Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-677/2024 24.09.2024 QAX RAYON MƏHKƏMƏSİ Mən, Qax Rayon Məhkəməsinin hakimi Kərimov Taleh Etibar oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X1 qarşı “dəymiş ziyanın müəyyən edilərək cavabdehlərdən alınması və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, Müəyyənetdim: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X1 qarşı “dəymiş ziyanın müəyyən edilərək cavabdehlərdən alınması və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin mal-qarasının onlara məxsus olan qarğıdalı sahəsinə vurduğu 2000 manat maddi ziyanın müəyyən edilərək cavabdehlərdən alınması və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri Mülki Prosessual Qanunvericiliyin tələbləri baxımından hüquqi qiymətləndirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin iddia ərizəsinin forma və məzmunundan bəhs edən 149-cu maddəsində göstərilmişdir ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. (149.1), ərizədə aşağıdakılar göstərilməlidir (149.2), ərizənin verildiyi məhkəmənin adı (149.2.1), iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ( 149.2.2), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb (149.2.3), müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat (149.2.4), “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat (149.2.4-1.), ərizəyə əlavə edilən sənədlərin siyahısı (149.2.5). İddia ərizəsindən görünür ki, tələb aydın və konkret deyildir. Belə ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi iddiaçılar ərizəsində onlara məxsus olan qarğıdalı sahəsinə 2000 (iki min) manat maddi ziyan dəydiyini göstərmiş, iddianın qiymətinə uyğun olaraq 40 manat dövlət rüsumu ödəmiş və iddia tələblərində 2000 manat məbləğdə ziyanın müəyyən edilərək cavabdehlərdən alınmasını xahiş etmişlər. Lakin ərizənin təsviri hissəsində dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün aidiyyatı üzrə sorğu göndərilməsi və ekspertizanın keçirilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə diqqətə çatdırır ki, dəymiş ziyanın müəyyən edilməsi məhkəmənin vəzifəsi deyildir. Halbuki Azərbaycan Respublikasının MPM-nin 149.2.3-cü maddəsinin tələblərinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Belə ki, dəymiş ziyanla bağlı məhkəməyə sübutlar təqdim etmək vəzifəsi (sübutetmə yükü) iddiaçının üzərinə düşür. Əgər cavabdeh işə məhkəmədə baxılarkən ondan tələb olunan ziyan məbləğini mübahisələndirərsə müvafiq ekspertiza təyin edilə bilər. Eyni zamanda iddiaçılar tərəfindən iddia tələbinin əsaslandırıldığı sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Belə ki, iddiaçılar iddia ərizəsində xx.xx.2024-cü il tarixdə qarğıdalı sahəsinə 12 baş iribuynuzlu heyvanın girdiyini qeyd etmiş, lakin qarğıdalı sahəsinə həmin tarixdə mal-qara tərəfindən vurulmuş ziyanın həcminin müəyyən edilməsinə dair müvafiq mütəxəssis rəyini iddia ərizəsinə əlavə etməmişlər. Həmçinin iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə, yəni iddiaçıların göstərdikləri xx.xx.2024-cü il tarixdən 24 gün müddət keçdikdən sonra daxil olmuş və hazırda müddətin axımı davam edir. İddia ərizəsinə əlavə edilmiş Qax rayon DAİM-nin mütəxəssislərinin tərtib etdiyi 03 sentyabr 2024-cü il tarixli Akt-dan da görünür ki, sahəyə baxış keçirilərkən heyvanlar tərəfindən qarğıdalının yeyilərək və tapdalanaraq əkin sahəsinə ziyan vurulması, nəticədə isə məhsulda itkinin baş verəcəyi göstərilmişdir. Əlavə olaraq qeyd olunan sahədə məhsula dəymiş ziyanın həcmində kənar təsirlər nəticəsində dəyişiklik ola bilmə ehtimalı vardır. Yuxarıda qeyd olunan prosessual hüquq normasından da göründüyü kimi, sadalanan sübutların iddia ərizəsinə əlavə edilməsi iddiaçı tərəfindən həyata keçirilir. Mülki Prosessual Məcəllənin iddia ərizəsinə əlavə edilən sənədlərdən bəhs edən 150.1-ci maddəsində göstərilmişdir ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə edilir (150.1.2.). Qax Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli 2(024)-633/2024 nömrəli qərardadına əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X1 qarşı “dəymiş ziyanın müəyyən edilərək cavabdehlərdən alınması və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə “MilliÖn” ödəniş terminalı ilə "xxxx" MMC vasitəsi ilə ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun iddiaçılar İddiaçı1 və İddiaçı2 geri qaytarılması qərara alınmışdır. Lakin hazırki iddia ərizəsinə əlavə olunan sənədləri nəzərdən keçirərkən müəyyən edildi ki, iddiaçılar tərəfindən iddianın qaldırılması üçün dövlət rüsumu ödənilməmiş, iddia ərizəsinə yuxarıda qeyd olunan qərardadla geri qaytarılan və iddia ərizəsinə əlavə edilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun ödənilməsini əks etdirən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbz təkrarən əlavə edilmişdir. Ona görə də iddia ərizəsinin icraata götürülməsi mümkünsüzdür. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsində iddia ərizəsinin geri qaytarılmasının əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. Həmin Məcəllənin 152.1.1-ci maddəsində göstərilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Mülki-Prosesual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Lakin iddiaçı tərəfindən məhkəmənin 06 sentyabr 2024-cü il tarixli 2(024)-633/2024 nömrəli qərardadı ilə xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə “MilliÖn” ödəniş terminalı ilə "xxxx" MMC vasitəsi ilə ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumu bir dəfə iddiaçılar İddiaçı1 və İddiaçı2 geri qaytarılması qərara alındığı üçün təkrarən iddiaçılara geri qaytarıla bilməz. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir (Mülki Prosessual Məcəllənin 152.2 və 152.3-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 151, 152, 263, 264 və 267 -ci maddələrini rəhbər tutaraq Qəraraaldım: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X1 qarşı “cavabdehlərin mal-qarasının onlara məxsus olan qarğıdalı sahəsinə vurduğu 2000 manat maddi ziyanın müəyyən edilərək cavabdehlərdən alınması və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Taleh Kərimov
Məhkəmə qərarları › İş №2(024)-677/2024
Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-677/2024
24.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver