Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-735/2023 28.11.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçı 7 saylı X1 Mərkəzinin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi : İddiaçı 7 saylı X1 Mərkəzi Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək meşə fondu sahəsində özbaşına qanunsuz olaraq Dövlət Meşə fonduna məxsus 60 (altmış) ədəd köküstə yaş ağac kəsilməsi nəticəsində dövlətə dəymiş zərərin 376 (üç yüz yetmiş altı) manat 15 (on beş) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutulub 7 saylı X1 Mərkəzinin “Kapital Bank”ın Şəki rayon şöbəsinin müvafiq hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35 və 284-3.2.2-ci maddələrinin tələblərini pozmuşdur Belə ki, iddiaçı iddia ərizəsinin “Giriş” hissəsində Cavabdeh ünvanını ünvan 1er üzrə Şəki rayon Məhkəməsinə verməli olduğu halda, səhvən Qax rayon Məhkəməsinə vermişdir. Bundan əlavə iddiaçı özünün və cavabdehin eyniləşdirmə məlumatlarını iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 41-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işlərə baxılarkən iddia ərizəsi bu fəsillə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 284-3.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsinə əlavə edilir. Cavabdeh məxsus məlumatlardan görünür ki, o Şəki rayonu Baqqal kəndində qeydiyyatdadır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPMnin 152.1.3-cü maddəsinin tələblərinə əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə baxılmalı olan məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-ci, 263-264, 284-3.5, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı 7 saylı X1 Mərkəzinin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı 7 saylı X1 Mərkəzinə izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyati üzrə baxılmalı olan məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10(on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Malik.Qarayev
Məhkəmə qərarları › İş №2(024)-735/2023
Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-735/2023
28.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver