Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-608/2023 27.11.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Quliyev Elçin Feyzullah oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək yararsız vəziyyətə düşmüş əmlakın dəyəri olan 600 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, Cavabdeh iddianı qəbul etməmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlə xx.xx.2023-cü il tarixdə onun tərəfindən ona məxsus evdə təmir-tikinti işlərinin aparılmasını və onun tərəfindən isə bunun müqabilində 300 manat pulun ödənilməsi barədə razılığa gəlmişlər. O bununla əlaqədar 900 manat məbləğində tikinti materialları almış və cavdehə təhvil vermişdir. xx.xx.2023-cü il tarixdə o aşkar etmişdir ki, qonşuya su keçir və kanalizasiya nasaz vəziyyətdə quraşdırılıb. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində onun mənzilində olan əmlak yararsız vəziyyətə düşmüş, yəni təmir tikinti işləri lazımi qaydada aparılmadığından qonşuya su keçir. Korlanmış əşyalar onun tərəfindən saxlanılmışdır və sübut kimi təqdim oluna bilər. Yararsız vəziyyətə düşmüş əmlakın ümumi dəyəri 600 manat təşkil edir. Bununla bağlı Qax RPŞ-nə müraciət etmiş, lakin iş mülki xarakter daşıdığı üçün məhkəməyə müraciət edilmək hüququnun olması ona bildirildi. Cavabdeh etdiyi əməli etiraf edir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən yararsız vəziyyətə düşmüş əmlakın dəyəri olan 600 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qızı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq onu da göstərdi ki, o özünə dəyən maddi zərərin ödənilməsini tələb edir. Asiflə evi təmir etmək barədə danışanda bildirmişdir ki, o təmir işlərinin hamısını əla bilir və onun etdiyi işə söz ola bilməz. Lakin Asif onu aldatmışdır. Borclarını və kreditlərinin olduğunu bildirərək hissə-hissə pulunu alaraq işi yarımçıq qoyaraq getmişdir. Asifə yarımçıq qoyduğu işi başa çatdırmasını desə də, imtina etmişdir. O işi başa çatdırsaydı onun bütün zəhmət haqqını ödəyəcəkdi. O nə üçün iki dəfə usta çağırmalı və ziyan çəkməldir. Cavabdeh ona vurduğu ziyanı ödəsin. Göstərdiklərini nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, o iddianı qəbul etmir. O, iddiaçının evinin təmiri ilə bağlı işini qüsursuz görmüş, başa çatdırmaq istəsə də, iddiaçı onu evə buraxmamış başqa usta çağırmışdır. Onun iddiaçıdan alacağı vardır. İddiaçı onun pulunu tam ödəsin ki, işini təhvil alsın. O, tualetə unitazı qoyaraq betonlamışdır. Unitazı digər usta qırmışdır. İddianı qəbul etmir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşə əlavə edilmiş Reyestr nömrəsi **********1-05101-093037 oaln Çıxarış və texiki pasportdan görünür ki, Qax şəhəri, N.Nərimanov küçəsi, ev 6, mənzil 41-də yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax şəhəri, N.Nərimanov küçəsi, ev 6, mənzil 41-də qeydiyyatdadır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Qax rayonu Baydarlı kəndində qeydiyyatdadır İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ümumilikdə 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə toplanmış materialları nəzərdən keçirib, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Sübutetmə yükü üzərinə düşən İddiaçı Cavabdeh onun əmlakına ziyan vurması ilə bağlı məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqsızdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “yararsız vəziyyətə düşmüş əmlakın dəyəri olan 600 manat pulun cavabdehdən onun xeyrinə tutulması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı “yararsız vəziyyətə düşmüş əmlakın dəyəri olan 600 manat pulun cavabdehdən onun xeyrinə tutulması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilsin. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-608/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-608/2023
27.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver