Məhkəmə qərarları › İş №2(024)-590/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-590/2023

04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-590/2023 04.12.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Quliyev Elçin Feyzullah oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4400 (dörd min dörd yüz) manat pulun, dövlət rüsumu kimi ödənilmiş 64 manat dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqının cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddianı qəbul etməmişlər. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 onun bacısı, Cavabdeh2 isə bacısının əridir. 2019-cu ildən bacısı və əri Qax rayonunda yaşayırlar. Onların hər ikisi Qax şəhəri, F.X.Xoyski küçəsində bacısına məxsus torpaq sahəsində inşa etdikləri evdə yaşayırlar. Bacısının əri əslən Cəlilabad rayonundan olsa da bacısıla birlikdə Qax şəhərində yaşayırlar. Buna görə də onların Qax rayonunda evləri olmamışdır. 2021-ci ildə bacısı və bacısının əri ona müraciət edərək ev inşa etmək istədiklərini, lakin evin inşası üçün inşaat materialları almağa pullarının olmadığını bildirdilər. Bacısının əri Cavabdeh2 əslən Cəlilabad rayonundan olduğundan onu Qax rayonunda heç kim tanımadığından inşaat malları satan mağazalar onlara nisyə inşaat materialları verməmişlər. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona müraciət edərək inşaat materialları almağa onlara köməklik etməyi xahiş etmişər. Aralarında olan razılaşmaya əsasən o cavabdehlərə lazım olan inşaat materiallarını alacaq, onlar isə daha sonra onun dəyərini ona ödəyəcəkdilər. Buna görə də onların istəyinə uyğun olaraq 2500 manat dəyərində kərpic və 32 ədəd bir ədədi 30 manata olan dəmir dam örtüyü, 1 kubu 320 manata 2.5 kub taxta və digər xırda inşaat materialları almışdır. Həmin inşaat materiallarının alışına cəmi 4400 manat pul ödəmişdir. Həmin inşaat materiallları mağazadan birbaşa cavabdehlərin inşa etdikləri evə göndərilmişdir. Bunu həmin inşaat materiallarını aldığı mağazanın sahibi də təsdiq edə bilər. O, dəfələrlə həmin 4400 manat pulu cavabdehlərdən tələb etsə də müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınırlar. Ona görə də ohazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4400 (dörd min dörd yüz) manat pulun, dövlət rüsumu kimi ödənilmiş 64 manat dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqının cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək göstərdi ki, İddiaçı iddia ərizəsində göstərdiklərini əsassız hesab edir. İddiaçı yalan danışır və onlardan qisas almaq istəyir. Çünki o notariusda vərəsəliklə bağlı Elşənin xeyrinə sənədə qol çəkməmişdir. Onun iddiaçının qeyd etdiklərindən xəbəri yoxdur. Məhkəmədən iddianın rədd edilməsin xahiş edir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək göstərdi ki, İddiaçı onun qaynıdır. İddia tələbini qəbul etmir. Çünki İddiaçı onların borcu yoxdur. İddianın rədd edilməsini xahiş edir. X1 məhkəmə iclasında ifadə verərək göstərdi ki, o iddiaçını tanıyır. Belə ki, İddiaçı ondan 4400-4500 manat məbləğində tikinti materialları almışdır. Elşən iki dəfə mağazaya Famillə birlikdə gəlmişdir. Elşən aldığı tikinti materialların pulunu özü ödəmişdir. X2 məhkəmə iclasında ifadə verərək göstərdi ki, o İddiaçı və Cavabdeh2 tanıyır. O, Familin iş yoldaşıdır. Famil 1-ci dəfə onun kartına 1800 manat pulu göndərmiş və İddiaçı verməsini xahiş etmişdir. O da həmin 1800 manat pulu Elşənə vermişdir. İkinci dəfə isə Bakı şəhərində olanda Famil ona 2800 manat pul vermiş, həmin pulun 300 manatını bacanağına, qalan 2500 manatını isə qaynı Elşənə verməsini xahiş etmişdir. O da Qax rayonuna gəldikdən sonra Familin verdiyi 2800 manat pulun 300 manatını onun bacanağına, 2500 manat pulu isə Famil vermişdir. Ümimilikdə Elşənə 4300 manat pul vermişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Quliyev X3 şəhəri, Təbriz küçəsi, ev 70 ünvanında qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh1 Qax rayonu Qaxbaş kəndində qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax rayonu Qaxbaş kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 64 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işdə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Sübutetmə yükü üzərinə düşən İddiaçılara 4400 manat məbləğində tikinti materialları ilə əlaqədar məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim etməmişdir. Məhkəmə iclasında ifadə verən şahid Ramin Mustafayevin ifadəsi ilə müəyyən edilir ki, 4400 manat məbləğində tikinti materiallarını ondan cavabdehlər deyil, İddiaçı alaraq 4400 manat pul ödəmişdir. Digər şahid Cüneyt Hacıyev Cavabdeh2 ona verdiyi 1800 manat və 2500 manat pulu İddiaçı verdiyini göstərsə də, cavabdehlər məhkəmə iclasında verdiyi izahatlarında isə İddiaçı onlara tikinti materialları almadığını və iddiaçıya heç bir borclarının olmadığını göstərmişlər. Beləliklə də cavabdehin göstərdikləri ilə şahidin göstərdikləri arasında ziddiyyət yaranmışdır. Bu səbəbdən də şahidlərin məhkəmə iclasında verdikləri ifadələr məhkəmə tərəfindən mötəbər sübut hesab edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərdən müştərək qaydada 4400 (dörd min dörd yüz) manat pulun, dövlət rüsumu kimi ödənilmiş 64 manat dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqının alınıb ona verilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməli, iddiaçının ödədiyi 64 manat dövlət rüsumu və dövlət rüsumun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqı iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərdən müştərək qaydada 4400 (dörd min dörd yüz) manat pulun, dövlət rüsumu kimi ödənilmiş 64 manat dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqının alınıb ona verilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilsin. İddiaçının ödədiyi 64 manat dövlət rüsumu və dövlət rüsumun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqı iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar