Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-69/2024 05.02.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh qarşı “dəymiş maddi ziyan tələbi” nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona dəymiş 2000 manat maddi ziyanın cavabdeh Qax rayonu Almalı kənd sakini Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, Cavabdeh iddianı qəbul etməmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, o ailəsi ilə birlikdə Almalı kəndində yaşayır. Oğlu vətən müharibəsində şəhid olduğu üçün Qax rayonu Almalı kənd Bələdiyyəsi tərəfindən 2020-ci il tarixdə ona istifadə üçün Alazan çayı sahəsində 2.30 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə o 2023-cü ilin avqust ayında qarğıdalı əkmişdir. Həmin qarğıdalı sahəsi yetişdikdən sonra həmkəndlisi Cavabdeh özünə məxsus mal-qaranı sahibsiz buraxaraq qarğıdalı sahəsinə dəfələrlə ziyan vurmuşdur. Cavabdeh hər dəfə cavabdehə mal-qaranı sahəyə buraxmamasını desə də, onun acığına malqaranı həmin sahəyə buraxmışdır. Sonuncu dəfə həmin yerə yenə mal-qara girərək sahənin 60 faizini yararsız vəziyyətə salmışdır. Bundan sonra o dərhal DAİM-nə şikayət etmiş, ona dəymiş ziyanla bağlı həmin biçilməmiş qarğıdalı sahəsinə komissiya göndərilməsini xahiş etmişdir. DAİM-nin əməkdaşları tərəfindən sahəyə yerində baxış keçirilmiş, qarğıdalı sahəsinə görə ona dəymiş ziyanı 500 kq hesablanmışdır. Hal-hazırda qarğıdalının l kq qiyməti (0.40-qəpik) qəpikdir. O, bununla bağlı cavabdehə dəfələrlə desə də heç bir nəticəsi olmamışdır. O, həmin qarğıdsalı məhsuluna ziyan dəyməsəydi 8000 manat məbləğində qazanc əldə edə bilərdi. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ona dəymiş 2000 manat maddi ziyanın Qax rayonu Almalı kənd sakini Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh izahat verərək göstərdi ki, iddiaçının göstərdikləri ilə razılaşmıır. Doğrudur, özünə məxsus mal-qara iddiaçıya məxsus torpaq sahəsinə dəfələrlə girmişdir. Lakin həmin malları o oradan çıxartmışdır. Həmin sahə kənd bələdiyyəsinə məxsusdur. İddiaçı həmin torpaq sahəsinə qanunsuz olaraq qarğıdalı əkmişdir. İddianı qəbul etmir. İş materiallarına əlavə edilmiş Almalı Bələdiyyəsinin verdiyi xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, İddiaçı Alazan çayı sahəsində yerləşən Almalı Bələdiyyəsinə aid olan 2.30 ha torpaq sahəsində əkin işi aparmışdır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax rayonu Almalı kəndində yaşayır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Qax rayonu Almalı kəndində yaşayır. İşə əlavə edilmiş X4 İnkişaf Mərkəzinin verdiyi 28 yanvar 2024-cü il tarixli Akt-dan görünür ki, İddiaçı şifahi şikayəti əsasında 15 oktyabr 2023-cü ildə sözügedən sahəyə yerində baxış keçirilmiş, qeydlər götürülmüşdür. Sahə 2.3 ha olmaqla Bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Həmin sahə əkilmiş qarğıdalı sahəsidir və sahədə iribunyunzlu mal-qaranın vurduğu ziyan açıqaşkar görünmüşdür. Belə ki, həmin sahəyə iribuynuzlu mal-qara dəfələrlə girərək sahədə olan qarşıdalı məhsulunu demək olar ki, altmış faizini yeyərək və yıxdıraraq tamamilə yararsız hala salmışdır. Həmin sahədən təqribi hesablamalarına görə 13.8 ton məhsul gözlənilirdi ki, bunun altmış faizi 8.2 ton təşkil edir İşə əlavə edilmiş Qax Rayon Statistika İdarəsinin 18 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, 2023-cü il ərzində 1 kq qarğıdalının orta bazar qiyməti 0.58 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ümumilikdə 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında tərəflərin izahatı ilə müəyyən edildi ki, İddiaçı Alazan çayı sahəsində yerləşən Almalı Bələdiyyəsinə aid olan 2.30 ha torpaq sahəsində əkin işi aparmışdır. Həmin torpaq sahəsində iddiaçı qarğıdalı məhsulu əkmişdir. Cavabdeh tərəfindən iddiaçının qarğıdalı məhsulu əkdiyi torpaq sahəsində malqara otarılmışdır. İddiaçının müraciəti əsasında Qax DAİM-nin mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı sahənin 2.3 ha olmaqla Bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması, sahədə qarğıdalı əkildiyi və sahədə iribuynuzlu mal-qaranın vurduğu ziyan açıq-aşkar nəzərə çarpması, iribuynuzlu mal-qaranın dəfələrlə girərək sahədə olan qarşıdalı məhsulunun demək olar ki, altmış faizini yeyərək və yıxdıraraq tamamilə yararsız hala salması və sahədən təqribi hesablamalarına görə 13.8 ton məhsul gözlənilməsi və bunun altmış faizinin 8.2 ton təşkil etməsi müəyyən edilmişdir. Qax Rayon Statistika İdarəsinin 18 yanvar 2024-cü il tarixli məktubu ilə 2023-cü il ərzində 1 kq qarğıdalının orta bazar qiymətinin 0.58 manat təşkil etməsi müəyyən edilmişdir. Bu hesabla vətəndaşa təqribən 8.2 ton x 0.50 manat=4100 manat ziyan dəyməsi müəyyən olunmuşdur. Lakin iddiaçı iddia tələbində ona dəymiş maddi ziyana görə cavabdehdən 2000 manat tələb etmişdir. Lakin iddiaçı iddia ziyana görə 2000 manat tələb etdiyinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iddia tələbindən kənara çıxmır. Belə ki, Azərbaycan Respeblikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə iddia tələbi işin faktiki halları, tərəflərin izahatları və işdə olan əsaslı və mötəbər sübutlarla sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh dəymiş maddi ziyana görə 2000 (iki min) manat pul alınaraq İddiaçı verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 2000 (iki min) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Malik Qarayev
Məhkəmə qərarları › İş №2(024)-69/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-69/2024
05.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver