Məhkəmə qərarları › İş №2(024)-641/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-641/2023

24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-641/2023 24.11.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 3715 (üç min yeddi yüz on beş) manat pul borcunun və onun Qax rayon Məhkəməsinə iddia qaldırmaq üçün ödədiyi 108 (bir yüz səkkiz) manat dövlət rüsumunun cəmi 8823(səkkiz min səkkiz yüz iyirmi üç) manat pulun Qax rayonu Tanqıt kənd sakini Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü ildə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 8715 (səkkiz min yeddi yüz on beş) manat pul borcunun və onun Qax rayon Məhkəməsinə iddia qaldırmaq üçün ödədiyi 108 (bir yüz səkkiz) manat dövlət rüsumunun cəmi 8823 (səkkiz min səkkiz yüz iyirmi üç) manat pulun Qax rayonu Tanqıt kənd sakini Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məlumat verilmiş, Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək iddianı qəbul etdiyini, borc məbləğindən hər ay iddiaçıya hissə-hissə pul ödəyə biləcəyini işi ilə bağlı məhkəməyə gələ bilməyəcəyini göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Qax rayonu Tanqıt kəndində yaşayır. 2021-ci il tarixdə həmkəndlisi Cavabdeh yanına gələrək Qax rayon Polis Şöbəsində cinayət işi olduğunu və onu həll etmək üçün pul lazım olduğunu bildirmişdir. O, həmin vaxt ona 5500 manat borc pul vermişdir. Daha sonra bir qismini ödəməyə başlamışdır. Yenidən pul lazım olduqda yanına gəlib 3500 manat və digər vaxtlarda 300+500+200+400+500+300+200+350+150+600 olmaqla 12500 manat borc pul almışdır. Həmin borc puldan ümumilikdə ona 3785 manat pulu qaytarmışdır. Lakin cavabdehin indiyə qədər həmin qalmış 3715(üç min yeddi yüz on beş) manat borcundan heçnə ödəməmişdir. Hazırda cavabdehin ona 3715 (üç min yeddi yüz on beş) manat borcu var. Ona görə də o məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan əlavə o məhkəmədə iddia qaldırmaq üçün 108 manat dövlət rüsumu ödəmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən cavabdeh 3715 (üç min yeddi yüz on beş) manat pul borcunun və onun Qax rayon Məhkəməsinə iddia qaldırmaq üçün ödədiyi 108 (bir yüz səkkiz) manat dövlət rüsumunun cəmi 8823(səkkiz min səkkiz yüz iyirmi üç) manat pulun Qax rayonu Tanqıt kənd sakini Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində göstərmişdir ki, məhkəmədə 3715 (üç min yeddi yüz on beş) manat pul borcunun və onun Qax rayon Məhkəməsinə iddia qaldırmaq üçün ödədiyi 108 (bir yüz səkkiz) manat dövlət rüsumunun cəmi 8823(səkkiz min səkkiz yüz iyirmi üç) manat pulun Qax rayonu Tanqıt kənd sakini Cavabdeh alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi vermişdir. Lakin iddia ərizəsi hazırlayarkən texniki səhv edərək ərizənin əsaslandırıcı hissəsində və xahiş edirəm hissəsində Cavabdeh ona əsas borcunu 8715(səkkiz min yeddi yüz on beş) manat pul əvəzinə səhvən 3715 (üç min yeddi yüz on beş) manat kimi qeyd etmişdir. Odur ki, o hazırda iddia tələbimi dəqiqləşdirmək istəyir. MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göstərilənləri nəzərə alaraq məhkəmədən 8715 (səkkiz min yeddi yüz on beş) manat pul borcunun və onun Qax rayon Məhkəməsinə iddia qaldırmaq üçün ödədiyim 108 (bir yüz səkkiz) manat dövlət rüsumunun cəmi 8823 (səkkiz min səkkiz yüz iyirmi üç) manat pulun Qax rayonu Tanqıt kənd sakini Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Rövşən Əhmədov tərəfindən yazılaraq imzalanmış qəbzdən görünür ki, o 2022-ci ilin noyabr ayının 3-də İddiaçı 12500 manat borca pul aldığını, pulu alan zaman yanında anasının olduğunu həmin puldan 3785 manatını ödədiklərini göstərərək borcun qalan hissəsini hissə-hissə ödəyəcəyini bildirmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax rayonu Tanqıt kəndində qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Qax rayonu Tanqıt kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ümumilikdə 108 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin ərizəsini və işdə toplanmış materialları nəzərdən keçirib, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 03 noyabr 2022-ci il tarixdə İddiaçı 12500 manat borc pul almış, həmin məbləğdən 3785 manatını ödəmiş, qalan hissəsini ödəməmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddiaçıya qəbz yazaraq iddiaçıdan 12500 manat borc aldığını və 3785 manatını qaytardığını göstərərək borcunu etiraf etmiş, məhkəməyə ərizə göndərərək iddianı qəbul etdiyini və iddiaçıya olan borcunu hissə-hissə ödəyəcəyini göstərmişdir. Beləliklə də, Cavabdeh İddiaçı 8715 (səkkiz min yeddi yüz on beş) manat borcunun olması cavabdehin borcunu etiraf etməsini təsdiq edən onun tərəfindən yazılaraq imzalanmış qəbzlə və məhkəməyə təqdim etdiyi ərizəylə materiallarına əlavə edilmiş ərizəsi ilə yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 108 (bir yüz səkkiz) manat dövlət rüsumu ödənilmişdir. Həmin məbləğ də cavabdehdən alınıb iddiaçıya verilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə vəxidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 8715 (səkkiz min yeddi yüz on beş) manat borc pul və 108 (bir yüz səkkiz) manat dövlət rüsumu cəmi 8823(səkkiz min səkkiz yüz iyirmi üç) manat pul alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 8715 (səkkiz min yeddi yüz on beş) manat borc pul və 108 (bir yüz səkkiz) manat dövlət rüsumu, cəmi 8823(səkkiz min səkkiz yüz iyirmi üç) manat pul alınaraq İddiaçı verilsin. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar