Məhkəmə qərarları › İş №2(024)-646/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-646/2023

11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-646/2023 11.12.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Quliyev Elçin Feyzullah oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onunla Cavabdeh arasında bağlanmış 08 may 2019-ciu il tarixli yazılı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, Cavabdeh üzərinə qoyulmuş və ya cavabdehdən ödənilmiş 2457-78 (iki min dörd yüz əlli yeddi) manat fındıq sahəsinin yararlı vəziyyətə gətirilməsi üçün çəkilən xərclərin dövlət rüsumlarına ödənilən məbləğin Cavabdeh alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, İddiaçı gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə gəlmişdir. Məhkəmə işə İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etmiş, Cavabdeh iddianı qismən qəbul etmişdir. İddiaçı Cavabdeh qarşı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixində vətəndaş Cavabdeh ilə onun atasına məxsus Qax rayon Qaşqaçay kəndinin Tərməçi adlanan sahəsindəki (2494 kvm) fındıq bağının alqı-satqısı barədə yazılı müqavilə imzalamışlar. Müqavilənin şərtlərinə görə satıcı Cavabdeh bir min beş yüz manat (1500) nəğd olaraq tərəfindən ödənilib. Müqavilənin a bəndinə əsasən sahənin ona məxsus olacaq razılığına gəlinmişdir. Müqavilənin a bəndinə görə sənədlərin alqısatqı halına salınması onun öhdəsində qalmışdır. Hal-hazırda öhdəsinə düşən bütün öhdəlikləri yerinə yetirmiş vəziyyətdədir, lakin Cavabdeh müqavilənin b bəndində öhdəsinə götürdüyü öhdəliyi, yəni sahənin Notarial qaydada alqı-satqı əməliyyatının keçirilməsini tamamilə rədd edir. Onu da qeyd edir ki, müqavilə şərtlərinə görə müqavilə məhkəmə predmeti ola bilər. Müqavilə bağlanan xx.xx.2019-cu ildən bu günə kimi fındıq sahəsinin məhsuldar hala gətirilməsi üçün əhəmiyyətli pul vəsaiti xərclənmişdir. Bu məbləğlərin siyahısı fındıq dibinin təmizlənməsi 84 manat, traktorla kökün çıxarılması 300 manat, zibilin tullanması 100 manat, sahənin kübrələnməsi 30x4 120 manat, yerin təmizlənməsi 63 manat, nəğd verilən 1500 manat və bank % 290.78 manat, cəmi 2457.78 manat. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh 2457.78 (iki min dörd yüz əlli yeddi) manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, o atasına məxsus torpağı satan zaman İddiaçı 1500 manat pul almışdır. Bunu qəbul edir. İddiaçı müqavilə bağlandıqdan sonra ona məxsus fındıq bağının məhsulunu yığmışdır. Bununla bağlı iddiaçı haqq hesab etsinlər, kini-kimə borclu qalmasını dəqiqləşdirsinlər. Onun yaxşılaşdırmaya görə tələb etdiyi məbləğ tələbini isə qəbul etmir. İddianı qismən qəbul edir. İddiaçıya ancaq torpağın alıq-satqısına görə ödənilmiş 1500 manat pulu qaytarmağa razıdır. Ona görə də, iddianın qismən təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, 29 sentyabr 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə 40 (qırx) manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş, şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Şəki şəhəri, S.Rəhman küçəsi, ev 73, mənzil 15-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Qax rayonu Qaşqçay kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, İddiaçı Əhməd oğlu ilə Cavabdeh arasında Qax rayonu Qaşqaçay kənd ƏİN-də 08 may 2019-cu ildə bağlanmış müqavilənamədən görünür ki, Cavabdeh atası X1 məxsus Qax rayon Qaşqaçay kəndinin Tərməçi adlanan sahəsindəki fındıq bağını (2494 kv. m ). birdəfəlik İddiaçı satdığı, İddiaçı alqı satqı üçün lazım olan sənədləri qaydaya salmaqla Dövlət notariusunda alqı-satqı sənədini qeyd-şərtsiz hazırlamağı öhdəsinə götürdüyü, alqı-satqı zamanı ona çatacaq olan 1500 (bir min beş yüz ) manat pulun hamısını yəni 1500 (bir min beş yüz) manatını müqavilə imzalanan zaman götürdüyü və bu məbləğdən əlavə məbləğ tələb etməyəcəyini öhdəsinə götürdüyü, müqavilə imzalanan zaman alqı-satqı üçün razılaşdırılmış 1500 (bir min beş yüz) manatın hamısını 2-ci tərəfə ödədiyi, İddiaçı alqı-satqı üçün lazım olan sənədləri hazırlamağı, xx.xx.2019-cu ildən başlayaraq (vergi) məcburi ödənişləri ödəməyi öhdəsinə götürdüyü göstərilmişdir. İş materiallarını nəzərdən keçirib, iddiaçının etibarnamə üzrə nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında müqavilənamə, Qax rayonu Qaşqaçay kənd ƏİN-də 08 may 2019-cu ildə təsdiq edilmiş, həmin müqavilənamədə Cavabdeh atası X1 məxsus Qax rayon Qaşqaçay kəndinin Tərməçi adlanan sahəsindəki fındıq bağını (2494 kv.m). birdəfəlik İddiaçı satdığı, İddiaçı alqı satqı üçün lazım olan sənədləri qaydaya salmaqla Dövlət notariusunda alqı-satqı sənədini qeyd şərtsiz hazırlamağı öhdəsinə götürdüyü, alqı-satqı zamanı ona çatacaq olan 1500 (bir min beş yüz ) manat pulun hamısını yəni 1500 (bir min beş yüz) manatını müqavilə imzalanan zaman götürdüyü və bu məbləğdən əlavə məbləğ tələb etməyəcəyini öhdəsinə götürdüyü, müqavilə imzalanan zaman alqı-satqı üçün razılaşdırılmış 1500 (bir min beş yüz) manatın hamısını 2-ci tərəfə ödədiyi, İddiaçı alqı-satqı üçün lazım olan sənədləri hazırlamağı, xx.xx.2019-cu ildən başlayaraq (vergi) məcburi ödənişləri ödəməyi öhdəsinə götürdüyü göstərilmişdir. Tərəflər arasında həmin mübahisə ilə bağlı razılıq əldə edilmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı müqavilə imzalanandan sonra fındıq dibinin təmizlənməsi 84 manat, traktorla kökün çıxarılması 300 manat, zibilin tullanması 100 manat, sahənin kübrələnməsi 30x4 120 manat, yerin təmizlənməsi 63 manat, nəğd verilən 1500 manat və bank % 290.78 manat olmaqla, cəmi 2457.78 manat pulun cavabdehdən tutulub ona ödənilməsini xahiş etmişdir. Məhkəmə işin faktiki hallarına və iş materiallarında olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbinin torpaq sahəsinin alınmasına görə cavabdehə ödədiyi 1500 (bir min beş yüz) manat pul tələbinə dair hissəsində iddiaçı haqlıdır. Belə ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, tələbin həmin hissəsi iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi Qax rayonu Qaşqaçay kənd ƏİNdə təsdiqlənmiş 08 may 2019-cu il tarixli müqavilənamə adlı sənədlə və cavabdehin etirafedici izahatı ilə sübuta yetirilmişdir. İddia tələbinin “bank % 290.78 manat” tələb edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır. Birincisi qanunsuz saxlama, ikincisi qaytarmaqdan boyun qaçırma, üçüncüsü ödənilməsini digər şəkildə gecikdirmə, dördüncüsü başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplamaqla. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Eyni zamanda, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma Mülki Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Həmçinin, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə verdiyi pul onun iradə ifadəsi ilə verilmişdir. Cavabdeh həmin pul məbləğinin müqabilində iddiaçı ilə razılaşaraq, öz aralarında müqavilə bağlamaqla ona sözügedən fındıq bağını satmış, iddiaçıdan borc aldığı pul vəsaitini özündə qanunsuz deyil, iddiaçının iradə ifadəsi ilə özündə saxlamışdır. Sonradan cavabdeh həmin alqı-satqı müqaviləsini notarat kontorunda rəsmiləşdirməkdən imtina etdiyi üçün iddiaçı bağı geri qaytarmaq məcburiyyətində qalmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehdə iddiaçıya məxsus pul məbləğinin saxlanılmasına görə bank uçot dərəcəsi ilə əlavə faiz tutulması qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə iddia tələbinin “fındıq dibinin təmizlənməsi üçün 84 manat, traktorla kökün çıxarılması üçün 300 manat, zibilin tullanması üçün 100 manat, sahənin kübrələnməsi üçün 30x4 120 manat, yerin təmizlənməsi üçün 63 manat”a dair hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İddiaçı torpaq sahəsinə yaxşılaşdırma işləri aparmasına dair məhkəməyə hər hansı əsaslı və mötəbər sübut təqdim etməmişdir. Ona görə də məhkəmə iddia tələbinin həmin hissəsinin əsassız olması qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasənn qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırlmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Şahin oğlundan 1500(bir min beş yüz) manat və 35 (otuz beş) manat dövlət rüsumu tutularaq İddiaçı verilməli, iddia tələbinin qalan hissəsi əsassız olduğundan rədd edilməldir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Şahin oğlundan 1500(bir min beş yüz) manat və 35 (otuz beş) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddianın qalan hissəsi əsassız olduğundan rədd edilsin. Dövlət rüsumünün 10 (on) manat hissəsi iddiaçıya aid edilsin. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar