Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-701/2024 29.10.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi Məhkəmə iclas katibi (böyük məsləhətçi) Quliyev Elçin Feyzullah oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Qafar oğlunun Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair Qax Rayon Məhkəməsində müraciət edərək, cavabdeh, Qax rayonu Qum kəndində qeydiyyatda olan Cavabdeh özünə dəymiş ziyan məbləği olan 6331 (altı min üç yüz otuz bir) manat pulun və ödənilmiş 83.40 (səksən üç manat qırx qəpik) manat məbləğindəki dövlət rüsumunun alınaraq özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh ilə arasında Zərnə kəndində yerləşən fərdi yaşayış evinin təmir edilməsi ilə bağlı razılaşmışlar. Cavabdeh təmiri keyfiyyətsiz aparmışdır. Bu məsələ ilə bağlı Qax Rayon Məhkəməsində iddia qaldırmış və 2014-cü ildə ekspertiza aparılmışdır. Cavabdehdən ona dəymiş ziyan məbləği olan 6331 (altı min üç yüz otuz bir) manatın özünə ödənilməsini tələb edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahat verərək göstərdi ki, bir neçə il öncə də eyni iddia tələbi ilə iddiaçı məhkəməyə müraciət etmişdir. X2 Məhkəməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayətlər vermişdir. Qax rayon məhkəməsi tərəfindən verilən qərar dəyişdirilmədən saxlanılmışdır. Evdə təmir işlərini 2 il ərzində yekunlaşdırmışdır. 12430 manat dəyərində iş görmüş lakin iddiaçıdan 7000 manat dəyərində ödəniş almışdır. Qalan məbləği isə tələb etməmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Qax Rayon Məhkəməsinin qanuni qüvvədə olan 21 may 2014-cü il tarixli 2(024)-24 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X1 qarşı «6461 manat pul» tələbinə dair Qax Rayon Məhkəməsində iddia qaldırmış, iddia əsassız olduğundan rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvədə olan 13 avqust 2014-cü il tarixli 2(107)-733/2014 nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Qax Rayon Məhkəməsinin 21 may 2014-cü il tarixli 2(024)-24 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvədə olan 05 dekabr 2014-cü il tarixli 2(102)-4701/2014 nömrəli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2014-cü il tarixli 2(107)-733/2014 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Göründüyü kimi İddiaçı əvvəllər də Cavabdeh qarşı Qax Rayon Məhkəməsində «pul» tələbinə dair iddia qaldırmış və onun iddia tələbi rədd edilmişdir. İddiaçı hazırda isə Qax rayon məhkəməsində eyni predmet barəsində, eyni əsaslar üzrə və eyni şəxsə qarşı məhkəmədə iddia qaldırmış, lakin onun tələbi üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilə Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Odur ki, məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğundan, hazırki mülki işin icraatına xitam verilməlidir. Mülki işin icraatına xitam verildiyi üçün iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən KapitalBank ASC vasitəsilə xx.xx.2024-cü il tarixdə 7779 saylı qəbzlə ödənilmiş 83.40 (səksən üç manat qırx qəpik) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Mülki-Prosesual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52.5, 170, 191.2, 261, 262, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən KapitalBank ASC vasitəsilə xx.xx.2024-cü il tarixdə 7779 saylı qəbzlə ödənilmiş 83.40 (səksən üç manat qırx qəpik) manat dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Taleh Kərimov
Məhkəmə qərarları › İş №2(024)-701/2024
Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-701/2024
29.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver