Məhkəmə qərarları › İş №2(024)-474/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-474/2024

23.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-474/2024 23.08.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «müəyyən edilmiş alimentin miqdarının artırılması» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «müəyyən edilmiş alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2006-cı il tarixdə doğulmuş X4, xx.xx.2008-ci ildə doğulmuş X5 və xx.xx.2009-cu ildə doğulmuş X6 yetkinlik yaşına çatana qədər saxlanması və maddi cəhətdən təmin edilməsi üçün Cavabdeh ona ödədiyi hər ay üç uşaq üçün 200 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay hər bir uşaq üçün 235 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2006-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatdığını, odur ki, xx.xx.2008-ci ildə doğulmuş X5 və xx.xx.2009-cu ildə doğulmuş X6 yetkinlik yaşına çatana qədər saxlanması və maddi cəhətdən təmin edilməsi üçün Cavabdeh ona ödədiyi hər ay üç uşaq üçün 200 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay hər bir uşaq üçün 235 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, eyni zamanda məhkəmə iclasında yenidən ərizə verərək xx.xx.2008-ci ildə doğulmuş X5 və xx.xx.2009-cu ildə doğulmuş X6 yetkinlik yaşına çatana qədər saxlanması və maddi cəhətdən təmin edilməsi üçün Cavabdeh ona ödədiyi hər ay üç uşaq üçün 200 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay hər bir uşaq üçün 150 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə nikahlarını qeyd etdirməklə evlənmişdir. Birgə nikahdan onların xx.xx.2006-cı il tarixdə doğulmuş X4, xx.xx.2008-ci ildə doğulmuş X5 və xx.xx.2009-cu ildə doğulmuş X8 adlı övladları var. Ailə qurduqları vaxtlardan mehriban şəraitdə yaşasalar da, sonradan cavabdehlə xasiyyətləri uyğun gəlməmiş və onlar həm faktiki həm də rəsmi olaraq ayrılmış və hazırda da ayrı yaşayırlar. Qax Rayon Məhkəməsinin 2(024)-154/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2006-cı il tarixdə doğulmuş X4, xx.xx.2008-ci ildə anadan olmuş X5 və xx.xx.2009-cu ildə anadan olmuş X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay üç uşaq üçün ümumilikdə 200 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Hazırda o uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Cavabdehin hər ay üç uşaq üçün verdiyi 200 manat alimentlə uşaqları saxlamağı qeyri mümkündür. Ona görə də o cavabdehdən uşaqların saxlanması üçün təyin edilmiş alimentin miqdarının artırılmasını tələb edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək xx.xx.2008-ci ildə doğulmuş X5 və xx.xx.2009-cu ildə doğulmuş X6 yetkinlik yaşına çatana qədər saxlanması və maddi cəhətdən təmin edilməsi üçün Cavabdeh ona ödədiyi hər ay üç uşaq üçün 200 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay hər bir uşaq üçün 150 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini bildirərək izahatında göstərdi ki, Herba Flora MMC-də işləyir və 495 manat əmək haqqı alır. Bir neçə banka hazırda kredit öhdəliyi mövcuddur. Tələb edilən alimentin məbləği ilkin iddia ərizəsində göstərilən həddə artırılacağı halda ödəniş etməyi mümkünsüz olacaqdı. Lakin hazırda o iddiaçı ilə aralarında razılığa gəlmişdir və hazırda iddiaçının tələb etdiyi iki uşağın saxlanılması üçün hər ay bir uşaq üçün 150 manat alimenti verməyə razıdır. İddianın təmin edilməsinə etiraz etmədi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Qax Rayon Məhkəməsinin 2(024)-154/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, ərizəçi Süleymanova (Bəbəşova) Gülqələm Həşim qızı ilə maraqlı şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞŞ/MT0182023-01577 nömrəli barışıq sazişinin təsdiq edilməsi, barışıq sazişinin məcburi icra edilərək maraqlı şəxs Cavabdeh xx.xx.2006-cı il tarixdə doğulmuş X4, xx.xx.2008-ci ildə anadan olmuş X5 və xx.xx.2009-cu ildə anadan olmuş X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay üç uşaq üçün ümumilikdə 200 manat sabit pul məbləğində alimentin alınaraq ərizəçi Süleymanova (Bəbəşova) Gülqələm Həşim qızına ödənilməsi və alimentin tutulmasının əvvəlinin barışıq sazişində razılaşdırılmış xx.xx.2023-cü il tarixdən hesablanması qət edilmişdir. Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* № xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Qax şəhəri, S.Vurğun küçəsi, ev 5, mənzil 3-də qeydiyyatdadır. X7 iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞŞ/MT0182024-00754 saylı arayışdan görünür ki, İddiaçı X7 iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. Herba Flora MMC-nin xx.xx.2024-cü il tarixli HF-15/2024 nömrəli arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən Herba-Flora MMC-də mühafizəçi vəzifəsində işləyir və aylıq əmək haqqı 495 manat təşkil edir. xx.xx.2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, İddiaçı iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşaq üçün hər ay 235 manat miqdarında alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Bəbəşova X2 Qurban Qoşqaroviçin və X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 150 manat məbləğində aliment pulunun müəyyən edilməsinə etiraz etmir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri alimentin miqdarının artırılması üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» 14 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu yetkinlik yaşına çatmayanlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Sadalanan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu hər il artırılaraq 2024-cü il üçün 235 manat müəyyən edilmişdir. Hazırda uşaqlara görə cavabdehdən tutulan alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və həmin məbləğ uşaqların saxlanması üçün yetərli deyildir. Uşaqların yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Həmçinin uşaqlar da böyümüş və maddi tələbatları da artmışdır. Məhkəmə hesab edir ki, uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcuddur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, alimentin bir uşaq üçün 150 manat məbləğdə müəyyən edilməsi qanunauyğun və əsaslı olar. Məhkəmə qeyd edir ki, artırılmış alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Çünki “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2008-ci ildə doğulmuş X5 və xx.xx.2009-cu ildə doğulmuş X8 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulmalı olan alimentin məbləği artırılmalı, cavabdehdən tutulmalı olan alimentin məbləği bir uşaq üçün 150 manat həddində müəyyən edilməli, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı dövlət rüsumundan azad olunduğundan və iddianın qiyməti Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə müvafiq olaraq bir illik ödəmənin məcmusu ilə müəyyən olunduğundan cavabdehdən 32 manat məbləğdə dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsində qeyd olunmuşdur ki, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Qax Rayon Məhkəməsinin 2(024)-154/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2008-ci ildə doğulmuş X5 və xx.xx.2009-cu ildə doğulmuş X8 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulmalı olan alimentin məbləği artırılaraq hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilsin və Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Artırılmış aliment məbləğinin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan 32 (otuz iki) manat məbləğdə dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar