Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Qax rayonu İş № 2(024)-613/2023 21.09.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlu. Kreditor Borclu qarşı aliment tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM : Kreditor məhkəməyə ərizə ilə müraciət edərək Borclu xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək bir uşaq üçün hər ay 130 manat aliment alınaraq Kreditor verilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditorun ərizəsindən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, o, Borclu ilə nikahlarını Qax rayonu Qum kənd ƏİD-də rəsmi qeyd etdirməklə evlənmişdir. Birgə nikahdan xx.xx.2008-ci il tarixdə X4, xx.xx.2010-cu il tarixdə X2, xx.xx.2013-cü il tarixdə X3 və xx.xx.2016-cı il tarixdə X5 adlı övladları olmuşdur. Hazırda uşağı saxlamaqda cətinlik çəkir. Ona görə də xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək bir uşaq üçün hər ay 130 manat aliment alınaraq Kreditor verilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndin əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İnsan Hüquqlarına Dair Ümumi Bəyamnamənin 25 ci maddəsinin 2-ci bəndinə əsasən Analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nigah nəticəsində, həm də nigahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanununun 8-ci maddəsinə əsasən Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin qanunun 13-cü maddəsinə əsasən Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə məcəlləsinin 75.1-ci maddəsinə əsasən Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə uyğun olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyənləşdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275-284-cü maddələrini rəhbər tutaraq, ƏMR VERDİM : Qax rayonu Süskənd kəndində yaşayan Borclu xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək bir uşaq üçün hər ay 130 manat aliment alınaraq Qax rayonu Turaclı kəndində yaşayan Kreditor verilsin. Alimentin alınmasına 19 sentyabr 2023-cü il tarixdən başlansın və uşaq yetkinlik yaşına çatana kimi davam etdirilsin. Borclu məhkəmə əmrinin surətini aldığı gündən 10(on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmr vermiş məhkəməni yazılı xəbərdarlıq etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №2(024)-613/2023
Qax Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(024)-613/2023
21.09.2023 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver