Məhkəmə qərarları › İş №2(024)-49/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-49/2024

02.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-49/2024 02.02.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçı Qax Kommunal Müəssisələri Kombinatının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə. İddiaçı Qax Kommunal Müəssisələri Kombinatının cavabdehlər Cavabdeh1 Əli oğlu, X19, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X9, Cavabdeh7, Cavabdeh16, X20, X10, Cavabdeh10 Adil oğlu, Cavabdeh11, Cavabdeh12, X23, X16, Cavabdeh14 və Cavabdeh15 qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Qax Kommunal Müəssisələri Kombinatı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 Əli oğlundan 56 manat, X12 58 manat, Cavabdeh3 205 manat, Cavabdeh4 71 manat, Cavabdeh5 63 manat, X2 44 manat, Cavabdeh7 70 manat, Cavabdeh16 243 manat, X11 133 manat, X3 109 manat, Cavabdeh10 Adil oğlundan 30 manat, Cavabdeh11 83 manat, Cavabdeh12 86 manat, X17 106 manat, X7 253 manat, Cavabdeh14 64 manat və Cavabdeh15 42 manat olmaqla cəmi 1716 (bir min yeddi yüz on altı manat) manat pul borcunun alınıb Qax rayon Kommunal Müəssisələri Kombinatına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 Əli oğlu, X19, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X9, Cavabdeh7, Cavabdeh16, X20, X10, Cavabdeh10 Adil oğlu, Cavabdeh11, Cavabdeh12, X23, X16, Cavabdeh14 və Cavabdeh15 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəblərinə dair məhkəməyə heç bir məlumat verməmişlər. Həmçinin iddiaçı məhkəməyə ərizə göndərərək cavabdehlər Cavabdeh1 Əli oğlu, X19, Cavabdeh4, Cavabdeh5, X9, Cavabdeh7, Cavabdeh16, X20, Cavabdeh10 Adil oğlu, Cavabdeh12, X23, X16, Cavabdeh14 və Cavabdeh15 iddia tələbində göstərilən borclarını ödədiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Qax Kommunal Müəssisələri Kombinatı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qax rayon Kommunal Müəssisələri Kombinatı ilə cavabdehlər arasında bağlanmış müqaviləyə əsasən cavabdehlər məişət tullantılarının daşınması haqqını ödəməlidirlər. Təəssüfki cavabdehlər həmin müqavilə şərtələrini pozmaqla məişət tullantıları üçün ödənilməli məbləği ödəməkdən boyun qaçırırlar. Cavabdehlərə yaranmış borcun ödənilməsi ilə bağlı dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq heç bir nəticəsi olmamışdır. Nəticədə cavabdehlər Cavabdeh1 Əli oğlunun 56 manat, X13 58 manat, Cavabdeh3 205 manat, Cavabdeh4 71 manat, Cavabdeh5 63 manat, X4 44 manat, Cavabdeh7 70 manat, Cavabdeh16 243 manat, X14 133 manat, X5 109 manat, Cavabdeh10 Adil oğlunun 30 manat, Cavabdeh11 83 manat, Cavabdeh12 86 manat, X18 106 manat, X8 253 manat, Cavabdeh14 64 manat və Cavabdeh15 42 manat borcu qalmışdır. Bu səbəbdən iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən cavabdehlər Cavabdeh1 Əli oğlundan 56 manat, X12 58 manat, Cavabdeh3 205 manat, Cavabdeh4 71 manat, Cavabdeh5 63 manat, X2 44 manat, Cavabdeh7 70 manat, Cavabdeh16 243 manat, X11 133 manat, X3 109 manat, Cavabdeh10 Adil oğlundan 30 manat, Cavabdeh11 83 manat, Cavabdeh12 86 manat, X17 106 manat, X7 253 manat, Cavabdeh14 64 manat və Cavabdeh15 42 manat olmaqla cəmi 1716 (bir min yeddi yüz on altı manat) manat pul borcunun alınıb Qax rayon Kommunal Müəssisələri Kombinatına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Qax Kommunal Müəssisələri Kombinatının etibarnamə üzrə nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin cavabdehlər Cavabdeh1 Əli oğlu, X19, Cavabdeh4, Cavabdeh5, X9, Cavabdeh7, Cavabdeh16, X20, Cavabdeh10 Adil oğlu, Cavabdeh12, X23, X16, Cavabdeh14 və Cavabdeh15 iddia tələbində göstərilən borclarını ödədiklərini bildirərək iddianın digər cavabdehlərə nisbətdə təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Qax Kommunal Müəssisələri Kombinatı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh9 və Cavabdeh11 arasında bağlanmış müqavilələrdən görünür ki, həmin müqavilələrə əsasən Qax Kommunal Müəssisələri Kombinatı tərəfindən məişət tullantılarının daşınması təmin ediləcək, cavabdehlər məişət tullantılarının daşınması üçün Qax Kommunal Müəssisələri Kombinatına hər ay 2 manat xidmət haqqı ödəyəcəkdir. İş materiallarında olan borcu olan abonentlərin siyahısından görünür ki, Qax Kommunal Müəssisələri Kombinatına məişət tullantılarının daşınması üzrə Cavabdeh3 205 manat, Cavabdeh9 109 manat və Cavabdeh11 83 manat borcu vardır. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib, işdə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Qax rayon Kommunal Müəssiləri Kombinatı ilə cavabdehlər arasında bağlanmış müqaviləyə əasən Qax Kommunal Müəssisələri Kombinatı tərəfindən məişət tullantılarının daşınması təmin ediləcək, cavabdehlər məişət tullantılarının daşınması üçün Qax Kommunal Müəssisələri Kombinatına hər ay 2 manat xidmət haqqı ödəyəcəkdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilmiş lakin, cavabdehlər həmin müqavilə şərtələini pozaraq məişət tullantıları üçün ödənilməli məbləği ödəməkdən boyun qaçırmışlar. Cavabdehlərə yaranmış borcun ödənilməsi ilə bağlı dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq heç bir nəticəsi olmamışdır. Nəticədə cavabdehlər Cavabdeh1 Əli oğlunun 56 manat, X13 58 manat, Cavabdeh3 205 manat, Cavabdeh4 71 manat, Cavabdeh5 63 manat, X4 44 manat, Cavabdeh7 70 manat, Cavabdeh16 243 manat, X14 133 manat, X5 109 manat, Cavabdeh10 Adil oğlunun 30 manat, Cavabdeh11 83 manat, Cavabdeh12 86 manat, X18 106 manat, X8 253 manat, Cavabdeh14 64 manat və Cavabdeh15 42 manat iddiaçı Qax Kommunal Müəssisələri Kombinatına borcu qalmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Həmçinin iddiaçı məhkəmə baxış iclası olanadək məhkəməyə ərizələr verərək cavabdehlər Cavabdeh1 Əli oğlu, X19, Cavabdeh4, Cavabdeh5, X9, Cavabdeh7, Cavabdeh16, X20, Cavabdeh10 Adil oğlu, Cavabdeh12, X23, X16, Cavabdeh14 və Cavabdeh15 iddia tələbində göstərilən borclarını ödədiklərini bildirmişdir. Azərbyacan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu)başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli,əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə cavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi cavabdehin icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 436-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırlmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh3 205 manat, Cavabdeh9 109 manat və Cavabdeh11 83 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı Qax rayon Kommunal Müəssisələri Kombinatının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3 205 manat, Cavabdeh9 109 manat və Cavabdeh11 83 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı Qax rayon Kommunal Müəssisələri Kombinatının xeyrinə ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar