Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-686/2023 27.12.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Quliyev Elçin Feyzullah oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qızna və maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “xx.xx.2013-cü il tarixli 4Ə-341 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən 0.32 kv/m həyətyanı torpaq sahəsinə Çıxarış alınması üçün ölçü işlərinin aparılmasına cavabdeh tərəfindən edilmiş manelərin aradan qaldırılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2013-cü il tarixli 4Ə-341 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən 0.32 kv/m həyətyanı torpaq sahəsinə Çıxarış alınması üçün ölçü işlərinin aparılmasına cavabdeh tərəfindən edilmiş manelərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o ailəsi ilə birlikdə Qax şəhəri F.Xoyski küçəsi ev 46 yaşayır. Atasına sağlığında xalası Cavabdeh xx.xx.2013cü il tarixdə Qax şəhəri 20 yanvar küçəsində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin 32 kv/m hissəsini bağışlamışdır. Daha sonra atası orada tikili inşa etmişdir. Atası öldüksən sonra onlar dəfələrlə cəhd etsələr də həmin həyətyanı sahəyə çıxarış ala bilmir. Bu işlə bağlı o DƏDRX-nə müraciət etmiş oradan ona Notariat Ofisinə yaxınlaşmasını tövsiyyə etdilər. O, Qax rayon Notariat Ofisinə müraciət etmiş, orada ona vərəsəlik məktubu vermişlər. O, bununla bağlı DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin Qax rayon şöbəsinə Çıxarış almaq üçün müraciət etmiş, DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin Qax rayon şöbəsinin işçiləri ölçməkdən imtina etmişlər. Beləliklə atasına məxsus olan ərazinin 0.32 kv/m həyətyanı torpaq sahəsinə çıxarış verilməsi mümkün olmamışdır. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən mərhum atası xx.xx.2013-cü il tarixli 4Ə-341 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən 0.32 kv/m həyətyanı torpaq sahəsinə çıxarış alınması üçün ölçü işlərinin aparılmasına cavabdeh tərəfindən edilmiş manelərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək göstərdi ki, iddia tələbində qeyd edilən 0.07 ha həyətyanı torpaq sahəsinin 32 kv/m hissəsini atasına Cavabdeh bağışlamışdır. O da atasından onlara miras qalan həmin əmlakı vərəsəlik yolu ilə qəbul etmişdir. Hazırda torpaq sahəsi ilə bağlı mülkiyyəti təsdiq edən sənəd, yəni Çıxarışın alınması üçün DƏDRX-nin əməkdaşları ölçü işləri aparmaq üçün gəlmiş, lakin cavabdeh onlara maneçilik yaradır. Ona görə də, Çıxarış ala bilmir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, o Qax şəhəri 20 yanvar küçəsində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin 32 kv/m hissəsini bacısı oğlu X1 bağışlamışdır. Həmin vaxtı sənədləşmə xərclərini bütünlüklə o çəkmişdir. X3 maddi imkanının olmadığını, xərci onun çəkməsini, sonra qaytaracağını demişdir. X7 ölmüşdür. İddiaçı onun çəkdiyi xərcləri ödəsin sonra sənədləşmə işləri aparsın. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2009-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Reyestr nömrəsi **********08-10301 saylı DƏDRX-dən Çıxarışna əsasən Qax şəhəri, 20 yanvar küçəsində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin 32 kv.m hissəsini bacısı oğlu X1 bağışlamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ********** qeydiyyat nömrəli, Reyestr nömrəsi **********08-10301 saylı DƏDRXdən Çıxarışa əsasən Qax şəhəri, 20 yanvar küçəsində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin 32 kv.m hissəsini bacısı oğlu X1 bağışlamışdır. Nazim Süleymanov vəfat etmiş, iddiaçının məhkəməyə müraciətindən sonra Qax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən X1 verilmiş 32 kv.m həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. İdddiaçı torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair DƏDRX-dən Çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmiş, həmin idarənin əməkdaşları tərəfindən ölçü işləri aparılan zaman Cavabdeh mane olmuşdur. Cavabdeh ölçü işlərinin aparılmasına maneçilik törətməsini mərhum bacısı oğlu Nazim Süleymanova mülkiyyətində olan 0.7 ha torpaq sahəsinin 32 kv.m hissəsini bağışlayan zaman sənədləşmə xərclərini özü çəkdiyini, X7 öldüyü üçün onun çəkdiyi xərclərin geri qaytarılmaması ilə əsaslandırmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət toxunulmazdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublıkası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2013-cü il tarixli 4Ə-341 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh tərəfindən X2 bağışlanmış ünvan 1, hazırki Qax şəhəri, H.Əliyev prospekti ev 11 ünvanında yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin 0.32 kv/m hissəsinə Çıxarış alınması üçün ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən edilmiş maneələr aradan qaldırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. xx.xx.2013-cü il tarixli 4Ə-341 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh tərəfindən X1 bağışlanmış ünvan 1, hazırki Qax şəhəri, H.Əliyev prospekti ev 11 ünvanında yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin 0.32 kv/m hissəsinə Çıxarış alınması üçün ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən edilmiş maneələr aradan qaldırılsın. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-686/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-686/2023
27.12.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver