Məhkəmə qərarları › İş №2(024)-550/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-550/2024

24.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-550/2024 24.09.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının dəyişdirilməsi» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği dəyişdirilərək hər ay minimum 235 manat sabit pul məbləğinin, mediasiya prosesində ödədiyi 60 manat məbləğin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə arasında nikah rəsmi olaraq xx.xx.2021-ci il tarixdə Qax rayonu Qum kənd İƏD-si üzrə nümayəndəliyində qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Qax rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(024)-258/2022 saylı qətnaməsinə əsasən, onunla Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Qax rayon Qum kənd İƏD-də bağlanmış, 05 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2022-ci il tarixdə doğulmuş X5 İddiaçı himayəsində olmasının müəyyən edilməsi, xx.xx.2022-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 150 manat alimentin Cavabdeh alınıb İddiaçı verilməsi, alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması və İddiaçı mediasiya prosesində ödədiyi 50 manat və dövlət rüsumu olaraq ödədiyi 50 manat olmaqla cəmi 100 manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Daha sonra Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(024)-452/2023 saylı qətnaməsinə əsasən, xx.xx.2022-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh ona ödədiyi alimentin miqdarının artırılaraq Cavabdeh əmək haqqının 1/4 həcmində müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə çıxarılan zaman cavabdeh işləmiş və 1300 AZN əmək haqqı almış, lakin daha sonra işdən çıxmışdır. Bu səbəbdən həmin məbləğin ödənilməsi mümkün deyil. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Onu nümayəndəsi kimi anası etibarnamə üzrə təmsil etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə etdi və və əlavə olaraq göstərdi ki, hər şeyin qiyməti bahalaşmışdır. İddiaçı ona görə iddia qaldırmışdır ki, 150 manat aliment məbləği 1 uşağın saxlanması üçün onu qane etmir. Hazırda ölkədə uşaqlar üçün yaşayış minimumu da artaraq 235 manat olmuşdur. İstəyir ki, həmin məbləğdə aliment müəyyən edilsin. Həmçinin iddiaçı Qax rayonunda yaşamır. Şamaxı şəhərinin mərkəzində onunla birlikdə kirayədə yaşayır. Kirayə haqları və kommunal xərclər artmışdır. Uşaq da onlarla birlikdə yaşayır. X14 şəhərində təyinatla müəllim işlədiyi üçün orada yaşamağa məcburdular. Cavabdeh işləyir, onun iddiaçının tələb etdiyi aliment məbləğini ödəməyə maddi imkanı var. Cavabdeh əvvəl tikniti şirkətində işləmişdir. Bir il ərzində uşağın saxlanması üçün müəyyən edilən əmək haqqının ¼ hissəsi miqdarında aliment məbləğində artım olmamışdır. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onu nümayəndəsi kimi atası etibarnamə üzrə təmsil etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia tələbini qismən qəbul etdi və izahatında göstərdi ki, Cavabdeh hal-hazırda Qarabağ bölgəsində işləyir. Əvvəl isə Bakı şəhərində işləmişdir. Oğlu fəhlə kimi işləyir və harada iş olarsa ora göndərirlər. Knyaz indi o qədər məbləğdə əmək haqqı almır ki, iddiaçının tələb etdiyi aliment pulunu ödəsin. Əgər iddiaçı uşağı saxlamaqda çətinlik çəkirsə, uşağa onlar baxa bilərlər. Sivil vəziyyətdə bir-biriləri ilə münasibət qurub danışmaq lazımdır. O, mediasiya prosesinə getmək istəmiş, lakin etibarnamə olmadığı üçün qəbul etməmişlər. Cavabdeh nə qədər əmək haqqı almalıdır ki, tələb olunan miqdarda alimenti ödəyə bilsin. O 300 manat pensiya alır və hər ay pensiyasından 200 manatını aiment üçün ödəyir. Oğlunun işləyibişləməməsindən aslı olmayaraq aliment pulunu uşaq üçün ödəyirlər. Hesab edir ki, 200 manat bir uşaq üçün kifayət edir. Onların həmin məbləğdə alimet ödəməyə imkanı yoxdur. Cavabdeh elektron sistemdə də görünür ki, 350 manat maaş alır. Onun yeməyi, geyimi, kirayəsi və s. xərcləri var. İşlədiyi yerdə hər kəs kirayədə qalır. İşdən əlavə qazancla bağlı deyə bilər ki, tikinti şirkətlərində belə bir hal vardır ki, işdən sonra dayanıb işləyirlər. Buna görə ayrıca əmək haqqının hesablanması mümkün ola bilər. İddiaçının iddia etdiyi kimi cavabdeh 1200 manat əmək haqqı almamışdır. İddiaçı bunu hansı əsasla iddia ərizəsinə yazmasından məlumatı yoxdur. Cavabdehin hazırki iddia tələbinə münasibəti odur ki, cavabdeh tələb olunan aliment məbləğini ödəyə bilməyəcək. Əvvəl ödədiyi aliment məbləğinin üzərinə 20 manat da əlavə edib ödəyə bilər. Hazırki vaxtadək alimentin ödənilməsi gecikməmişdir. Bir dəfə belə Qax rayon İcra və probasiya şöbəsindən alimentin nə üçün ödənilmədiyi ona deyilməyb. Aliment öhdəliyinin gecikməməsi üçün o pensiya alan kimi ödəniş edir, daha sonra oğlu ona qaytarır. Hər ay iddiaçıya 150 manat aliment pulu, 50 manat isə uşaq 3 yaşına çatana qədər əlavə xərc olmaqla, cəmi 200 (iki yüz) manat pul ödənilir. İddiaçıya 20 manat əlavə etməklə 170 manat aliment ödəyə bilərlər. Odur ki, iddia tələbinin qismən təmin olunması və alimentin onun bildirdiyi həddə təyin olunmasını xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli MŞŞ/MT018/2024-01260 saylı Arayışdan görünür ki, İddiaçı alimentin artırılması tələbi ilə bağlı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməkdən yayınmışdır. Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-452/2023 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı ödədiyi alimentin miqdarı dəyişdirilərək Cavabdeh əmək haqqının 1/4 həcmində müəyyən edilməsi, alimentin tutulmasının qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanması, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC-nin xx.xx.2024-cü il tarixli BPM**********27 nömrəli qəbzindən görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmək üçün Şəki 1 saylı Mediasiya Təşkilatının hesabına 60 manat rüsum ödəmişdir. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən Çıxarışdan görünür ki, Cavabdeh işə götürən X2 yanında tikinti üzrə usta işləyir və aylıq 350 manat əmək haqqı alır. XVİİİ-ЖГ № 319408 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası X7, anası Nümayəndə2dır. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən Çıxarışdan görünür ki, Nümayəndə2 İddiaçı anası, Nümayəndə1 isə Cavabdeh atasıdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qax rayon icra və probasiya şöbəsinin rəisi Sənan Quliyevin məktubundan görünür ki, Qax rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(024)-566/2022 saylı icra vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixdə doğulmuş X4 3 yaşı tamam olanadək Cavabdeh hər ay 50 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. Alimentin hesablnması xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Qeyd olunan icra vərəqi xx.xx.2022-ci il tarixdə Qax rayon icra və probasiya şöbəsinin icraatrına daxil olmuş və hazıradək icraatdadır. Qax rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(024)-452/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı ödədiyi alimentin miqdarı dəyişdirilərək Cavabdeh əmək haqqının 1/4 həcmində müəyyən edilmişdir. Qeyd olunan icra vərəqi xx.xx.2023-cü il tarixdə Qax rayon icra və probasiya şöbəsinin icraatrına daxil olmuş və hazıradək icraatdadır. İcra vərəqi icraata gələn dövrdə borclu Cavabdeh fiziki şəxs X8 yanında işlədiyi və aylıq əmək haqqının 345 manat olduğu müəyyən edilmişdir. Qax rayon Məhkəməsinin 28 sentyabr 2022ci il tarixli, 2(024)-566/2022 saylı icra vərəqəsinə əsasən ödənilməli 50 manat və Qax rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(024)-452/2023 saylı icra vərəqəsinə əsasən müəyyən edilmiş əmək haqqının ¼ həcmi qarşılığında (50 manat və 350 manat əmək haqqının ¼ hissəsinin 87.5 manat məbləğlərinin cəmi-137.5 manat qarşılığında) borclu hər ay 200 (iki yüz) manat ödəyərək müvafiq qəbzləri Qax rayon icra və probasiya şöbəsinə təqdim edir. Hal-hazırda borclu digər fiziki şəxs X3 yanında işləməklə aylıq əmək haqqı 350 (üç yüz əlli) manat təşkil etdiyi “Elektron icra sistemi” -dən müəyyən edilir. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri alimentin miqdarının artırılması üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» 14 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu yetkinlik yaşına çatmayanlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Sadalanan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, uşağa əmək haqqının ¼ hissəsi miqdarında aliment müəyyən olunduğu 2023-cü ildən sonra uşaq üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2024cü il üçün 235 manat müəyyən edilmişdir. Qax rayon İcra və Probasiya şöbəsinin məktubu ilə müəyyən olunur ki, 28 sentyabr 2022-ci il tarixli, 2(024)-566/2022 saylı icra vərəqəsinə əsasən ödənilməli 50 manat və Qax rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(024)-452/2023 saylı icra vərəqəsinə əsasən müəyyən edilmiş əmək haqqının ¼ həcmi qarşılığında (50 manat və 350 manat əmək haqqının ¼ hissəsinin 87.5 manat məbləğlərinin cəmi-137.5 manat qarşılığında) borclu hər ay 200(iki yüz) manat ödəyərək müvafiq qəbzləri Qax rayon icra və probasiya şöbəsinə təqdim edir. Hazırda uşağa görə cavabdehdən tutulan alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə kəskin azdır və uşağın saxlanılması üçün yetərli deyildir. Uşaqların yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Həmçinin uşaq da böyümüş və maddi tələbatları da artmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri ətraflı araşdırıb işin faktiki hallarına əsasən müəyyən etmişdir ki, Qax rayon məhkəməsinin 2(024)-258/2022 saylı 24 may 2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə doğulmuş Naim adlı uşağın 18 yaşı tamam olanadək saxlanılması üçün cavabdehdən hər ay 150 (bir yüz əlli) manat aliment pulunun xx.xx.2022-ci il tarixdən başlayaraq tutulub iddiaçının hesabına ödənilməsi qət olunmuşdur. Sonradan iddiaçı cavabdehin əmək haqqı və gəlirlərinin artmasını güman edərək alimentin qazancın (gəlirin) müəyyən hissəsi kimi tutulması barədə iddia ilə məhkəməyə müraciət etmiş, iddiası təmin edilərək Cavabdeh qazancının ¼ hissəsi miqdarında alimentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Lakin cavabdeh qeyd edildiyi kimi, qətnamə çıxarıldıqdan sonra cavabdeh qeyd edilən miqdarda əmək haqqı almadığı üçün icraatına xitam verilmiş Qax rayon məhkəməsinin 2(024)-258/2022 saylı 24 may 2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş 150 manat miqdarında alimentin ödənilməsi cavabdeh tərəfindən davam etdirilmiş, uşaq 3 yaşına çatana qədər ana üçün ödənilən 50 manat aliment pulu ilə birlikdə cavabdeh hazırki vaxtadək iddiaçıya 200 (iki yüz) manat aliment pulu ödəmişdir. Qax rayon icra və probasiya şöbəsi tərəfindən də cavabdehin əmək haqqından (350 manat maaşdan) tutulmaların aparılması üçün icra vərəqəsi onun iş yerinə göndərilməmişdir. Məhkəmə hesab edir ki, uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcuddur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, alimentin uşaq üçün 185 manat məbləğdə müəyyən edilməsi qanunauyğun və əsaslı olar. Həmçinin məhkəmə qeyd edir ki, artırılmış alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Çünki “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il təvəllüdlü Naim adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh əmək haqqının ¼ hissəsi həcmində tutulmalı olan alimentin məbləği artırılmalı, cavabdehdən tutulmalı olan alimentin məbləği uşaq üçün hər ay sabit pul məbləğində 185 manat həddində müəyyən edilməli, alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İddiaçının alimentin məbləğinin 235 manat məbləğində müəyyən edilməsi üçün əsas gətirdiyi hazırda Şamaxı şəhərində yaşamaları və qızının həmin rayonda işləməsi, kirayə haqqı ödəməsi barədə iddiaları ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin hallar alimentin göstərilən miqdarda artırılması üçün əsas olan hal hesab edilmir. Hazırki halda aliment məbləğinin artırılaraq 185 (bir yüz səksən beş) manat müəyyən edilməsi ədalətli, qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, mediasiya xərci olaraq ödənilmiş 60 manat pulun əvəzinin də Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddianın qiyməti Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə müvafiq olaraq bir illik ödəmənin məcmusu ilə müəyyən olunduğundan cavabdehdən (cavabdehdən tutulan 150 manat alimentin məbləği artırılaraq 185 manat müəyyən edildiyi üçün) 30 manat məbləğdə dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsində qeyd olunmuşdur ki, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulmalı olan alimentin məbləği artırılaraq hər ay 185 (bir yüz səksən beş) manat sabit pul məbləğində müəyyən edilsin və Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Artırılmış aliment məbləğinin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Mediasiya xərci olaraq ödənilmiş 60 (altmış) manat pulun əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan 30 (otuz) manat məbləğdə dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar