Məhkəmə qərarları › İş №2(024)-451/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-451/2023

23.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-451/2023 23.08.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “dəymiş maddi ziyan tələbi” nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona dəymiş 1000 manat maddi ziyanı və onun iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun Amanlı kənd sakini Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin məhkəmə baxışı zamanı iddiaçı X1 iddianı müdafiə etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 iddianı qismən qəbul etmişlər. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, o ailəsi ilə birlikdə Qax rayonu Qıpçaq kəndində yaşayır. Onun Qax rayonu Qıpçaq kəndində 4.35 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə taxil əkdirmişdir. Taxıl məhsulu yetişən zaman Qax rayon Amanlı kənd sakinləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 həmin ərazinin özlərinə məxsus örüş sahəsi olduğu bildirərək mal-qaranı salıb otarmışlar. Həmin vaxt onun torpaq sahəsi ilə bərabər bir-neçə şəxsin sahəsinə ziyanlıq vurmuşlar. O, cavabdehlərə yerin özünə məxsus olduğunu bildirsə də, onlar malqaranın harada otlamalı olduğunu demişlər. Bununla bağlı dərhal o polis şöbəsinə və DAİM-nə şikayət etmiş və ona dəymiş ziyanla bağlı həmin biçilməmiş taxıl sahəsinə komissiya göndərilməsini xahiş etmişdir. Əkin sahəsinə yerində baxış keçirilmiş, dəymiş məhsul ziyanı 2000 kq buğda təşkil etdiyi müəyyən edilmişdir. Hal-hazırda taxılın 1 kq qiyməti (0.50-qəpik ) qəpikdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ona dəymiş 1000 manat maddi ziyanı və onun iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun Amanlı kənd sakini Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 izahat verərək göstərdi ki, iddiaçının göstərdikləri ilə qismən razılaşır. Çünki iddiaçıya məxsus əkin sahəsinin bir hissəsi örüş sahəsidir. İddiaçıya 1000 manat deyil, daha az miqdarda ziyan vurmuşdur. İddianı qismən qəbul edir. Cavabdeh2 izahat verərək göstərdi ki, sözügedən torpaq sahəsinin tam yox, müəyyən hissəsində mal-qara salaraq otarmışdır. O, həmin sahəni örüş sahəsi hesab etdiyinə görə mal-qaranı buraxmışdır. İddiaçıya 1000 manat deyil, daha az miqdarda ziyan vurmuşdur. İddianı qismən qəbul edir. Cavabdeh4 izahat verərək göstərdi ki, iddiaçını göstərdiklərini qismən əsaslı hesab edir. İddiaçının taxıl sahəsində bütöv deyil, müəyyən hissəsində mal-mal-qara otarmışdır. İddiaçın qismən qəbul edir. Cavabdeh5 izahat verərək göstərdi ki, o da iddia tələbində göstərilənləri qismən əsaslı hesab edir. Çünki iddiaçının buğda əkdiyi sahənin hamısına deyil, təıxminən 80 faiz hissəsinə mal-qara buraxmışdır. İddiaçının tələb etdiyi ziyan məbləğini tam yox, qismən qəbul edir. İş materiallarına əlavə edilmiş JN-0038, KOD 40313018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Qıpçaq kəndində yerləşən 4.35 ha torpaq sahəsi İddiaçı, X4, X5, X6 və X2 ümumibirgə mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Qax rayonunun Qıpçaq kəndində yaşayır. İşə əlavə edilmiş Seriya AZE № 08119873 saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X3 rayonunun Amanlı kəndində yaşayır. İşə əlavə edilmiş Seriya AZE № 08118936 saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 Qax rayonunun Amanlı kəndində yaşayır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh5 Qax rayonunun Amanlı kəndində yaşayır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh3 Qax rayonunun Amanlı kəndində yaşayır. İşə əlavə edilmiş X20 İnkişaf Mərkəzinin verdiyi 24 may 2023-cü il tarixli Akt-dan görünür ki, İddiaçı və X19 DAİM-ə xx.xx.2022-ci il tarixli ərizəsi əsasında Qax rayon Qaysarlı kəndində yerləşən əkin sahələrinə baxış keçirilmiş, baxış zamanı İddiaçı məxsus əkin sahəsinə ziyan vurulması müəyyən edilmiş, 4.35 hektar buğda sahəsinin təqribən 1.5 hektar hissəsi iribuynuzlu heyvanlar tərəfindən yeyilərək tapdalanaraq məhv edilmiş, sahənin bitiş vəziyyətini nəzərə alınsa həmin sahənin hər hektarından təqribən 14-16 sentner məhsul əldə etmək mümkün olması müəyyən edilmişdir. Bu hesabla vətəndaşa təqribən 1.5 ha*15 sent=22.5 sentner (2.25 ton) "xxxx" ASC-dən (Aqrolizinq) alınmış məlumata əsasən bir kisə (50) kq ammafos gübrəsinin qiyməti hal-hazırda 89 manat təşkil etməsi həmin aktda qeyd edilmişdir. İşə əlavə edilmiş Qax Rayon Statistika İdarəsinin 15 avqust 2023-cü il tarixli məktubundan görünür ki, 2023-cü il ərzində 1 kq buğdanın orta bazar qiyməti 0.45 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ümumilikdə 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iclasında tərəflərin izahatı ilə müəyyən edildi ki, JN-0038, KOD 40313018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Qaysarlı kəndində yerləşən 4.35 ha torpaq sahəsi İddiaçı, X4, X5, X6 və X2 ümumibirgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində iddiaçı buğda toxumu əkmişdir. Cavabdehlər tərəfindən iddiaçının buğda əkdiyi torpaq sahəsində mal-qara otarılmışdır. İddiaçının müraciəti əsasında Qax DAİM-nin mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilmiş, İddiaçı və X19 DAİMə xx.xx.2022-ci il tarixli ərizəsi əsasında Qax rayon Qaysarlı kəndində yerləşən əkin sahələrinə baxış keçirilmiş, baxış zamanı Bəylərin Əmrahova məxsus əkin sahəsinə ziyan vurulması müəyyən edilmiş, 4.35 hektar buğda sahəsinin təqribən 1.5 hektar hissəsi iribuynuzlu heyvanlar tərəfindən yeyilərək tapdalanaraq məhv edilmiş, sahənin bitiş vəziyyətini nəzərə alınsa həmin sahənin hər hektarından təqribən 14-16 sentner məhsul əldə etmək mümkün olması müəyyən edilmişdir. Bu hesabla vətəndaşa təqribən 1.5 ha*15 sent=22.5 sentner (2.25 ton) "xxxx" ASC-dən (Aqrolizinq) alınmış məlumata əsasən bir kisə (50) kq ammafos gübrəsinin qiyməti hal-hazırda 89 manat təşkil etməsi həmin aktda qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya 1000 manat ziyan dəyməsi barədə iddiaçı tərəfindən məhkəməyə əsaslı və mötəbər sübut təqdim edilməmişdir. Cavabdehlər məhkəmə iclasında iddiaçıya məxsus əkin sahəsini təxminən 80 faizində mal-qaranın otardıqlarını etiraf etmişlər. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının 1.5 ha deyil, 1 ha taxıl sahəsinə ziyan dəymişdir. 1 ha taxıl sahəsinin 1500 kq buğda məhsulu verməsini və buğdanın 1 kq-nın 0.45 manat olması nəzərə alınardsa iddiaçıya dəyən ziyan 1500 kq x 0.45 manat=675 manat təşkil edir. Beləliklə iddia tələbi işin faktiki halları, DAİM-nin mütəxəssislərinin müvafiq Akt-ı və cavabdehlərinin qismən etiraf edici izahatı ilə qismən, yəni 675 manat maddi ziyana dair hissədə sübuta yetirilmişdir. İddia qismən sübuta yetirildiyi üçün cavabdehlərdən 30 manat dövlət rüsumu alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 birgə qaydada dəymiş maddi ziyana görə 675 (altı yüz yetmiş beş) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 birgə qaydada dəymiş maddi ziyana görə 675 (altı yüz yetmiş beş) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar