Məhkəmə qərarları › İş №2(024)-51/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-51/2024

17.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-51/2024 17.05.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh, X1 Arçiloviçin iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyan tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona dəymiş olan 1215 manat maddi ziyanı və onun iddia qaldırmaq üçün ödədiyi 34 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o ailəsi ilə Qax rayonu İlisu kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə idarə etdiyi “VAZ 2115” markalı **-XT- *** dövlət nişanlı avtomobillə Qax şəhəri H.Əliyev prospektində hərəkətdə olan zaman yol kənarından qəflətən sahibsiz 1 baş iri buynuzlu heyvan yola çıxaraq avtomobilə çırpılmışdır. Daha sonradan tanıdığı Qax rayonu Qaxingiloy kənd sakini Cavabdeh hadisə yerinə gəlmiş və həmin vaxtı dəymiş ziyanı ödəyəcəyini bildirmişdir. Hadisə vaxtı xəsarət alan olmamışdır. Avtomobil qəza nəticəsində yararsız hala düşmüşdür. Daha sonra hadisə yerinə YPX-nin əməkdaşları gəlmişdir. Həmin vaxt Cavabdeh barəsində protokol tərtib olunmuşdur. Avtomobili tanınmaz hala düşmüşdür. Avtomobilə dəymiş ziyanı mütəxəssis hesablamış və usta xərci ilə birlikdə ümumilikdə 1215 manat miqdarında ziyan dəydiyi müəyyən olunmuşdur. Qax rayonu Qaxingiloy kənd sakini Cavabdeh qəsdən pulu ödəməkdən yayınır. Belə olan halda o məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan əlavə o məhkəmədə iddia qaldırmaq üçün 34 manat dövlət rüsumu ödəmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ona dəymiş olan 1215 manat maddi ziyanı və onun iddia qaldırmaq üçün ödədiyi 34 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq onu da göstərdi ki, avtomobil yenicə təmirdən çıxmışdır. Borc xərc taparaq avtomobili təmir etdirmişdir. Cavabdeh tərəfindən avtomobilinə dəymiş 1215 manat ziyan ödənməmişdir. Ona görə də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçının tələb etdiyi 1250 manat dəymiş ziyanla razılaşmır. O. iddiaçıya 400 manat pul ödəyə bilər. Həmin məbləği də hissə-hissə olmaqla ödəyə biləcəkdir. Heç bir yerdə işləmir. İddianı qismən qəbul edir. İş materiallarına əlavə edilmiş Qax rayon məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 100(yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş avtomobilin qeydiyyat şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, “VAZ 2115 minik” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş əmtəəşünaslıq ekspertizasının 09 aprel 2024-cü il tarixli 9/1992 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən avtohissələrin qiymətlərti nəzərə alınmaqla “VAZ 2115 minik” markalı **- XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri hadisə baş verən tarixə təxminən 1215.00 manat təşkil edir. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 50 (əlli) manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 34 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax rayonu İlisu kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Qax rayonu Qax-İngiloy kəndində qeydiyyatdadır. İş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə axşam saat 22 radələrində Qax şəhəri, H.Əliyev prospektində özünə məxsus olan iribuynuzlu mal-qaranı yolda nəzarətsiz qoymuş və nəticədə qəflətən İddiaçı idarə etdiyi “VAZ 21154” minik markalı **- XT-*** dövlət qeydiyyat nişanlı avtomaşının qarşısına çıxmış, iribuynuzlu mal avtomaşına dəyərək həmin avtomaşının sahibinə maddi zərər vurmuşdur. Qax rayon məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 100(yüz) manat məbləğində cərimə edilmişdir. İddiaçı hazırda ona dəymiş olan 1215 manat maddi ziyanı və onun iddia qaldırmaq üçün ödədiyi 34 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın 09 aprel 2024-cü il tarixli 9/1992 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “VAZ 2115 minik” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri hadisə baş verən tarixə təxminən 1215.00 manat təşkil edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək iddiaçıya 1250 manat yox, 400 manat məbləğində maddi ziyan vurduğunu etiraf etmiş, lakin həmin məbləğdə ziyan dəyməsi ilə bağlı məhkəməyə hər hansı əsaslı və mötəbər sübut təqdim etməmişdir. Məhkəmə iş materiallarına, işin faktiki hallarına və tərəflərin izahatlarına hüquqi qiymət verərək hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus “VAZ 2115” markalı **-XT-*** dövlət nişanlı avtomobilə 1250 manat ziyan dəyməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda iş üzrə 50 manat ekspertiza xərci Cavabdeh alınıb müvafiq hesaba ödənilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı məxsus “VAZ 2115 minik” markalı **-XT- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 1215 manat pul və 34 manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, iş üzrə 50 manat ekspertiza xərci Cavabdeh alınıb müvafiq hesaba ödənilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus “VAZ 2115 minik” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 1215 manat pul və 34 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Cavabdeh 50 manat ekspertiza xərcin alınıb (Büdcə təsnifatının kod-142595, büdcə səviyyəsinin kodu-3, SAP(XİİS) hesabı, adı-X2, kodu 210005, VÖEN **********, Müxbir hesab-Az41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab-AZ34CTRE********************) saylı hesaba ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar