Məhkəmə qərarları › İş №2(024)-700/2024

Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-700/2024

29.10.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-700/2024 29.10.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (böyük məsləhətçi) Quliyev Elçin Feyzullah oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «məhkəmə qərarı ilə açılmış gediş-gəliş yoluna yaradılan maneələrin aradan qaldırılması» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı «məhkəmə qərarı ilə açılmış gediş-gəliş yoluna yaradılan maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Qax Rayon Məhkəməsinin xx.xx.2012ci il tarixli 2(024)-03 saylı qanuni qüvvəsini almış və icra edilmiş qətnaməsinə əsasən kəndin ümumi yolundan başlamaqla özünə məxsus olan torpaq sahəsinə qədər açılmış 4 metr enində yoldan istifadə edilməsi üçün Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması (ağacların və setqanın sökülməsi) və gediş-gəliş yolunun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddia ərizəsi xx.xx.2024-cü il tarixli qərardad ilə məhkəmənin icraatına qəbul edilmiş və iş üzrə məhkəmə hazırlıq iclası təyin edilməklə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmiş, həmçinin işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 03 nömrəli qərarının 2-ci bəndində qeyd olunur ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Mülki Prosessual Məcəllənin 259.0.6-ci maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Mülki-Prosesual Məcəllənin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Ərizə baxılmamış saxlanıldığı üçün iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: İddiaçı Cavabdeh qarşı «məhkəmə qərarı ilə açılmış gediş-gəliş yoluna yaradılan maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu özünə geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Taleh Karimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar