Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-573/2024 11.12.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə. İddiaçı, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “14500 manat” pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 14.500 (on dörd min beş yüz) manat pul borcunun və Qax rayon Məhkəməsinə iddia qaldırmaq üçün ödədiyi 130 (bir yüz otuz) manat dövlət rüsumunun, cəmi 14.630 (on dörd min altı yüz otuz) manat pulun Qax rayonu Güllük kəndində yaşayan Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Onlar 2023-cü il tarixdə evlərini satmışlar. Güllük kənd sakinləri Cavabdeh və Şahid2 bacılardır. Pirdasın oğlu iddiaçının oğlu ilə yoldaş olublar. Daha sonra Tamella gəlib iddiaçıdan borc pul istəmişdir. O da oğlu ilə yoldaş olduğu üçün 2023-cü il tarixdə borc pul vermişdir. Yaxın zamanda ödəyəcəklərini bildirsələr də bir müdddət ödəyib sonradan ödəyə bilməmişlər. İddiaçıdan öz adına kredit almasını, lakin krediti özlərinin ödəyəcəyini bildirdilər. İddiaçı və həyat yoldaşı Mahirin adına bankdan kredit alıb vermişdir. Cavabdeh bir müddət ödədikdən sonra krediti özü ödəmişdir. Ödəməyi dəfələrlə desə də yayınmışdır. Bununla bağlı ona qəbz yazıb vermişdir. Hazırda Cavabdeh 14500 manat borcu var. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan əlavə iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 130 manat dövlət rüsumu ödəmişdir. Odur ki, 14.500 (on dörd min beş yüz) manat pul borcunun və Qax rayon Məhkəməsinə iddia qaldırmaq üçün ödədiyi 130 (bir yüz otuz) manat dövlət rüsumunun cəmi 14.630 (on dörd min altı yüz otuz) manat pulun Qax rayonu Güllük kəndində yaşayan Cavabdeh alınıb özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh ona 13000 manat borcunun olduğunu göstərmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və əlavə olaraq izahat verərək göstərdi ki, cavabdehdən ona olan borcunu dəfələrlə tələb etmişdir. Cavabdehin borc aldığı pul onların halal pulu olmuşdur. Belə ki, Qax şəhəri, Bəxtiyar Vahabzadə küçəsində yerləşən özlərinə məxsus fərdi yaşayış evini 75000 manata satmışlar. Evi satmaqda məqsədi iki övladına ev almaq olmuşdur. 2022-ci ilin noyabr-dekabr ayları olmuşdur. Onun oğlu cavabdehin oğlu ilə birlikdə Gürcüstan Respublikasında universitetdə oxumuşlar. Həmin vaxtı cavabdeh gələrək ondan 20000 (iyirmi min) manat borc pul almış, həmin vaxt həyat yoldaşı razı olmamışdır. Çünki ev tikmək üçün yay aylarını gözləmişlər. Lakin o ərini razı saldıqdan sonra cavabdehə özlərinin evində ərinin və cavabdehin bacısının şahidliyi ilə borcu vermişlər. Həmin vaxt cavabdeh onlara narahat olmamasını deyərək 20000 (iyirmi min) manat borc pul alması barədə və həmin pulu qaytaracağı barədə qəbz yazmışdır. Onlar da imza etmişlər. Ərinin təklifi ilə notariusa belə getmişlər ki, borc müqaviləsini təsdiqlətsinlər. Lakin həmin vaxtdan xeyli müddət keçdiyinə görə hazırda xatırlamadığı problemə görə geri qayıtmışlar. Sonra üzərindən iki-üç ay keçmiş, cavabdeh borcu qaytarmamışdır. Cavabdeh borcu az-az, yəni hər ay 100 manat, 500 manat və 800 manat olmaqla ödəmiş və 14400 manat borc qaldıqda isə ödəniş etməmişdir. Dəfələrlə pulu cavabdehdən tələb etmiş, lakin ödəməmişdir. Daha sonra cavabdeh onun evinə gələrək adına kredit olduğunu, kiməsə zamin durduqlarını, borcu ödəyə bilmədiyini bildirərək iddiaçının özünün və ərinin adına kredit götürmələrini, kredit pulunu isə cavabdehin özünün ödəməsini təklif etmişdir. Ərinin təkidi ilə buna da razı olmuşlar. 8000 manat iddiaçının adına, 5000 manat isə ərinin adına kredit götürmüşlər. Razılaşmalarına əsasən kredit məbləğini özləri xərcləsələr də cavabdeh ödəməli idi. Hazırda əri aylıq 276 manat, özü isə 272 manat pul ödəyir. Hal-hazırda cavabdehin 13000 manat borcu qalmışdır. Kredit götürən zaman cavabdeh ondan 150 manat, ərindən isə 100 manat əlavə pul götürmüşlər. Faizlər hesablanıb və hazırda borc 15000 manata çatmışdır. Tamellaya 5 faiz hesablanmaqla 12000 manat borc vermiş, həmin vaxtı Tamella iki ayın faizi olan 1200 manat pulu yerindəcə ödəmiş, birinci ay kartını bankomata daxil edərək maaşından 800 manat çıxarmışlar. İkinci dəfə pul çıxarmaq istəyəndə kart hesabı mənfi göstərmişdir. Sonra isə Tamellanın ödəniş edə bilmədiyini görmüşlər. Əri Mahir faizi də dayandırmışdır. Tamellaya demişlər ki, heç olmasa qış gələnə qədər Tamella bir miqdar pul versin evin üstünü örtsünlər. Heç olmazsa kredit götürüb onlara pul versin ki, işlərini görsünlər. Cavabdeh isə onun adına artıq kredit pulunun götürüldüyünü, kiməsə zamin olduğunu və kredit götürə bilmədiyini deyərək onların (iddiaçının və ərinin) adına kredit götürmələrini təklif etmişdir. Kreditlə bağlı sənədlər də cavabdehin özündədir. İddiaçı onun adına götürdüyü 8000 manat məbləğində kreditdən az məbləğ ödəmişdir. Əri Mahirin adına olan kredit borcunda isə demək olar ki, cari ilin sentyabr ayına qədər hər ay ödəmişdir. Sentyabr ayında ödəyə bilməmiş və zəng edərək həmin ayı özlərinin ödəməsini, sonra özünün ödəyəcəyini demişdir. Tamella həmin pulun əvəzində də 150 manat ödəniş etmişdir. Onun adına olan kreditdən isə 4-5 ay yarıbayarı ödəmişdir. Məhkəmədən iddianın tam təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək göstərdi ki, 2022-ci ilin oktyabr ayının 10-da İddiaçı 5 faizlə 12000 (on iki min) manat borc pul götürmüşdür. İki ayın faizini də əvvəlcədən ödəmiş, hətta öz maaş kartını də iddiaçıya vermişdir. 850 manat əmək haqqı kartından pul çıxmışdır. O, Güllük kənd İƏD-si üzrə nümayəndəliyində baş mühasib vəzifəsində işləmiş, 2023-cü ilin iyul ayının 3-də səhhətində problemlər yarandığı üçün işdən çıxmışdır. Bundan sonra iddiaçıya müraciət edərək bildirmişdir ki, daha indidən sonra pulu ödəyə bilməyəcəkdir. Onlara borc məbləğinin yalnız əsas hissəsini ödəyə biləcəkdir. O müddətə qədər də iddiaçıya 7500 manat, 4000 manat və 1500 manat olmaqla pul ödəmişdir. Həmin məbləğləri ödəyən zaman da yanında şahid olmuşdur. O, 2022-ci ilin oktyabr ayının 10-da iddiaçıdan 12000 manat borc almışdır. Oktyabr ayının 20-də isə 6000 manat borc almışdır. Dekabr ayının 27-də 8000 manat iddiaçıdan borc almış, 2023-cü ilin yanvar ayının 2-i qaytarmışdır. Həmin pulu qızıl alıb satmaq üçün almışdır. Qax şəhərində qızıl maqazini işlətmişdir. Bundan başqa iddiaçıdan borc almamışdır. Bundan sonra 2023-cü ilin aprel ayının təxminən 20-si 4000 manat iddiaçıya qaytarmışdır. 2023-cü ilin iyun ayında artıq iddiaçıya 8000 manatdan əlavəsini bütün qaytarmışdır. 8000 manat pul qalmışdır. Həmin pulu 5 faizlə götürmüşdür. Geri qaytardığı pulların içərisində əsas məbləğ və faiz məbləğinin ödənişləri də olmuşdur. Maaş kartı iddiaçıda olmuş, hər ay 850 manat olmaqla əmək haqqı kartından pul çıxmışdır. 12000 manat pulu götürən zaman iki ayın faizi olan 1200 manat pulu iddiaçıya ödəmişdir. 3 aydan bir maaş qədər mükafat verilmişdir. Yerdə qalan 14000 manat puldan isə 2000 manat bir, 1000 manat bir qaytarmış, onun 2023-cü ilin iyun ayına qədər iddiaçıya ödənilməmiş 8000 manat borcu qalmışdır. Bundan sonra iddiaçıya bildirimdir ki, ona əlavə heç bir məbləğ ödəyə bilməyəcəkdir. Qalıq 8000 manat pulu iddiaçıya ancaq hissə-hissə qaytara biləcəkdir. 2023-cü ilin aprelin sonu iddiaçıya 1000 manat, may ayının təxminən 7-8-i 2000 manat və 3800 manat da əlavə olaraq qaytarmışdır. 11000 manat pul qaldıqdan sonra həmin pulun 3000 manatını da iyul ayının sonlarında aparıb iddiaçının qapısında vermiş və yekunda 8000 manat ödənilməmiş pul qalmışdır. O, iddiaçının evinə gedərək ancaq 8000 manat pul ödəyə biləcəyini dedikdə ona 13000 manat iddiaçıya borcu olması barədə izahat yazdırmışlar. İddiaçının qapısında 1500 manat pul vermiş və buna gücü çatmadığını və iddiaçı və ərinin deməsi ilə olmadığını bildirmiş, bundan sonra ona 13000 manat borcunun olması barədə sənəd yazdırmışlar. Çünki İddiaçı və əri ona daha gözləyə bilmədiklərini, sabah pulu tam ödəməli olduğunu bildirmişlər. Həm də pulu tələb edərkən onunla aqressiv danışırdılar. Faizə pul götürməsinin səbəbi isə öz adına bankdan kredit götürüb başqa şəxsə verdiyi üçün kredit götürə bilməməsi olmuşdur. O iddiaçıya kredit götürməsini təklif etməmişdir. Sadəcə olaraq iddiaçı ona zəng edərək evin üstünü örtdüklərini, bunun üçün kredit götürəcəklərini bildirərək ondan krediti ödəməsini tələb etmişlər. İddiaçının ərinin adına olan krediti ödəmiş, heç bir gecikməsi olmamışdır. Sadəcə olaraq sonuncu ayda anasının əməliyyat olunduğunu bildirərək kreditin iddiaçının və ərinin özünün ödəməsini xahiş etmişdir. Çünki krediti bu vaxta qədər cavabdeh özü yox anası ödəmiş, buna görə də iddiaçıya kreditin birinin onların özlərinin ödəməsini demişdir. Ona görə iddiaçının adında 3 ay gecikmə olmuş və ona qarşı məhkəmədə iddia qaldırmışdır. Hazırda iddiaçıya 1900 manat borcu vardır. Çünki qalan məbləği kredit ödənişini həyata keçirərək ödəmişdir. İddiaçının əri Mahirin adına ayda 277 manat, iddiaçının adına isə 266 manat kredit ödənişi həyata keçirmişdir. Hər ikisinə 2023-cü ilin sentyabr ayının 15-dən 538 manat pul ödəmişdir. Ümumilikdə iddiaçıya 6100 manat pul ödəmişdir. İddiaçının adına olan kreditdən cari ilin iyul, avqust və sentyabr ayının ödənişləri onun tərəfindən ödənməmiş, həmin 3 ayın ödənişlərini iddiaçı özü ödəmişdir. Özlərinin əmək haqqında kredit tutulduğu halda da onlara həmin məbləği qaytarıb göndərmişdir. Ümumiyyətlə iddiaçıdan 20000 manat borc almışdır. Həmin pulun 8000 manatını ödəmiş, qalan 12000 (on iki min) manat pulun 3000 (üç min) manatını bir dəfə, 2000 (iki min) manatını bir dəfə, 500 (beş yüz) manatını bir dəfə və 500 (beş yüz) manatını da bir dəfə qaytarmışdır. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadə verərək göstərdi ki, cavabdehi birinci dəfə onun evində gələndə görmüşdür. Cavabdeh onun evinə bacısı və xalası oğlu ilə birlikdə gəlmişdir. Cavabdehin bacısı Pirdasın oğlu ilə onun oğlu universitetdə bir yerdə oxumuşlar. Cavabdeh borc pul istəmiş, ona pul vermiş, əliboş qaytarmamışlar. Borcu iki ay müddətinə götürmüşlər. Həmin vaxt hava soyuq olduğu üçün evin tikintisinə başlaya bilməmişlər. Dəfələrlə cavabdehi çağırdıqdan sonra onun evinə gəlmiş, həmin vaxt ona 14500 (on dörd min beş yüz) manat pulu cavabdehin şəxsi yazısı ilə şəxsiyyət vəsiqəsi ilə vermişlər. Cavabdeh öz xətti ilə yazmışdır ki, o İddiaçı 14500 manat pulu borc götürmüşdür və yaxıın vaxtlarda qaytaracaqdır. Cavabdehi uşaqların xətrinə gözləmiş, nə desə etmişlər. Bir müddət sonra cavabdeh 1500 manat pul gətirmişdir. Kağızın arxa hissəsinə yazılmışdır. Cavabdeh 1500 manat pul ödədikdən sonra 13000 manat borc qalmışdır. Cavabdeh 13000 manat məbləği iki ay ərzində qaytaracağını demiş, lakin qaytarmamışdır. Evlərinə bir manat pul gəlmir, maaş, pensiya alan kimi kreditə tutulur. 13000 manat borc qaldıqdan sonra cavabdeh iki ay vaxt istəmiş, onlar vaxt vermiş, lakin cavabdeh yenə də borcu ödəməmişdir. Onlar cavabdehə onu məhkəməyə verəcəyini bildirdikdə verməsini demişdir. Cavabdeh pulun əvəzinə qızıl təklif etmiş, lakin onlar qəbul etməmiş, verdikləri pulu geri tələb etmişlər. Cavabdehin ödəməsi şərtilə onun adına 5000 manat, həyat yolaşının adına 8000 manat kredit götürülmüşdür. Lakin Cavabdeh kredit ödənişlərini heç vaxt ardıcıl ödəməmişdir. 50 manat, 100 manat, 150 manat pul göndərmiş, kefinə düşəndə isə göndərməmişdir. Sonunda isə 14500 manata razılaşıb elə dayanmışlar. Cavabdehin bir manat artıq pulu ona lazım deyil, cavabdehə borc verdiyi pulu geri tələb edir. Borc 2022-ci ilin dekabr ayında cavabdehə verilib, üstündən iki il keçmişdir. Cavabdeh 27000 manat pul ödəmişdir. Cavabdeh onları aldadaraq adlarına kredit götürmələrini və iki ay ərzində krediti bağlayacaqlarını demişdir. Lakin kredit bağlanmamış, hər ayın sonunda isə onun pensiyası və arvadının əmək haqqından kredit ödənişləri tutulmuşdur. Cavabdeh bir-iki dəfə onun kreditinin aylıq ödənişini tam həyata keçirib, qalan ayları 10-50 manat olmaqla ödəmiş, elə ay olmuşdur ki, ödənişi həyata keçirməmişdir. Məhkəmə iclasında Şahid2 ifadə verərək göstərdi ki, o Cavabdeh bacısıdır. İddiaçı oğlu ilə onun oğlu yoldaşdır. Ancaq Cənanəni və onun əri Mahiri tanınmamışdır. Bacısı Tamella ona İddiaçı pul götürmək lazım olduğunu demiş, onlar birlikdə Cənanənin evinə getmişlər. Cənanədən 12000 manat pulu götürmüşlər. Həmin vaxt Tamella Cənanəyə öz maaş kartını və aldığı borc pulun iki aylıq faizini vermişdir. Tamella həmin vaxt 800 manat əmək haqqı alırdı. Sonra Tamella işdən çıxmışdır. Tamella ona Cənanəyə faizi saxlamasını və yanvar ayında pulu tam qaytaracaqlarını demək üçün onlara getmək lazım olduğunu demişdir. Cənanəgilə getdikdən sonra borcu hesablamış, 8000 manat təşkil etmiş, üstünə 5000 manat da faiz gəlinmiş, borc 13000 olmuşdur. Bu barədə qəbz yazılmış və bacısı imzalamışdır. Bacısı həmin pulu yanvar ayında qaytarmalı idi. Lakin Tamella yanvar ayında pulu qaytara bilməmiş, pul kreditə çevrilmişdir. Tamella işdən çıxdıqdan sonra cavabdehə o və anası maddi dəstək göstərmişlər. İlk dəfə Tamella Cənanədən qış aylarında 12000 manat borc pul götürmüşdür. Sonra götürülənlərdən isə onun məlumatı yoxdur. O, Cənanəgilə iki dəfə getmişdir. Birinci dəfə gedəndə Tamella pul götürmüş, ikinci dəfə gedəndə isə Tamella işdən çıxmış və 8000 qalan pulun ödənilməsi ilə bağlı danışmağa getmişlər. Orada danışılmış, Tamella pulu yanvar ayında ödəyəcəyini demiş, Cənanənin əri Mahir də pulu birdəfəlik ödəməsini demişdir. Həmin vaxt sənəd də yazılmış və qol çəkmişlər. Sonra isə Cənanə ona borcu kreditə çevirdiklərini demişdir. Tamellanın ayda 538 manat kredit ödədiyini gördükdə bunun nə olduğunu ondan soruşmuşdur. Çünki Tamellanın kredit borclarını o və anası ödəmişlər. Tamelladan iki krediti nə üçün eyni gündə götürdüyünü, onun adında da kredit olduğunu, heç olmazsa krediti fərqli günlərdə götürməsini demişdir. Yaxud da heç olmazsa bir krediti götürüb ödədikdən sonra digəri götürülərdi. Çünki onlar yüksək əmək haqqı almır, 500 manat maaş alırlar. Krediti sentyabr ayına qədər köməkləşib ödəmişlər. Cənanənin adındakı kredit deyəsən bir-neçə ay ödənməmişdir. Hansısa aydan da Mahirin kredit borcu ödənməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax şəhəri, B.Vahabzadə küçəsi, ev 23-də qeydiyyatdadır. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Qax rayonu Güllük kəndində qeydiyyatdadır. Cavabdeh əl yazısı ilə İddiaçı yazdığı və şahidlərin iştirakı ilə imzaladıqları xx.xx.2023cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 14500 (on dörd min beş yüz) manat borc aldığını göstərərək və həmin pulu hissə-hissə 2024-cü ilin yanvar ayının 31-dək ödəyəcəyini öhdəsinə götürmüşdür. Həmin qəbzin arxa hissəsindəki yazıdan görünür ki, Cavabdeh 14500 (on dörd min beş yüz) manat puldan 1500 (bir min beş yüz) manat pulu iddiaçıya verməsini qeyd etmiş, qəbzi Cavabdeh və İddiaçı yenidən imzalamışlar. BOKT "xxxx" MMC ilə Şahid1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli L-QX- 0064644-F nömrəli Kredit müqaviləsindən görünür ki, kredit təşkilatı tərəfindən Şahid1 24 ay müddətinə ev tikintisi nağd ehtiyaclar məqsədilə 5000 manat kredit verilmişdir və kreditin aylıq ödənişi 276 manat təşkil edir. ABB-nin Qax filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********78 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən İddiaçı 48 ay müddətinə illik 24 faizlə 8050 manat kredit verilmiş və kreditin aylıq ödənişi 262.45 manat təşkil edir. E-manat ödəniş portalı vasitəsilə ödənilmiş qəbzlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-də olan kart hesabına 120 manat, xx.xx.2024-cü il tarixdə İddiaçı adına "xxxx"ı vasitəsi ilə 200 manat, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-də olan kart hesabına 150 manat, xx.xx.2023-cü il tarixdə 214 manat, xx.xx.2023-cü il tarixdə kredit müqaviləsi üzrə 116 manat, xx.xx.2023-cü il tarixdə "xxxx"ı ASC-də olan kart hesabına 220 manat, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-də olan kart hesabına 100 manat, xx.xx.2024-cü il tarixdə 76 manat pul ödəmişdir. xx.xx.2024-cü il tarixli 811 nömrəli qəbzdən görünür ki. iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 129 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işdə toplanmış materialları nəzərdən keçirib, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri yaranmış, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı 14500 manat borc pul alaraq bu barədə qəbz yazmış (cavabdeh qəbzi öz xətti ilə yazmasını etiraf etmiş və mübahisələndirməmişdir), həmin sənədi cavabdeh özü, İddiaçı və şahidlər iddiaçının əri Şahid1, cavabdehin bacısı Şahid2 iştirakı ilə imzalanmışdır. Həmin qəbzdə Cavabdeh, İddiaçı 14500 manat borc aldığını göstərərək və həmin pulu hissə-hissə 2024-cü ilin yanvar ayının 31dək ödəyəcəyini öhdəsinə götürmüşdür. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin ona olan borcunun 13000 manat təşkil etdiyini göstərmiş və həmin məbləği tələb etmişdir. İşin faktiki halları, tərəflərin izahatları və şahidlərin ifadələri ilə müəyyən olunmuşdur ki, cavabdeh borcunu ödəyə bilmədiyi üçün İddiaçı ABB-nin Qax filialından xx.xx.2023-cü il tarixdə 48 ay müddətinə illik 24 faizlə 8050 manat, iddiaçının əri Şahid1 isə xx.xx.2023-cü il tarixdə BOKT "xxxx" MMC-dən 24 ay müddətinə 5000 manat kredit götürmüş, Cavabdeh həmin kredit ödənişlərini ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş qəbzləri ilə müəyyən olunmuşdur ki, cavabdeh X1 Cənanə İdris qızının adına götürdüyü kredit məbləğindən xx.xx.2023-cü il tarixdə 214 manat, xx.xx.2023-cü il tarixdə kredit müqaviləsi üzrə 116 manat, xx.xx.2023-cü il tarixdə "xxxx"ı ASC-də olan kart hesabına 220 manat, xx.xx.2024-cü il tarixdə 76 manat, xx.xx.2024cü il tarixdə "xxxx" ASC-də olan kart hesabına 120 manat, xx.xx.2024-cü il tarixdə İddiaçı adına "xxxx"ı vasitəsi ilə 200 manat, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-də olan kart hesabına 100 manat və xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-də olan kart hesabına 150 manat pul ödəməklə iddiaçıya məxsus kart hesabına və iddiaçının adına rəsmiləşmiş kredit müqaviləsi üzrə ümumilikdə 1196 (bir min bir yüz doxsan altı) manat ödəniş həyata keçirmişdir. Eyni zamanda tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Cavabdeh Şahid1 adına BOKT İnkişaf üçün Maliyyə MMC-dən götürülmüş aylıq 276 (iki yüz yetmiş altı) manat təşkil edən kredit ödənişlərini 12 ay (bir il) müddətində ödəməklə, ümumilikdə 3312 (üç min üç yüz on iki) manat ödəniş həyata keçirmişdir. İddiaçı məhkəmə iclasında həmin faktı öz ifadəsi ilə təsdiq etmişdir. Beləliklə işin mübahisəsiz halları ilə cavabdehin iddiaçıya 13000 manat borcunun olması, həmin borcdan cavabdeh tərəfindən ümumilikdə 4508 (dörd min beş yüz səkkiz) manat pulun ödənilməsi (ödəniş qəbzlərinə əsasən 1196 manat pul + Şahid1 adına olan kredit müqaviləsi üzrə bir il ərzində hər ay 276 manat olmaqla ödənilmiş cəmi 3312 manat kredit pulu) sübuta yetirilmişdir. Cavabdehin iddiaçıya 8492 (səkkiz min dörd yüz doxsan iki) manat borcu olması məhkəmə iclasında işin faktiki halları, işdə olan əsaslı və mötəbər sübut hesab edilən cavabdehin iddiaçıya 13000 (on üç min) manat borcunun olmasını əks etdirən onun tərəfindən imzalanmış qəbzlə və cavabdeh tərəfindən həmin borcdan 4508 (dörd min beş yüz səkkiz) manat pulun ödənilməsin əks etdirən ödəniş qəbzləri və iddiaçının etirafedici ifadələri ilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Eyni zamanda məhkəmə iclasında ifadə verən mübahisə tərəflərinin təşəbbüsü ilə məhkəməyə dəvət olunan şahidlər Şahid1 və Şahid2 ifadələri ilə borc pulun alınması sübut olunsa da, şahid ifadələri hazırda cavabdehin iddiaçıya nə qədər borcunun qalmasını tam dəqiqliyi ilə əks etdirmir. İşin faktiki hallarından görünür ki, Cavabdeh iddiaçıdan 13000 manat borc aldığını etiraf etmiş, sübut etmək yükünü üzərinə götürmüş, lakin həmin borcdan 4508 (dörd min beş yüz səkkiz) manatadək hissəni ödəməsini sübuta yetirə bilmişdir. Cavabdeh hazırda ödəməli olduğu məbləğin iddiaçının tələb etdiyi puldan az olmasını iddia etməsinə baxmayaraq həmin hallara dair əsaslı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə cavabdehin məhkəməyə təqdim etdiyi digər ödəniş qəbzlərinə də münasibət bildirərək qeyd edir ki, İddiaçı adına olan kart hesabına ödənilən həmin pul məbləğləri tərəflər arasında borc münasibətlərinin yarandığı xx.xx.2023-cü il tarixdən əvvələ aiddir. Həmçinin iş materiallarında olan ödəniş qəbzlərinin bəziləri isə iddiaçının əri Şahid1 adına olan kredit müqaviləsi üzrə borcun ödənilməsini təsdiq edir. Məhkəmə iclasında isə iddiaçı BOKT İnkişaf üçün Maliyyə MMC-yə olan Şahid1 adına olan kredit pulunu cavabdehin 12 ay müddətində hər ay 276 (iki yüz yetmiş altı) manat olmaqla ödəməsini təsdiq etmiş, qeyd edilən hal məhkəmə tərəfindən işin mübahisəsiz halı kimi qiymətləndirilmişdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçı cavabdehlə razılıqlarına əsasən həm özünün, həmçinin də əri Şahid1 adına kredit pulu götürmələrini, həmin kreditin cavabdeh tərəfindən ödəniləcəyi barədə razılaşma əldə etdiklərini bildirərək, nəticədə isə həmin kredit müqavilələrinə əsasən əlavə faizlə yüklənmələrini, cavabdeh tərəfindən borcun ödənilmədiyini, cavabdehin kredit müqavilələri üzrə ödədiyi pul məbləğlərinin isə faiz borcuna hesablanmasına əsaslanaraq hazırki tələb üzrə həmin kredit müqavilələri üzrə ödənişlərin nəzərə alınmaması barədə mövqeyi ilə qətiyyən razılaşmır və qeyd etməyi zəruri hesab edir ki, iddiaçı və onun əri tərəfindən Azərbaycan Beynəlxalq Bankı ASC-dən və BOKT İnkişaf üçün Maliyyə MMC-dən ümumilikdə 13000 manat pulun götürülməsi və öz ehtiyacları üçün sərf edilməsi işin mübahisəsiz halı olmaqla, iddiaçı və onun əri tərəfindən kredit müqavilələri üzrə cavabdeh tərəfindən gələcəkdə pulun ödənilməməsi barədə hər hansı mümkünsüz hallar əvvəlcədən nəzərə alınmalı və risklər qiymətləndirilməli idi. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə göstərir ki, iddia tələbinin dəlillərinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri borcla bağlı yaranan mülki münasibətlərdir. Odur ki, bu mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin borcla bağlı və əlaqəli olan aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur (Mülki Məcəllənin 329.2 və 329.3-cü maddələri). İddiaçı ilə Cavabdeh arasında yaranmış hüquq münasibətləri borc müqaviləsindən yaranan münasibətlərdir və cavabdeh iddiaçıya 14500 manat borcunun olmasını şahidlərin iştirakı ilə etiraf edən sadə formada xx.xx.2023-cü il tarixli qəbz yazaraq onlara münasibətdə hüquq münasibəti həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. MPM-nin 217.2-ci maddəsində təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2023-cü il tarixədək qüvvədə olan: İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İddia tələbi qismən təmin edildiyi üçün iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 104.92 (bir yüz dörd manat doxsan iki qəpik) manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 8492 (səkkiz min dörd yüz doxsan iki) manat pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 104.92 (bir yüz dörd manat doxsan iki qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 8492 (səkkiz min dörd yüz doxsan iki) manat pul alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 104.92 (bir yüz dörd manat 92 qəpik) manat pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Taleh Kərimov
Məhkəmə qərarları › İş №2(024)-573/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-573/2024
11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver