Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-546/2023 29.09.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “Qax rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən ona və oğlu İddiaçı2 mülkiyyətinə verilmiş Qax rayonu Ağçay kəndində yerləşən 0.09 ha torpaq sahəsinə çıxarış alınması üçün ölçü işlərinə cavabdeh tərəfindən edilmiş manelərin aradan qaldırılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qax rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən ona və oğlu İddiaçı2 mülkiyyətinə verilmiş Qax rayonu Ağçay kəndində yerləşən 0.09 ha torpaq sahəsinə çıxarış alınması üçün ölçü işlərinə cavabdeh tərəfindən edilmiş manelərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində göstərmişlər ki, onlar Qax rayonu Ağçay kəndində yaşayırlar. Onlara və mərhum X3na Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə 0.12 həyətyanı torpaq sahəsi verilmişdir. X3 xx.xx.2019-cü il tarixdə vəfat etmişdir. Onlar vərəsəlik işi ilə bağlı məhkəməyə müraciət etmiş və Qax rayon Məhkəməsinin 25 aprel 2022ci il tarixli qətnaməsinə əsasən miras əmlakdan onlara pay verilmişdir. Qax rayonu Ağçay kəndində yerləşən həmin həyətyanı sahəyə hazırda çıxarış ala bilmir. Bu işlə bağlı DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin Qax rayon şöbəsinə çıxarış almaq üçün müraciət etmiş, orada nümayəndə onlara məxsus torpaq sahəsinə gedib ölçü işləri aparmaq istəyən zaman cavabdeh buna mane olmuşdur. DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin Qax rayon şöbəsinin işçiləri ölçü işləri aparmaqdan imtina etmişlər. Bu barədə DƏDRX-dən 01 avqust 2023cü il tarixdə imtina məktubu vermişlər. Beləliklə onlara məxsus olan 0.09 ha həyətyanı torpaq sahəsinə çıxarış verilməsi mümkün olmamışdır. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşlar. Göstərilənləri nəzərə alaraq məhkəmədən Qax rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən ona və oğlu İddiaçı2 mülkiyyətinə verilmiş Qax rayonu Ağçay kəndində yerləşən 0.09 ha torpaq sahəsinə çıxarış alınması üçün ölçü işlərinə cavabdeh tərəfindən edilmiş maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. İş materiallarında olan JN-041A, KOD 40308028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Ağçay kəndində yerləşən 0.12 ha torpaq sahəsi X6, X8, İddiaçı1 və X2 ümumibirgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan Qax rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2(024)-197/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, JN-041A, KOD 40308028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X6, X8, İddiaçı1 və İddiaçı2 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Ağçay kəndində yerləşən 0.12 ha torpaq sahəsinin Ramazan İsaqovdan miras qalmış ¼ hissə payına vərəsəlik açılmış və həmin miras əmlakları qəbul etmək üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılması və həmin 0.12 ha torpaq sahəsinin Ramazan İsaqovdan miras qalmış ¼ hissəsi üzərində iddiaçılar İddiaçı1 ½ hissə və İddiaçı2 ½ hissə payı müəyyən edilməsi və həmin payların iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilməsi qət edilmişdir. İşə əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin verdiyi xx.xx.2021-ci il tarixli 7534 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, sözügedən ərazidə mübahisə olduğundan və ölçü işlərinin aparılmasına maneçilik törədildiyindən ərizənin icrası mümkün olmamışdır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı1 və X1 rayonu Ağçay kəndində yaşayırlar. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Qax rayonu Ağçay kəndində yaşayırlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, JN- 041A, KOD 40308028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Qax rayonu Ağçay kəndində yerləşən 0.12 ha torpaq sahəsi X6, X8, İddiaçı1 və X2 ümumibirgə mülkiyyətinə verilmişdir. Qax rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2(024)-197/2022 saylı qətnaməsinə əsasən təsdiq olunmuş surətindən görünür ki, JN-041A, KOD 40308028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X6, X8, İddiaçı1 və İddiaçı2 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Ağçay kəndində yerləşən 0.12 ha torpaq sahəsinin Ramazan İsaqovdan miras qalmış ¼ hissə payına vərəsəlik açılması və həmin miras əmlakları qəbul etmək üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəblərinin üzürlü hesab edilməklə uzadılması və həmin 0.12 ha torpaq sahəsinin Ramazan İsaqovdan miras qalmış ¼ hissəsi üzərində iddiaçılar İddiaçı1 ½ hissə və İddiaçı2 ½ hissə payı müəyyən edilməsi və həmin payların iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilməsi qət edilmişdir. İddiaçılar miras əmlakı mülkiyyətinə keçirmək üçün ƏMDK yanında DƏDRX-nə 12 saylı Şəki Ərazi idarəsinə müraciət etmiş, həmin idarənin əməkdaşları tərəfindən Çıxarışın verilməsi ilə bağlı sözügedən torpaq sahəsində ölçü işləri aparılarkən cavabdeh tərəfindən ölçü işlərinin aparılmasına maneçilik törədilmişdir. Bu səbəbdən də həmin idarə tərəfindən iddiaçıya 01 avqust 2023-cü il tarixli, № 3-21-3-39/2-2340/2023 saylı hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərilərək sözügedən ərazidə mübahisə olduğundan və ölçü işlərinin aparılmasına maneçilik törədildiyindən ərizənin icrası mümkün olmamışdır. Bu səbəbdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İş materialları və işin faktiki halları ilə Cavabdeh sözügedən mübahisəli torpaq sahəsinə müvafiq hüquqi sənədlərin alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarına maneçilik törədilməsi sübuta yetirlmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət toxunulmazdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublıkası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Qax rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilmiş Qax rayonu Ağçay kəndində yerləşən 0.09 ha torpaq sahəsinə Çıxarış alınması üçün ölçü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən aparılacaq ölçü işlərinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Qax rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilmiş Qax rayonu Ağçay kəndində yerləşən 0.09 ha torpaq sahəsinə Çıxarış alınması üçün ölçü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən aparılacaq ölçü işlərinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Qətnamədən təqdim olunduğu (alındığı) gündən 1(bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-546/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-546/2023
29.09.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver