Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-705/2023 27.12.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Quliyev Elçin Feyzullah oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 5515 manat borc pulun və dövlət rüsumu olaraq ödədiyi 75,15 manat dövlət rüsumunun alınıb özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərdi ki, o, Qax rayonu, Marsan kəndində yerləşən “Murad” marketdə satıcı işləyir. 04 avqust 2022-ci il tarixdə Qax şəhər sakini Cavabdeh onun yanına gələrək ona toy üçün 180 ədəd “xorçitsa ice” adlı araq lazım olduğunu bildirmişdir. Araqları alanda pulunu aldığı ayın sonuna qədər ödəyəcəyini demişdi. Daha sonra 11 avqust 2022-ci il tarixdə o yenidən onun yanına gələrək əlavə 120 ədəd “organic green” adlı araq almaq istədiyini bildirərək onu da nisyə alacagını və pulunu ay sonuna qədər ödəyəcəyini demişdir. O da Cavabdeh ilə razılaşaraq həmin sayda araqları ona vermişdir. Onun ümumilikdə aldığı araqların dəyəri 6000 manat edir. Aradan 1 ildən çox müddət keçməsinə baxmayaraqa cavabdeh aldığı araqların pulundan ona ümumilikdə 485 manat ödəniş etmişdir. Hazırki vaxtadək Cavabdeh ona qalan 5515 manat borcunu geri qaytarmamışdır. Cavabdeh ona borcu olmasına dair o özü iltizam yazaraq imzalamışdır. 1 ildən artıq müddət keçməsinə baxmayaraq Cavabdeh ona qarşı dələduzluq edərək onu aldadır və borcunu istədikdə bəhanələr edərək ödəməkdən yayınır. Bu səbəbdən o məcbur olub bu iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh 5515 manat borc pulun və ödədiyi 75,15 manat dövlət rüsumunun alınıb özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, o İddiaçı 2022-ci ildə ümumi dəyəri 6000 manat olan araq almışdır. Aldığı araqların pulundan 485 manatını geri qaytarmış lakin yerdə qalan borcunu maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir. İddianı qəbul edir. Söz veriri ki, yaxın zamanda iddiaçıya olan borcunu tam şəkildə ödəyəcəkdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən yazılaraq imzalanmış ərizədən görünür ki, onun İddiaçı 5515 manat borcu var. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 75,15 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə toplanmış materialları nəzərdən keçirib, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 2022-ci ilin avqust ayında İddiaçı dəyəri 6000 manat olan ümumi sayı 300 ədəd nisyə araq almışdır. Cavabdeh aldığı araqların pulundan 485 manatını ödəmiş lakin, qalıq borcunu hazırkı vaxtadək iddiaçıya geri qaytarmamışdır. İddiaçı dəfələrlə cavabdehdən borcunu tələb etsə də, heç bir nəticəsi olmamış və iddiaçı bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə cavabdehin etirafedici izahatı və iş materialları ilə iddiaçıya 5515 manat borcu olması tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu)başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli,əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə vəxidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləripozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə iləayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Şərh olunanlara obyektiv qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5515 (beş min beş yüz on beş) manat pul və 75,15 (yetmiş beş manat on beş qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5515 (beş min beş yüz on beş) manat pul və 75,15 (yetmiş beş manat on beş qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən təqdim olunduğu (alındığı) gündən 1 ay müddətində Qax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №2(024)-705/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-705/2023
27.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver