayında 6700 (altı min yeddi yüz) manat, sonradan 2021-ci ilin avqust ayında 2200 (iki min iki yüz) manatı borc pul vermişdir. Sonuncu verdiyi pulu 24 saatlıq almışlar. Hələ də cavabdehlər aldıqları heç bir məbləği qaytarmamışlar. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahat verərək göstərdi ki, İddiaçı 2019cu ildə müxtəlif vaxtlarda qızıl girov qoyaraq 500 (beş yüz) manat, 700 (yeddi yüz) manat və 800 (səkkiz yüz) manat borc pul almış, həmin pulları faizi ilə birlikdə geri qaytarmışdır. Hazırda onun iddiaçıya borcu yoxdur. Həmçinin iddiaçı iddia müddətini ötürmüşdür. Məhkəmədən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddia tələbinin 2200 (iki min iki yüz) manata dair hissəsi ilə bağlı qeyd edir ki, həmin 2200 (iki min iki yüz) manat məbləği İddiaçı ona yox oğlu Cavabdeh1 vermişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 izahatında göstərmişdir ki, 2019-cu ildə işə düzəlmək üçün İddiaçı 1700 (bir min yeddi yüz) manat borc pul almışdır. İddiaçı 1700 (bir min yeddi yüz) manatı qaytarmışdır. İddiaçı ondan tələb etdiyi pul ondan 2019-cu ildə aldığı 1700 (bir min yeddi yüz) manat pulun faizləridir. Tələbin həmin hissəsi ilə bağlı iddiaçı iddia müddətini ötürmüşdür. Məhkəmədən iddia müddəti tətbiq edilməklə tələbin 6700 (altı min yeddi yüz) manata dair hissəsinin rədd edilməsini xahiş edir. İddiaçının tələb etdiyi 2200 (iki min iki yüz) manat pulu isə iddiaçıdan anası Solmaz yox, özü almışdır. İddianı qismən 2200 manata dair hissədə qəbul edir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ümumilikdə 110 (bir yüz on) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə toplanmış materialları nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tələbin qalan hissəsi isə iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2019-cu ilin iyun ayında İddiaçı 6700 (altı min yeddi yüz) manat pul almış, 5-6 ay ərzində, yəni 2019-cu ilin sonunda həmin pulu geri qaytarması barədə öz üzərinə öhdəlik götürmüşlər. 2021-ci ildə isə Cavabdeh1 iddiaçıdan 2200 (iki min iki yüz) manat borc pul almışlar. Lakin Cavabdeh1 vədini yerinə yetirməmişdir. Hazırda cavabdehlər məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edərək tələbin 6700 (altı min yeddi yüz) manata dair hissəsi ilə bağlı iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Eyni zamanda, iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Hazırki tələb müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra–Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq, hazırki iş üzrə iddia müddətinin ötürülməsi nəticəsinə gələrək hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı aldığı 6700 manat pulu 2019-cu ilin sonunda qaytaracağını vəd etdikləri üçün, iddiaçının hüquqlarının pozulduğunu bildiyi vaxt 2019-cu ilin dekabr ayı hesab edilir. Ona görə də, yaranmış borcun qaytarılması ilə əlaqədar iş üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edildiyindən iddia müddətinin axımı 2019-cu ilin dekabr ayında başlamış və 2022-ci ilin dekabr ayında başa çatmışdır. İddiaçı isə cavabdehlərə qarşı iddianı xx.xx.2023-cü ildə yəni iddia müddəti başa çatdıqdan təxminən 5 ay sonra qaldırmışdır. Eyni zamanda iddiaçı məhkəmə baxışında iddia tələbinin 6700 (altı min yeddi yüz) manata dair hissəsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. İddia tələbinin 2200 (iki min iki yüz) manata dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələbin həmin hissəsi Cavabdeh1 etirafedici izahatı ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı tələbin 2200 (iki min iki yüz) manata dair hissəsində haqlıdır. İddia tələbi qismən sübuta yetirldiyi üçün məhkəmə hesab edir ki, Cavabdeh1 42 (qırx iki) manat dövlət rüsumu alınaraq iddiaçıya verilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 2200 (iki min iki yüz) manat pul və 42 (qırx iki) manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, iddianın qalan hissəsi isə iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər X1 2200 (iki min iki yüz) manat pul və 42 (qırx iki) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin İddianın qalan hissəsi iddia müddəti tətbiq edilməklə rədd edilsin. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar