Məhkəmə qərarları › İş №2(024)-711/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-711/2024

18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-711/2024 18.12.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə. İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 4450 (on dörd min dörd yüz əlli) manat pul və 65 (altmış beş) manat dövlət rüsumunun Cavabdeh qızından alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş yoldaşı Kosiaşvili Mixail adlı şəxs ona 4500 manat borcu var idi. Həmin şəxsin borcu qaytaracaq pulu olmadığından, o öz varisi olan Cavabdeh tapşırdı ki, özündən miras qalacaq evi satsın, pulun bir hissəsini özünə saxlasın və ona olan borcu ödəsin. Kosiaşvili Mixail cavabdehə bunu vəsiyyət etmiş, buna görə də cavabdeh Qax Rayon Notariat ofisində Mixailə məxsus evi satdığında ona olan borcu verəcəyinə dair sənəd imzalamışdır. 2 il əvvəl cavabdeh həmin evi satmasına baxmayaraq o borcu ödəmək istəməmşdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, 4450 (on dörd min dörd yüz əlli) manat pul və 65 (altmış beş) manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında izahat verərək göstərdi ki, İddiaçı iş yoldaşı X3 4450 manat borc pul vermişdir. İddia ərizəsində texniki səhv nəticəsində borc mələği 4500 manat kimi göstərilmişdir. Mixail Kosiaşvili vəfat etmişdir. Mixail Kosiaşvili sağlığında İddiaçı borclu olduğu üçün əmlakını cavabdehə vəsiyyət edərkən Azər Hüseynov 4450 (dörd min dörd yüz əlli) manat borcu ödəyəcəyinə dair sənəd imzalamışdır. Hazırda cavabdeh iddiaçıya borcunun olduğunu etiraf edir. Tərəflər artıq borcun hissə-hissə ödənilməsi ilə bağlı razılaşmaya gəlmişlər. Lakin barışıq Sazişi bağlamayacaqlar. İddianın təmin edilməsi barədə qətnamənin çıxarılmasını istəyir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək göstərdi ki, iddiaçıya 4450 (dörd min dörd yüz əlli) manat borcunun olmasını etiraf edir. Mixail Kosiaşvili ilə bir yerdə işləmişlər. Ona vəsiyyət olunan ev Qax rayonu Qax İngiloy kəndində yerləşir. Ona vəsiyyət olunan əmlak 5 faiz həyətyanı torpaq sahəsi və üzərində yerləşən balaca evdən ibarət olmuşdur. Həmin əmlakı təxminən 3-4 il əvvəl 18000 (on səkkiz min) manata satmışdır və satılmasına dair alqı-satqı müqaviləsi də vardır. Maddi imkanı olmadığı üçün cavabdehə olan borcunu ödəməmişdir. İddiaçıya olan borcunu ödəyəcəkdir. İddianı qəbul edir və təmin edilməsinə etiraz etmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax rayonu Qax ingiloy kəndində qeydiyyatdadır. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Allahverdiyev X5 şəhəri, M.Ə.Sabir küçəsi, ev 37-də qeydiyyatdadılr. . Cavabdeh Həşim oğlunun tərəfindən yazılaraq imzalanmış 20 oktyabr 2016-cı ildə imzasının həqiqiliyi notariat qaydada təsdiq olunmuş sadə qəbzdən görünür ki, o mərhum X1 vərəsəsi kimi onun İddiaçı borclu olduğu 4450 (dörd min dörd yüz əlli) manat pulu ona vərəsəlik əsasında keçən fərdi yaşayış evi satılan kimi İddiaçı ödəyəcəyini göstərmişdir. Cavabdeh Həşim oğlunun tərəfindən yazılaraq imzalanmış 02 dekabr 2024-cü ildə yazılaraq imzalanmış sadə qəbzdən görünür ki, iddiaçıya 4500 manat borcu olduğunu etiraf etmiş, hazırda onunla razılaşaraq 2024-cü ilin sentyabr ayından başlayaraq 100 manat olmaqla biri il ərzində 1200 manat, 2025-ci ilin sentyabr ayından 200 manat ödəyəcəyini göstərmişdir. Qax rayon Notariat Kontorundan 12 aprel 2016-cı il tarixdə təsdiq olunmuş Vəsiyyətnamədən görünür ki, X4 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən gündə ona məxsus olan bütün əmlakını, o cümlədən Qax rayonu Qax İngiloy kəndində yerləşən evini və həyətyanı torpaq sahəsini, eyni zamanda pay torpaq sahəsini Cavabdeh vəsiyyət etmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki. iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 66 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə toplanmış materialları nəzərdən keçirib, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mərhum X2 İddiaçı ilə aralarında borc münasibətləri yaranmış, Mixail Kosiaşvili sağlığında harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən gündə ona məxsus olan bütün əmlakını, o cümlədən Qax rayonu Qax İngiloy kəndində yerləşən evini və həyətyanı torpaq sahəsini, eyni zamanda pay torpaq sahəsini Cavabdeh vəsiyyət etmişdir. Bundan sonra Cavabdeh 20 oktyabr 2016-cı il tarixdə qəbz yazaraq mərhum X1 vərəsəsi kimi onun İddiaçı borclu olduğu 4450 (dörd min dörd yüz əlli) manat pulu ona vərəsəlik əsasında keçən fərdi yaşayış evi satılan kimi İddiaçı ödəyəcəyini vəd etmiş və imzasının həqiqiliyi notariat qaydada təsdiq olunmuşdur. Eyni zamanda cavabdeh Azər Allajhverdiyev məhkəmə iclasında İddiaçı 4450 manat borcunun olmasını etiraf edərək hazırda onunla razılaşaraq 2024-cü ilin sentyabr ayından başlayaraq 100 manat olmaqla biri il ərzində 1200 manat, 2025-ci ilin sentyabr ayından 200 manat ödəyəcəyini əks etdirən qəbz təqdim etmişdir. Beləliklə iddia tələbi cavabdeh tərəfindən yazılaraq imzası notariat qaydada təsdiq olunmuş borcun ödənməsi ilə bağlı öhdəsinə götürməsini əks etdirən qəbz, məhkəməyə təqdim edilmiş borcun etiraf etməsini əks etdirən qəbz və cavabdehin etirafedici izahatı ilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə göstərir ki, iddia tələbinin dəlillərinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri vəsiyyət tapşırığından irəli gələn vəsiyyət edənin borc öhdəliyinin icrası ilə bağlı yaranan mülki münasibətlərdir. Odur ki, bu mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vəsiyyət tapşırığı və onun icrasından irəli gələn öhdəliklərlə bağlı olan aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Vəsiyyət tapşırığından bəhs edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1205ci maddəsinə əsasən vəsiyyət edən miras hesabına hər hansı öhdəliyin bir və ya bir neçə şəxsin xeyrinə icra olunmasını vərəsəyə həvalə edə bilər (vəsiyyət tapşırığı - leqat). Həmin Məcəllənin 1206-cı maddəsinə əsasən Vəsiyyət tapşırığının predmeti miras əmlaka daxil olan əşyaların vəsiyyət tapşırığını alanın (leqatarinin) mülkiyyətinə, istifadəsinə və ya digər əşya hüququ ilə verilməsi, mirasa daxil olmayan əmlakın əldə edilməsi və ona verilməsi, müəyyən işin görülməsi, xidmətlərin göstərilməsi və i.a. ola bilər. Həmin Məcəllənin 1209-cu maddəsinə əsasən Vəsiyyət tapşırığının icrasının həvalə edildiyi vərəsə həmin tapşırığı, miras qoyanın borclarından ödəməli olduğu hissəni çıxmaqla, vəsiyyət edilmiş mirasın həqiqi dəyəri hədlərində icra etməlidir. Həmin Məcəllənin 1213-cü maddəsinə əsasən Vəsiyyət tapşırığını alan vəsiyyət tapşırığının miras açılan gündən hesablanan üç illik iddia müddəti ərzində icra olunmasını tələb edə bilər. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur (Mülki Məcəllənin 329.2 və 329.3-cü maddələri). İddiaçı ilə cavabdeh arasında yaranmış hüquq münasibətləri borc müqaviləsindən yaranan münasibətlərdir və cavabdeh iddiaçıya 4450 (dörd min dörd yüz əlli) manat borcunun olmasını öhdəsinə götürməsi ilə bağlı sadə formada 2016-cı il tarixdə qəbz yazaraq onlara münasibətdə hüquq münasibəti həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. MPM-nin 217.2-ci maddəsində təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2023-cü il tarixədək qüvvədə olan: İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İddia tələbi qismən təmin edildiyi üçün iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 104.92 (bir yüz dörd manat doxsan iki qəpik) manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4450 (dörd min dörd yüz əlli) manat pul və 65 (altmış beş) manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı 4450 (dörd min dörd yüz əlli) manat pul və 65 (altmış beş) manat dövlət rüsumu alınaraq cavabdeh İddiaçı Niklayevnanın xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 65 (altmış beş) manat dövlət rüsumu pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar