Məhkəmə qərarları › İş №2(024)-486/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-486/2023

12.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-486/2023 12.09.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi , İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X7 iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2008-ci il tarixdə doğulmuş X11, xx.xx.2010-cu il tarixdə X9, xx.xx.2013-cü il tarixdə X10 və xx.xx.2016-cı il tarixdə X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh verdiyi alimentin miqdarının artırılaraq 220 manat olmaqla cəmi 880 manat aliment təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, Cavabdeh ilə nikahlarını 13 aprel 2023-cü il tarixdə Qax rayonu Qum kənd ƏİD-də rəsmi qeyd etdirməklə evlənmişlər. Birgə nikahdan onların xx.xx.2008-ci il tarixdə Sona, xx.xx.2010-cu il tarixdə Nazlı, xx.xx.2013-cü il tarixdə Təranə və xx.xx.2016-cı il tarixdə X12 adlı uşaqları doğulmuşdur. 2014-cü il tarixdə hər bir uşağın saxlanılması üçün 50 manat olmaqla cəmi 200 manat məbləğdə aliment cavabdehdən alınıb ona verilməsi barədə Qax rayon Məhkəməsi tərəfindən qətnamə çıxarılmışdır. Hazırki dövrdə 200 manat alimentlə uşaqları saxlamaq mümkün deyil, uşaqların çoxlu ehtiyacları var. O isə uşağı maddi cəhətdən dolandırmaqda çətinlik çəkir. Uşağın ehtiyaclarını ödəmək mümkün deyil. Ona görə də məhkəmədə alimentin miqdarının artırılması haqda iddia qaldırmışdır. Hazırda alimentin artırılaraq 220 manat məbləğində müəyyən olunmasını istəyir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən xx.xx.2008-ci il tarixdə X11, xx.xx.2010-cu il tarixdə X9, xx.xx.2013-cü il tarixdə X10 və xx.xx.2016-cı il tarixdə doğulmuş X8 yetkinlik yaşma çatanadək saxlanması üçün Cavabdeh verdiyi alimentin miqdarının artırılaraq 220 manat olmaqla cəmi 880 manat aliment təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X13 izahat verərək göstərdi ki, iddianı qəbul etmir. Oğlu Cavabdeh sərhəd qoşunlarında xidmət edir və 750 manat əmək haqqı alır. İddiaçının tələb etdiyi alimenti ödəməyə Orxanın maddi imkanı yol vermir. Ona görə də, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax rayonu Turaclı kəndində qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Qax rayonu Süskənd kəndində qeydiyyatdadır. İş materiallarında olan Qax rayon Məhkəməsinin 11 mart 2014-cü il tarixli 2(024)-98 saylı icra vərəqəsindən görünür ki, Qax rayonu Süskənd kəndində yaşayan Cavabdeh xx.xx.2008-ci il tarixdə doğulmuş X11, xx.xx.2010-cu il tarixdə anadan olmuş X9 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X3 18 (on səkkiz) yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 50(əlli) manat olmaqla, cəmi 150(bir yüz əlli) manat miqdarında aliment alınıb Qax rayonu Turaclı kəndində yaşayan X2 verilməsi və alimentin tutulması xx.xx.2014-cü il tarixdən başlanması və uşaqların on səkkiz yaşına çatanadək davam etdirilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİ № 221009 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 20 dekabr 2008-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan AZ-T № ******* saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 17 iyul 2010-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan AZ-İİİ № 119052 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 09 iyun 2013-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan AZ-İİİ № 672161 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 03 yanvar 2016-cı il tarixdə doğulmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə toplanmış materialları araşdıraraq belə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qax rayon Məhkəməsinin 11 mart 2014-cü il tarixli 2(024)-98 saylı qətnaməsinə əsasən Qax rayonu Süskənd kəndində yaşayan Cavabdeh xx.xx.2008-ci il tarixdə doğulmuş X11, xx.xx.2010-cu il tarixdə anadan olmuş X9 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X3 18 (on səkkiz) yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 50(əlli) manat olmaqla, cəmi 150(bir yüz əlli) manat miqdarında aliment alınıb Qax rayonu Turaclı kəndində yaşayan X2 verilməsi və alimentin tutulması xx.xx.2014-cü il tarixdən başlanması və uşaqların on səkkiz yaşına çatanadək davam etdirilməsi qət edilmişdir. Lakin buna baxmayaraq iddiaçı X1 üçün aliment təyin edilmədiyi halda onun saxlanılması üçün cavabdehdən aliment tələb etməli olduğu halda ona münasibətdə alimentin artırılmasını xahiş etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi Damla Cəlilovaya münasibətdə əsassızdır. Tərəflərin birgə nikahdan doğulmuş Sona, Nazlı və Təranənin saxlanılması üçün alimentin artırılması ilə bağlı isə məhkəmə qeyd edir ki, hazırda uşaqlar böyümüş və təlabatı artmışdır. İddiaçı uşaqların saxlanması üçün ödənilən alimentin miqdarının artırılması tələbi ilə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazının əsası kimi cavabdehin iddiaçının tələb etdiyi alimenti ödəmək üçün maddi imkanının olmamasını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndin əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İnsan Hüquqlarına Dair Ümumi Bəyamnamənin 25 ci maddəsinin 2-ci bəndinə əsasən Analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nigah nəticəsində, həm də nigahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanununun 8-ci maddəsinə əsasən Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin qanunun 13-cü maddəsinə əsasən Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə məcəlləsinin 75.1-ci maddəsinə əsasən Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maliyyə vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəlləsinin 78.1-ci maddəsinə uyğun olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Uşaqların saxlanması üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra keçən müddət ərzində tərəflərin maddi vəziyyətində dəyişiklik olması halları müəyyən olunsa da, həmçinin məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra uşaqlar üçün yaşayış minimumu da artmışdır. Uşaqların saxlanması üçün cavabdehin iddiaçıya ödədiyi ümumilikdə 150 manat aliment hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu ilə müqayisədə az olduğuna görə məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etməkdən ötrü cavabdehin uşaqların saxlanması üçün iddiaçıya ödədiyi alimentin miqdarı da artırılmalıdır. Həmçinin Məhkəmə hazırki iş üzrə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycanda 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunda uşaqların saxlanması üçün 220 manat məbləğ müəyyən edilməsinə baxmayaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsi valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını müəyyən etmişdir. Odur ki, uşağın qayğısına qalmaq və ehtiyaclarını təmin etmək hər iki valideynin üzərinə qoyulmuş vəzifə və mənəvi borcdur. Belə olan halda uşağın saxlanması üçün nəzərdə tutulmuş 220 manat məbləğə də ümumilikdə hər iki valideynin öhdəliyi kimi yanaşılmalıdır. Həmin məbləğin bir valideynin üzərinə qoyulması cavabdehin maddi vəziyyətinə və Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələblərinə uyğun deyildir. Məhkəmə cavabdehdən uşaqların saxlanması üçün tutulan alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 130 manat məbləğində müəyyən edilməsini qanuna müvafiq hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2008-ci il tarixdə doğulmuş X11, xx.xx.2010cu il tarixdə doğulmuş X9 və xx.xx.2013-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı verdiyi alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 130 (bir yüz otuz) manat məbləğində müəyyən edilməli və alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmağa başlanılmalı, iddianın qalan hissəsi rədd edilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Qeyd edilən hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, bir il ərzində ödəmənin məcmusu nəzərə alınmaqla cavabdehdən 48.80 (qırx səkkiz manat səksən qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin edilsin. xx.xx.2008-ci il tarixdə doğulmuş X11, xx.xx.2010-cu il tarixdə doğulmuş X9 və xx.xx.2013-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşma çatanadək saxlanması üçün Cavabdeh İddiaçı verdiyi alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 130 (bir yüz otuz) manat məbləğində müəyyən edilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Cavabdeh 48.80 (qırx səkkiz manat səksən qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar