Məhkəmə qərarları › İş №2(024)-525/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-525/2023

29.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-525/2023 29.11.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyev Elçin Feyzullah oğlunun katibliyi ilə. İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “maddi ziyan və dövlət rüsumunun cavabdehdən tutulması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən dəymiş ziyana görə 15000 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərlə lazımı qaydada məlumat verilmiş, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, əri X1 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Onlara Qax rayon Qum kənd Aqrar islahat komisiyyasının qərarı ilə əmlak payı kimi cücəxana binası verilmişdir. Həmin cücəxana binasını istifadə etmişlər. 2018-ci ildə həmin cücəxana binasında cavabdeh mərhum əri ilə razılaşaraq özü istifadə edərək toyuq-cücə və keçi saxlamışdır. Bununla yanaşı cücəxana binasına ot bağları yığmışdır. xx.xx.2018-ci il tarixdə bina cavabdehin istifadəsində olduğu müddətdə 60 kv.m bina yanaraq istifadəyə yararsız hala düşmüşdür. Yanğın hadisəsi cavabdehin səhlənkarlığı və ehtiyyatsızlığı ucbatından olduğuna görə cavabdeh binanı yenidən təmir edəcəyini bildirmişdir. Lakin dəfələrlə tələb etmələrinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr gətirərək binanı hazırkı vaxtadək təmir etməmişdir. Nəticədə binanın divarları da, yağış və qar sularının təsirindən yararsız vəziyyətə düşmüşdür. Nəticədə ona 15000 manatadək məbləğdə ziyan dəymişdir. Hesab edir ki, dəymiş maddi ziyanın tam olaraq hesablanması üçün DYMX-dən ziyan aktı əldə edilməli və işin qanuni və ədalətli həll edilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməlidir. Belə olduğu halda tələblə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh dəymiş ziyana görə 15000 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, cavabdehlə aralarında hər hansı icarə müqaviləsi olmadığını göstərərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş xahiş etmişdir. İşə əlavə edilmiş DYMX Qax rayon X2 Xidmətinin verdiyi xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, xx.xx.2018-ci il tarixdə İddiaçı məxsus olan əmlak pay torpağında yerləşən Cücəxana binasında yanğın hadisəsi baş vermiş və baş vermiş yanğın nəticəsində 60 kv.m sahəsi olan bina yanar konstruksiyaları ilə birlikdə yanaraq yararsız hala düşmüşdür İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax rayonu Çinarlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Qax rayonu Qum kəndində qeydiyyatdadır. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 230 manat məbləğində dövlət rüsumu, 0.40 manat xidmət haqqı ödəmişdir. İş materiallarını nəzərdən keçirib, iddiaçının izahatını dinləyərək məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə işin faktiki hallarını araşdıraraq müəyyən etmişdir ki, xx.xx.2018-ci il tarixdə İddiaçı istifadəsində olan əmlak pay torpağında yerləşən Cücəxana binasında yanğın hadisəsi baş vermiş və baş vermiş yanğın nəticəsində 60 kv.m sahəsi olan bina yanar konstruksiyaları ilə birlikdə yanaraq yararsız hala düşmüşdür. İddiaçı Cavabdeh 2018-ci ildə həmin cücəxana binasını mərhum əri ilə razılaşaraq özü istifadə edərək toyuq-cücə və keçi saxladığını, binaya ot bağlarını yığdığını və xx.xx.2018-ci il tarixdə bina cavabdehin istifadəsində olduğu müddətdə 60 kv.m sahə yanaraq istifadəyə yararsız hala düşdüyünü göstərərək cavabdehdən dəymiş ziyana görə 15000 manat tələb etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Sübutetmə yükü üzərinə düşən iddiaçı həmin cücəxana binasının özünün mülkiyyətində olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyi üçün əsassızdır. Bundan əlavə iddiaçı məhkəməyə Cavabdehla aralarında sözügedən binanın icarəyə verilməsi barədə hər hansı bir razılaşma, icarə müqaviləsi bağlanması barədə və cavabdeh tərəfindən ona necə və hansı məbləğdə maddi ziyanın dəyməsi, dəymiş ziyanın cavabdehlə əlaqəli olub-olmaması barədə məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınmın əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalmz məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi hallarm müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Şərh olunanlara obyektiv qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “cavabdehdən dəymiş ziyana görə 15000 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı “cavabdehdən dəymiş ziyana görə 15000 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən təqdim olunduğu (alındığı) gündən 1(bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar