Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-742/2025 18.12.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kərimov Elman Fərhad oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ona məxsus 120.000 manat məbləğində pulun və ödədiyi 410 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2023-cü ilin aprel ayında tanış olmuşdur. Cavabdeh ona Rusiya Federasiyasından aşağı qiymətə mal gətirərək satmaq üçün borc pul verməsini təklif etmişdir. Bu məqsədlə o cavabdehə müxtəlif vaxtlarda pul vermiş və cavabdeh ona 120.000 manat pul qaytaracağına dair öhdəliyini öz aralarında yazılı formada imzalamışlar. O, Cavabdeh 120.000 pulu verdikdən sonra Cavabdeh pulun onda qaldığı müddətdə onu özünə şərik etmiş və ona hər ay 9.000 manat pul verəcəyinə söz verdi. Cavabdehin ona borclu olmasına X1 və X2 şahidliyini öz imzaları ilə təsdiq etdilər. Cavabdeh öz borcunu 05 sentyabr 2023-cü il tarixədək qaytaracağına vəd verməsinə baxmayaraq, bu vəsaiti ona qaytarmamış, əksinə aldadaraq müxtəlif bəhanələrlə vaxt uzatmışdır. Qanunvericiliyə görə, mülki borc öhdəlikləri vaxtında və tam həcmdə yerinə yetirilməlidir. Cavabdehin hərəkətləri nəticəsində onun hüquqları pozulmuşdur. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o 120.000 manat pulu Cavabdeh sayıb vermişdir. Onların su satışı ilə əlaqədar münasibətləri, yoldaşlıqları olmuşdur. Cavabdeh ona demişdir ki, onun yaxşı ideyası vardır. Moskvadan yaxşı mal gətirib, yaxşı qiymətə satıb pul qazana bilər. Ancaq özünün pulu, evi obyekti yoxdur ki, bankdan pul götürsün. Lakin onun imkanı, evi, maşını, obyekti vardır, kömək etsin, bankdan pul götürüb istifadə etsinlər, şərikinə işləsinlər. Pul ondan, gətirmək satmaq pul qazanmaq isə özündən. Şərik kimi hər ay 9.000 manat ona pul verəcəkdir. Cavabdeh təklifi yaxşı təklif olmuş, həm də onun yanında rus dilində Moskva ilə danışmışdır. Bu da onu həvəsləndirmişdir ki, Cavabdeh işləyəsi, pul qazanası adamdır. Yəni risk edib İlkinə pul vermək olar. O da bankdan pul götürüb 3 dəfəyə İlkinə sayıb pul vermişdir. Ümumilikdə Cavabdeh 120.000 manat pul vermişdir. Həmin pulun 91.000 manatla bağlı sənəd, müqavilə vardır. Qalan məbləğlə bağlı isə sənədi tapa bilməmişdir. Dörd nəfərin şahidliyi ilə sayıb nağd vermişdir. Cavabdeh telefonuna həmişə cavab verib, borcu yoxdur deməmiş, qaytaracağını bildirmişdir. Cavabdeh Moskvadan mal gətirəndə ona 9.000 manat pul vermiş, bu da onu həvəsləndirmişdir. Sonra isə pul vermək söhbəti başa çatmış, nə vaxt soruşsa da pulunun olmadığını və xərclədiyini bildirmişdir. Gömrüyə mal gələndə Cavabdeh bildirmişdir ki, pulu yoxdur və ondan pul istəmişdir. Həmin vaxtı cavabdeh demişdir ki, gömrüyə pul ödəməsə mallar orada qalacaq və ona pul ödəyə bilməyəcəkdir. Hətta gömrüyə də iki dəfə 10.000 manat pul ödəmiş, lakin bunları hesaba salmamışdır. Sadəcə sayıb əlbə-əl verdiyi pulu İlkindən tələb edir. Əslində İlkinin ona ödəməli olduğu pul çoxdur. Müqaviləyə əsasən Cavabdeh hər ay ona 9.000 min manat pul ödəməli idi. Üstündən iki il ötmüş, bunu iyirmi dörd aya vurduqda xeyli pul edir. Banka o qədər pul qoysa ayda ona 2.000-2.500 manat pul əldə edə bilərdi. Sonra eşitmişdir ki, Cavabdeh ondan aldığı pulla borclarını ödəmişdir. Cavabdeh o pulla biznes fəaliyyəti ilə məşğul olsaydı həm pul qazanar, həm də onun pullarını qaytarardı. Hətta Cavabdeh təklif etmişdir ki, ayda ona 1.000 manat pul ödəsin ki, bankdan götürdüyü bankların faizindən sıxıntı çəkməsin. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamıə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddia ilə bağlı göstərdi ki, İddiaçı ona 36.000 manat və bundan təxminən üç ay sonra 55.000 manat pul vermişdir. İddiaçı ona 36.000 manat pul verdikdən bir ay sonra İddiaçı həmin puldan 6.000 manat, sonra 9.000 manat və 10.000 manat imza edərək qaytarmışam. Düzdür 36.000 manatı iddiaçıdan almış, lakin iddiaçı üç ay ərzində İddiaçı ondan 25.000 manatını alıb. Həmin dəftər iddiaçıdadır, o isə telefonla şəklini çəkmişdir. Lakin telefonu dəyişdyi üçün, şəkillər silinib, hazırda yoxdur. İddiaçı ondan üç ay ərzində həmin pulun 25.000 manatını almışdır. Əlində dövriyyə üçün pul qalmamışdır. Sonra isə iddiaçı ona 55.000 manat pul vermişdir. Həmin pula görə də, 2024-cü ilin avqust ayına qədər 3.000 manat, 5.000 manat və 10.000 manat İddiaçı pul verilib və iddiaçı pulları almasına dair imza edib. İddiaçı imza etdiyi sənədlər onun özündədir. İddiaçı mənə faktiki 91.000 manat pul verib, qalan 29.000 manatı isə özündən faiz hesablayıb və ondan 120.000 manat pul tələb edib. N.M. Paşayev ondan ayda 2.000 manat, sonra 3.000 manat, sonra isə 6.000 manat ödəməsini tələb etmişdir. Həmin pulları ödəmək üçün ona görə razılaşmışdır ki, iddiaçı ona demişdir ki, bu gündən sonra faiz istəmir, ona ayda 2.000 manat versin, borcdan silinsin. O da razılaşmışdır.120.000 manat pulun içərisində iddiaçı ona faiz hesablamış, qaytardığı pulları yazılmamışdır. İddiaçı ona ayda doqquz min manat faiz hesablayıb. Lakin o boyun olmamışdır ki, İddiaçı ayda 9.000 manat pul verəcək. İddiaçıya yazaraq imzaladığı qəbzdə hər partiya mal gəldikcə 9.000 manat pul ödəyəcəyi barədə yazılmışdır. İddiaçı ondan aldığı pulların əvəzini həm mağazadan mineral su götürərək, həm də nağd pul şəklində almışdır. Düzdür o iddiaçıdan 91.000 manat pulu almış, lakin aldığı puldan iddiaçıya 89.000 manat pul qaytarmışdır. Borc məbləğinin 59.000 manat qaytarılmasını dəftərdə qeyd etmişdir. 29.000 manat pulu iddiaçı ona verməmiş, həmin məbləğ ondan aldığı pulun üzərinə iddiaçı tərəfindən hesablanmış faizdir. Qəbzi iddiaçıya o yazmış və iddiaçı ona içkili vəziyyətdə və şahidsiz yazdırmışdır. İddiaçı ona demişdir ki, ondan heç nə istəmir, 120.000 manat pulu ona 2.000 manat olmaqla əlinə keçdikcə qaytarsın. Bilsəydi ki, iddiaçı onu məhkəməyə verib 120.000 manat pulu tələb edəcək, qəbzi yazmazdı. İddiaçı onu aldadıb. İddianın təmin edilməməsini xahiş edir. İşin halları: Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh tərəfindən yazılmış və İddiaçı, Cavabdeh Abdulhəşişm oğlu, şahidlər X1 və X2 tərəfindən imzalanmış qəbzdən görünür ki, Cavabdeh İddiaçı 36.000 manat borcu olduğuna baxmayaraq yenidən 21 iyul 2023-cü il tarixdə yenidən Rusiya Federasiyasından mal gətirmək məqsədilə 55.000 manat borc pul aldığını və ümumi borcun 21 iyul 2023-cü il tarixinə 91.000 manat olduğunu və bu borcunu sentyabr ayının 5-dək (05 sentyabr 2023-cü il tarixədək) və əlavə aldığı maldan götürən xeyirdən 9.000 manat üstündə pul verməyə boyun olduğunu göstərmişdir. Digər imzalanmış qəbzdən görünür ki, qəbzin məzmununda «oktyabr ayının sonuna Natiq dayıya 120.000 (yüz iyirmi min) manat borcun qaldığı» qeyd olunmuşdur. «Leobanka» məxsus xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən 409809.....7112 №li kart hesabına 500 manat pul göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Natiq adı qeyd edilmiş dəftər vərəqələrində müxtəlif tarixlərdə müxtəlif mineral suları, onların sayları və pul məbləğləri qeyd edilmişdir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh arasında borc münasibətləri yaranmış, iddiaçı cavabdehə biznes və gəlir qazanmaq məqsədi ilə 2023-cü ilin müxtəlif vaxtlarında 91.000 manat pul vermiş, cavabdeh isə qəbz yazaraq İddiaçı 36.000 manat borcu olduğuna baxmayaraq 21 iyul 2023-cü il tarixdə yenidən Rusiya Federasiyasından mal gətirmək məqsədilə 55.000 manat borc pul aldığını və ümumi borcun 21 iyul 2023-cü il tarixinə 91.000 manat olduğunu və bu borcunu sentyabr ayının 5-dək (05 sentyabr 2023-cü il tarixədək) və əlavə aldığı maldan götürən xeyirdən 9.000 manat üstündə pul verməyə boyun olduğunu qeyd etmiş, həmin qəbz iddiaçı, cavabdeh və qeyd olunan iki nəfər şahid tərəfindən imzalanmışdır. Lakin cavabdeh vədinə əməl etmədiyi üçün iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Belə ki, Cavabdeh iddiaçıdan 91.000 manat pulu almasını və həmin pulun 05 sentyabr 2023-cü il tarixdə qaytarılacağı zamanı üstündə əlavə aldıqları maldan götürən xeyirdən 9.000 manat ödəyəcəyi barədə öhdəlik götürməsi iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi cavabdeh tərəfindən yazılaraq imzalanmış, həmçinin digər şəxslər tərəfindən imzalanan qəbzlə birbaşa sübuta yetirilmişdir. Sübutetmə yükü üzərinə düşən İddiaçı tələb etdiyi ümumilikdə 120.000 manat borc məbləğinin 29.000 manatını cavabdehə verməsi barədə məhkəməyə əsaslı və mötəbər sübut təqdim edə bilməmiş, məhkəmə iclasında verdiyi izahatda ümumilikdə Cavabdeh 120.000 manat pul verdiyini, 91.000 manat pulun verilməsi ilə bağlı sənəd, müqavilə olduğunu, qalan məbləğlə bağlı isə sənədi tapa bilmədiyini göstərmişdir. Eyni zamanda məhkəmə iclasında İddiaçı Cavabdeh ona borc məbləğindən 9.000 manat qaytardığını bildirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçıya ödənilən həmin məbləğ məhkəməyə sübut qismində təqdim edilmiş qəbzdə qeyd olunan tərəflərin aldıqları maldan əldə olunan xeyirə görə cavabdehin ödəməli olduğu 9.000 (doqquz min) manat puldan silinməlidir. İddiaçı Cavabdeh ona hər ay 9.000 manat pul ödəməsi barədə öhdəlik götürməsini təsdiq edən hər hansı bir sübut növü məhkəməyə təqdim edilməmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçıdan əvvəlcə 36.000 manat, sonra isə 55.000 manat olmaqla ümumilikdə 91.000 (doxsan bir min) manat pul almasını, lakin 89.000 (səksən doqquz min) manatı qaytarmasını göstərsə də, həmin məbləğin iddiaçıya qaytarmasını təsdiq edən əsaslı və mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən müxtəlif tarixlərdə müxtəlif çeşiddə suların haqq-hesabının aparılmasını əks etdirən vərəqələrdə isə İddiaçı tərəfindən borc pulun qismən və ya tam təhvil alınması və yaxud mineral suları götürülməsini təsdiq edəcək heç bir tutarlı sübut olmadığından həmin vərəqlərdə aparılan qeydlər əsaslı və mötəbər sübut kimi qiymətləndirilə bilməz. Beləliklə də, məhkəmə iclasında işin faktiki halları, işdə olan əsaslı və mötəbər sübut hesab edilən Cavabdeh İddiaçı 91.000 manat pul almasını etiraf etməsi və əldə olunmuş gəlirə görə 9.000 manat iddiaçıya ödəməsini öhdəsinə götürməsi barədə yazılaraq imzalanmış qəbz və cavabdehin bu barədə məhkəmə iclasında verdiyi izahatı ilə qismən sübuta yetirilmişdir ki, İddiaçı Cavabdeh qarşı 120.000 manat borc tələbinin 91.000 manat hissəsində haqlıdır. Məhkəmə iclasında Cavabdeh qəbzin özünün tərəfindən yazıldığını etiraf etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. Tətbiq edilən hüquq «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi» haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki hüquq anlamında öhdəliyi başqa hüquq sahələrinə aid olan hüquq münasibətləri ilə qarışdırmaq olmaz. Məsələn, vergi ödəmək borcu əmlak xarakterli olsa da dövlətlə vətəndaş arasında hakimiyyət tabeliyi prinsipinə əsaslanır və ümumi hüquq münasibətidir. Mülki hüquq mənasında öhdəlik münasibətləri isə bərabər hüquqlu tərəflər arasında yaranan xüsusi hüquq münasibətidir. Öhdəlik konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Buna görə də şərh olunan maddədə konkret subyektlər arasında, yəni kreditorla borclu arasında iqtisadi xarakterli konkret hüquq münasibətləri nəzərdə tutulmuşdur. Beləliklə, öhdəliyin predmeti pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Öhdəliyin anlayışından göründüyü kimi, onun predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların, görülmüş işlərin, göstərilmiş xidmətlərin verilməsi üzrə borclu şəxsin davranışı təşkil edir. Öhdəlik konkret şəxslərin əmlak dövriyyəsində davranışlarını müəyyənləşdirir. Bazar iqtisadiyyatı və azad sahibkarlıq şəraitində mülki dövriyyə iştirakçıları arasında xüsusilə çoxsaylı öhdəlik hüquq münasibətləri yaranır. Mülki qanunvericilikdə nəzərdə tutulan çoxsaylı öhdəliklər müəyyən göstəricilər üzrə sistemləşdirilirlər. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilələrdən əmələ gələn, müqavilədənkənar öhdəliklər və qanundan əmələ gələn öhdəliklərə ayrılırlar. Məzmununa görə öhdəliklər əmlakın mülkiyyətə və sair əşya hüququna verilməsi, əmlakın istifadəyə verilməsi, işlər görülməsi üzrə, xidmətlər göstərilməsi üzrə və s. öhdəliklərə ayrılırlar. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddədə göstərildiyi kimi öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Burada öhdəliyin tamamilə icra edilməməsi ilə yanaşı onun vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla yol verməklə və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi də aiddir. Borclunun öz öhdəliyini icra etməməsi üzrə müqavilənin və qanunvericiliyin müddəalarına tam cavab verməlidir. Əks təqdirdə öhdəlik pozulmuş olur. Öhdəliyin icra edilməməsi baş verir. Bu da ciddi hüquqi nəticələrə səbəb olur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Şərh olunan maddədə göstərildiyi kimi öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi icra edilməməsi anlaşılır. Buraya öhdəliyin tamamilə icra edilməməsi ilə yanaşı, onun vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara yol verməklə və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi də aiddir. Borclunun öz öhdəliyini icra etməsi üzrə davranışı müqavilənin və qanunvericiliyin müddəalarına, bunlar olmadıqda işgüzar adətlərə və digər, adətən irəli sürülən tələblərə tam cavab verməlidir. Əks təqdirdə öhdəlik pozulmuş olur və öhdəliyin icra edilməməsi baş verir ki, bu da ciddi hüquqi nəticələrə səbəb olur. Bunlar barədə növbəti maddələrin şərhində geniş məlumat verilir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Hesab edilir ki, Cavabdeh riski ilə öhdəliklərə görə məsuliyyət daşıyır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinə görə tərəflərdən biri olan borc verən pulu və digər əvəz edilən əşyalara mülkiyyət hüququnun digər tərəfə-borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürürlər. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma iki tərəf iştirak edir. Onlardan biri heç bir hüquqi əsas olmadan başqasının hesabına əmlak etmiş varlanmış şəxs, digəri isə burnun nəticəsində əmlak itkisinə məruz qalmış şəxsdir. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddaəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Həmin Məcəllənin 1092.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 106.4-cü maddəsinə əsasən məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddihüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 91.000 manat pul və ödənilmiş 410 manat dövlət rüsumunun 363 manatı alınaraq İddiaçı verilməli, dövlət rüsumunun qalan hissəsi 47 manat iddiaçıya aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 91.000 manat pul və ödənilmiş 410 manat dövlət rüsumunun 363 manatı alınaraq İddiaçı verilsin. Dövlət rüsumunun qalan hissəsi 47 manat iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №2(024)-742/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-742/2025
18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver