Məhkəmə qərarları › İş №2(024)-721/2024

Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-721/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-721/2024 03.12.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ona olan 700 manat və 30 manat dövlət rüsumunun alınıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş icraata götürülmüş, növbəti hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 15:30-a təyin edilmiş, tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, Cavabdehla razılıq əldə etmişlər. Belə ki, Cavabdeh borcundan ona 250 manat pulu hazırda ödəyir və 480 manat pulu da 2024-cü ilin dekabr ayının sonunda ödəyəcəyinə söz verir. Cavabdeh bu barədə məhkəməyə yazılı surətdə ərizə təqdim edəcəkdir. Məhkəmədən iddia ərizəsini geri qaytarılmasını xahiş edir. Cavabdeh məhkəmə hazırlıq iclasında izahat verərək göstərdi ki, o İddiaçıla barışıq etmək istəyir. Belə ki, hazırda borcundan 250 manat pulu nağd ödəyir. Qalan 480 manat pulu isə məhkəmədə söz verir ki, 2024-cü ilin dekabr ayının sonunda ödəyəcəkdir. Bu barədə məhkəməyə yazılı surətdə ərizə təqdim edir. Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 3 nömrəli Qərarında göstərilmişdir ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 170.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. İddia ərizəsi geri qaytarıldığı üçün iddiaçının məhkəməyə müraciət etmək üçün KapitalBank ASC vasitəsilə xx.xx.2024-cü il tarixdə 1471 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu özünə geri qaytarılmalıdır. MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.3, 170, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən KapitalBank ASC vasitəsilə xx.xx.2024-cü il tarixdə 1471 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar