Məhkəmə qərarları › İş №2(024)-605/2023

Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-605/2023

26.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-605/2023 26.12.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Quliyev Elçin Feyzullah oğlunun katibliyi ilə. İddiaçı Cavabdeh qarşı “Torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkilən məsrəflərin ödənilməsi və pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Marsan kəndində yerləşən 0.12 ha torpaq sahəsində olan 43 ədəd fındıq ağacına görə 6450 (altı min dörd yüz əlli) manat pulun, üzərində tikilmiş fərdi yaşayış evinin hazırki bazar dəyəri 31.230 (otuz bir min iki yüz otuz) manat pulun, Qax rayonu Marsan kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin hazırki bazar qiyməti 15.000 manat pulun və ödənilmiş 250 manat dövlət rüsumunun Cavabdeh alınıb özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmiş, İddiaçı məhkəməyə ərizə göndərərək iddiadan imtina etmiş və işin icraatına xitam verilməsini, həmçinin ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmiş və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim işin icraatına xitam verir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkilən məsrəflərin ödənilməsi və pul tələbi”nə dair mülki işin icraatına İddiaçınun imtinası barədə ərizəsi qəbul edilməli və işin icraatına xitam verilməli və iddiaçının AsanPay vasitəsi ilə xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən ödədiyi 100 (yüz) manat dövlət rüsumu məbləği ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 262, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkilən məsrəflərin ödənilməsi və pul tələbi”nə dair mülki işin icraatına xitam verilsin. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkilən məsrəflərin ödənilməsi və pul tələbi”nə dair mülki iş üzrə məhkəməyə müraciət etmək üçün iddiaçının AsanPay vasitəsi ilə xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən ödədiyi 100 (yüz) manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan elan edildiyi gündən 10(on) gün müddətinə Qax rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar