Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-484/2023 20.09.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Cavabdeh iştirakı ilə. İddiaçı MMC (“K@TV1”)-nin Cavabdeh qarşı “ziyanın ödənilməsi tələbi” nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı MMC (“K@TV1”) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 82 manat 50 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 262 manat 90 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, İddiaçı MMC (“K@TV1”)-nin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək, mülki işə icraatın bütün mərhələlərində iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual məcəlləsinin 185-ci maddəsinə əsasən işə İddiaçı MMC (“K@TV1”)-nin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmişdir. İddiaçı MMC (“K@TV1”) iddia ərizəsində göstərmişdir ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. Cavabdeh DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən Qax rayonu, Almalı kəndində qeydiyyatdadır. 47 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, xx.xx.2019-cu il tarixdə həmin ünvanda yaşayan Yusubov Elnur ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2018-ci il tarixinədək etmiş və xx.xx.2018-ci il tarixdə 24,70 manat borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2019-cu il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Teleradio üzrə mütəxəssisin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 7161 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə də, yuxarıda qeyd olunan qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvanın kabel televiziyası şəbəkəsindən ayrıldığı xx.xx.2018ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2019-cu il tarixə qədər olan müddət 250 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin məbləği 82 manat 50 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC “Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (bir yüz əlli) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubları göndərilmiş, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 82 manat 50 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 262 manat 90 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, iddia tələbini əsassız hesab edir. Belə ki, o iddiaçı ilə hər hansı bir xidmət üçün müqavilə bağlamamışdır. Müqavilə onun kürəkəni ilə iddiaçı arasında bağlanmışdır. Kabel televiziyası xidməti göstərilən fərdi yaşayış evi ona deyil, başqa şəxsə məxsusdur. İddiaçının hansı səbəb görə ona qarşı hazırki iddianı qaldırması ona məlum deyildir. Çünki o iddia ilə heç bir əlaqəsi olmayan şəxsdir. İddianı qəbul etmir. Lakin bununla yanaşı qeyd edir ki, iddiaçı iddia müddətini də ötürmüşdür. Göstərdiklərini nəzərə alaraq məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş, DİN-nin MAPS şöbəsinin verdiyi xx.xx.2022-ci il tartixli Arayışından görünür ki, Cavabdeh Qax rayonu Almalı kəndində qeydiyyatdadır. İş materiallarında olan "xxxx" MMC-nin 31 mart 2015-ci il tarixli 001 saylı müqavilə əsasında “AG Telekom MM-yə hüquqi xidmət göstərən” hüquq firmasının əməkdaşlarının tərtib etdikləri 13 fevral 2019-cu il tarixli 7161 saylı AKT-dan görünür ki, 13 fevral 2019-cu il tarixdə ünvan 2 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman, həmin binanın 72 saylı mənzilini “KATV 1kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş, bununla əlaqədar aktın tərtib edilməsində mənzil sakininin iştirakını təmin etmək və tərtib edilmiş aktı təqdim etmək məqsədi ilə həmin mənzilin qapısını döysələr də qapını heç kəs açmamışdır. İş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, həmin tarixdə “Ədalət-A” hüquq firması tərəfindən İddiaçı MMC-nə hüquqi xidmətlərin göstərilməsi barədə müqavilə şərtləri qəbul edilərək imzalanmışdır. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, hüququi xidmətlərin göstərilməsinə görə iddiaçı tərəfindən hüquq xidmətlərinin göstərilməsinə görə 150 manat rüsum ödənilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC (“K@TV1”)” verdiyi 06 aprel 2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı MMC ilə ünvan 3 ünvanında yaşayan Yusubov Elnur arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2019-cu il tarixdə bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub xx.xx.2018-ci il 24.70 manat borc ilə şəbəkədən ayrılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı MMC (“K@TV1”)” verdiyi Arayışdan görünür ki, İddiaçı MMC-nin KATV1 Kabel televiziyası xidmətinin bir teleqəbuledici üçün aylıq abunə haqqı xidməti xx.xx.2015-ci il tarixinədək 9 manat, xx.xx.2015-ci il tarixindən etibarən 10 manat təşkil edir. Hər əlavə qoşulan teleqəbuledici üçün isə aylıq abunə haqqı xidməti 2 manatdır. İş materiallarına əlavə edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, İcra Hakimiyyəti, Sabunçu rayonu mənzil Kommunal Təsərrüfat birliyinin 47 saylı Mənzil Kommunal istismar sahəsinin verdiyi xx.xx.2019-cu il tarixli Arayışından görünür ki, Cavabdeh həqiqətən də 47 nömrəli MİKİS-nin ərazisində yerləşən 4090/94 məhəllə, 1/5 saylı evin 72 nömrəli mənzilində yaşayır. xx.xx.2019-cu il 30/2240 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən ona məxsusdur. İş materiallarına əlavə edilmiş, DİN-nin MAPS şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh Qax rayonu Almalı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, 15 may 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30(otuz) manat dövlət rüsumu ödəmişdir. İş materiallarını nəzərdən keçirib, cavabdehin izahatını dinləyərək məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə iclasında işin faktiki halları və cavabdehin izahatı ilə müəyyən edilmişdir ki, iddiaçı tələbində haqlı olmamış və tələbi əsassızdır. Belə ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Sübutetmə yükü üzərinə düşən İddiaçı MMC (“K@TV1”)-nin tərəfindən isə Cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə qanunsuz olaraq kabel televiziyasının qoşulması barədə Akt təqdim edilsə də, qanunsuz qoşulmanın cavabdeh tərəfindən həyata keçirilməsi barədə məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi qeyd olunan mənzilin cavabdehə məxsus olması barədə Bakı şəhəri, Sabunçu rayonu, İcra Hakimiyyəti, Sabunçu rayonu mənzil Kommunal Təsərrüfat birliyinin 47 saylı Mənzil Kommunal istismar sahəsinin verdiyi xx.xx.2019-cu il tarixli Arayışı mülkiyyəti təsdiq edən sənəd olmadığı üçün mötəbər sübut hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı MMC-nin (“K@TV1”) Cavabdeh qarşı ““K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 82 manat 50 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 262 manat 90 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilməsin. İddiaçı MMC-nin (“K@TV1”) Cavabdeh qarşı “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 82 manat 50 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 262 manat 90 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilsin. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-484/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-484/2023
20.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver