Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-492/2023 28.11.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyev Elçin Feyzullah oğlunun katibliyi ilə. Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyan tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : İddiaçı Cavabdeh, qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona dəymiş olan 4720 manat maddi ziyanı və onun iddia qaldırmaq üçün ödədiyi 69 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərlə lazımı qaydada məlumat verilmiş, İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək üzürlü səbəbdən məhkəmə iclasına gələ bilməyəcəyini və lazım olan sənədləri məhkəməyə təqdim etdiyini göstərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə MPM-nin 185-ci maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o ailəsi ilə bilrikdə Şəki rayonu Baş Göynük kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Mersedes C-200” markalı **-VV-*** dövlət nişanlı avtomobillə Zaqatala şəhərindən yaşadığı ünvana gedərkən X1 yolunun Qax rayonu Ləkit kəndi ərazisindən keçən hissədə saat təxminən 15 radələrində hərəkət edərkən yolun sağ hissəsindən qarşı tərəfdən gələn sonradan tanıdığı Qax rayonu Zərnə kənd sakini Cavabdeh məxsus **-OP-*** qeydiyyat nişanlı Opel-Vectra markalı qəflətən manevr edərkən avtomobili saxlaya bilməmiş və maşını vurmuşdur. Hadisə vaxtı xəsarət alan olmamışdır. Maşın qəza nəticəsində yararsız hala düşmüşdür. Maşının sahibi Cavabdeh orada onu borclu çıxarmışdır. Daha sonra hadisə yerinə YPXnin əməkdaşları gəlmiş, həmin vaxt onun barəsində prtokol tərtib olunmuşdur. Avtomobili tanınmaz hala düşmüşdür. Onun maşına olan ziyanı mütəxəssis hesablamış, orada məlum olmuşdur ki, usta xərci ilə birlikdə ümumilikdə 4720 manat miqdarında ziyan dəymişdir. Avtomaşının çox hissəsi yararsız hala düşmüş, o bununla bağlı ona pul təklif etsə də həmin şəxs razı olmamışdır. O, dəymiş ziyanla bağlı cavabdehə dəfələrlə desə də heç bir nəticəsi olmamışdır. Cavabdeh qəsdən pulu ödəməkdən yayınır. Belə olan halda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan əlavə o məhkəmədə iddia qaldırmaq üçün 69 manat dövlət rüsumu ödəmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ona dəymiş olan 4720 manat maddi ziyanı və onun iddia qaldırmaq üçün ödədiyi 69 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, iddia tələbini əsassız hesab edir. Çünki iddiaçıya dəyən maddi ziyanı sığorta tam olaraq ödəmişdir. İddianı qəbul etmir, rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Qax RPŞ-nin DYPB-nin YPX inspektorunun xx.xx.2023-cü il tarixli İXP5517888 saylı protokolundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ziyan Aktından görünür ki, İddiaçı avtomobilinə 4720 manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Şəki rayonu Baş Göynük kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Qax rayonu Zərnə kəndində qeydiyyatdadır. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 68 manat məbləğində dövlət rüsumu, 0.40 manat xidmət haqqı ödəmişdir. İş materiallarını nəzərdən keçirib, cavabdehin izahatını dinləyərək məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə işin faktiki hallarını araşdıraraq müəyyən etmişdir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı idarə etdiyi “Mersedes C-200” markalı **-VV-*** dövlət nişanlı avtomobillə Cavabdeh idarə etdiyi **-OP-*** qeydiyyat nişanlı “Opel-Vectra” avtomobil toqquşmuş və Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün inzibati məsuliyyətəı cəlb olunmuşdur. İddiaçı cavabdehdən ona dəymiş olan 4720 manat maddi ziyanı və onun iddia qaldırmaq üçün ödədiyi 69 manat dövlət rüsumu tələb edir. İşin mübahisəsiz halları ilə müəyyən edilmişdir ki, “Mersedes C-200” markalı **-VV-*** dövlət nişanlı avtomobil iddiaçının mülkiyyətində olması ilə bağlı qeydiyyat aparılmamış və buna dair qeydiyyat vəsiqəsi verilməmişdir. Bu səbəbdən də həmin tələblə bağlı iddiaçı qismində çıxış etməli şəxs iddiaçı deyildir. Belə ki, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi də ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qayadaya riayət edilməklə yaranır. Məhkəmə İddiaçı müvafiq subyektiv hüququnun olubolmamasını araşdıraraq qeyd edir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, tələbin həmin hissəsi əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınmın əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalmz məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi hallarm müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Şərh olunanlara obyektiv qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “4720 manat maddi ziyanı və onun iddia qaldırmaq üçün ödədiyi 69 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı “4720 manat maddi ziyanı və onun iddia qaldırmaq üçün ödədiyi 69 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən təqdim olunduğu (alındığı) gündən 1(bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-492/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-492/2023
28.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver