Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-470/2023 07.08.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – ASC) Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında nağd pul krediti müqaviləsi üzrə pul tələbinə dair” iddiasına dair mülki işə baxaraq, Müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh xx.xx.2022-ci il tarixli 340451-1-32131 saylı “Yenidən maliyələşdirilən kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi” üzrə xx.xx.2023-cü il tarixə Banka ödənilməmiş qalan 2.219.27 (iki min iki yüz on doqquz manat iyirmi yeddi qəpik) manat məbləğində əsas borc, 266.88 (iki yüz altmış altı manat səksən səkkiz qəpik) manat faiz borcu və 147.25 (yüz qırx yeddi manat iyirmi beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə – 2.633.40 (iki min altı yüz otuz üç manat qırx qəpik) manat pul vəsaiti və 46.33 (qırx altı manat otuz üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və onun ödənilməsi üçün 0.40 (qırx qəpik) manat alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,Cavabdeh xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinin X1 Ümumi Şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 340451-1-32131 saylı “Yenidən maliyələşdirilən kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi”nə əsasən istehlak məqsədilə cavabdehə illik 25.9% hesablanması şərti ilə 60 ay müddətinə 2.443 (iki min dörd yüz qırx üç) manat məbləğində kredit verilməsini xaiş etmiş, yəni təklif vermiş, Bank isə aksept etmişdir, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti Bank xidmətlərinin X1 ümumi şərtlərinin 7.25.3-cü bəndinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. Lakin borclu şəxs Cavabdeh öz üzrəinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka xx.xx.2023-cü il tarixə 2.219.27 (iki min iki yüz on doqquz manat iyirmi yeddi qəpik) manat məbləğində əsas borc, 266.88 (iki yüz altmış altı manat səksən səkkiz qəpik) manat faiz borcu və 147.25 (yüz qırx yeddi manat iyirmi beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə – 2.633.40 (iki min altı yüz otuz üç manat qırx qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın tələblərinin əsası kimi istinad etdiyimiz faktlar, hallar və onları təsdiq edən sübutların siyahısı aşağıdakılardan ibarətdir:
1. xx.xx.2022-ci il tarixli, 340451-1-32131 №-li “Yenidən maliyyələşdirilən kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi”
2. 06.02.2023-cü il tarixli, 982P saylı pretenziya məktubu
3. 29.03.2023-cü il tarixli hesabdan çixarış
4. 29.03.2023-cü il tarixli maliyyə arayışı
5. 01.02.2023-cü il tarixli maps arayışı
Tərəflər arasında yaranmış mübahisəni məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir nəticə verməmişdir və İddiaçı ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş və həmin tarixdə də məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” SS861014169AZ nömrəli xəbərnamədən görünür ki, cavabdeh X2 xx.xx.2023-cü il tarixində məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə banka olan əsas məbləğ üzrə borcu 2.219.27 (iki min iki yüz on doqquz manat iyirmi yeddi qəpik) manat məbləğində əsas borc, 266.88 (iki yüz altmış altı manat səksən səkkiz qəpik) manat faiz borcu və 147.25 (yüz qırx yeddi manat iyirmi beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə – 2.633.40 (iki min altı yüz otuz üç manat qırx qəpik) manat təşkil edir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli 340451-1-32131 saylı “Yenidən maliyələşdirilən kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi” üzrə xx.xx.2023-cü il tarixə Banka ödənilməmiş qalan 2.219.27 (iki min iki yüz on doqquz manat iyirmi yeddi qəpik) manat məbləğində əsas borc, 266.88 (iki yüz altmış altı manat səksən səkkiz qəpik) manat faiz borcu və 147.25 (yüz qırx yeddi manat iyirmi beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə – 2.633.40 (iki min altı yüz otuz üç manat qırx qəpik) manat pul vəsaiti və 46.33 (qırx altı manat otuz üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və onun ödənilməsi üçün 0.40 (qırx qəpik) manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 340451-1-32131 saylı “Yenidən maliyələşdirilən kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi” üzrə xx.xx.2023-cü il tarixə Banka ödənilməmiş qalan 2.219.27 (iki min iki yüz on doqquz manat iyirmi yeddi qəpik) manat məbləğində əsas borc, 266.88 (iki yüz altmış altı manat səksən səkkiz qəpik) manat faiz borcu və 147.25 (yüz qırx yeddi manat iyirmi beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə – 2.633.40 (iki min altı yüz otuz üç manat qırx qəpik) manat pul vəsaiti və 46.33 (qırx altı manat otuz üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və onun ödənilməsi üçün 0.40 (qırx qəpik) manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Malik Qarayev