Məhkəmə qərarları › İş №2(025)-1/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1/2025 23.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Borclu1, Borclu2 və Borclu3 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Kreditornun nümayəndəsi X1 iştirakı ilə,iİddiaçı Kreditor ASC-nin cavabdehlər, Borclu1, Borclu2 və Borclu3 qarşı kredit müqaviləsi üzrə “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Bank of Baku» ASC cavabdehlər Borclu1, Borclu2 və Borclu3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia qaldıraraq cavabdehlər, Borclu1, Borclu2 və Borclu3 müştərək qaydada 1411.11 ABŞ dolları əsas borc, 1519.66 ABŞ dolları faiz borcu, ümumilikdə 2930.77 ABŞ dolları və 20 manat dövlət rüsumu tutulub cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “Bank of Baku» ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək göstərmişdir ki, Kreditor ASC ilə bağlanmış xx.xx.2015-ci il tarixli MK/82081/51 nömrəli kredit sazişinə əsasən Bank tərəfindən Borclu1 18 ay müddətinə, illik 32 % olmaqla 4000 ABŞ dolları məbləğində kredit verilmiş, zaminlər, Borclu2 və Borclu3 isə borcalanın krediti qaytarmaq öhdəliyini tam şəkildə icra etməsi üçün zamin dayanmışlar. Borclu1 müqavilə üzrə krediti qaytarmaq öhdəliyini tam şəkildə icra etməyərək 1411.11 ABŞ dolları əsas borcu və 1519.66 ABŞ dolları faiz borcunu ödəməmişdir. AR Mərkəzi Bankının göstərişlərinə uyğun olaraq 1.06.2015-ci il tarixli MK/82081/51 nömrəli kredit sazişi üzrə ödənilməyən məbləğlər Kreditor ASC-nin ehtiyat fondunun vəsaiti ilə əvəzləşdirilərək balans arxasına keçirildiyi üçün fiziki şəxslərin vaxtı keçmiş kredit borcları siyahısına daxil edilməmiş və bu səbəbdən də restrukturizasiya olunmamışdır. Ona görə də, Borclu1, Borclu2 və Borclu3 müştərək qaydada 1411.11 ABŞ dolları əsas borc, 1519.66 ABŞ dolları faiz borcu, ümumilikdə 2930.77 ABŞ dolları və 20 manat dövlət rüsumu tutulub cəmiyyətin xeyrinə ödənilməlidir. İşdə olan xx.xx.2015-ci il tarixli MK/82081/51 nömrəli kredit sazişinə əsasən Kreditor ASC tərəfindən Borclu1 18 ay müddətinə, illik 32 % olmaqla 4000 ABŞ dolları məbləğində kredit verilmiş, zaminlər, Borclu2 və Borclu3 borcalanın krediti qaytarmaq öhdəliyini tam şəkildə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş 1.06.2015-ci il tarixli MK/82081/51 nömrəli kredit sazişi üzrə Ödəniş cədvəlinin surətinə əsasən Borclu1 ona verilən 4000 ABŞ dolları məbləğində krediti 1089.07 ABŞ dolları faizlə birlikdə xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il tarixədək hissə-hissə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. İşdə olan Kreditor ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışa əsasən Borclu1 ilə Kreditor ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə üzrə 1411.11 ABŞ dolları əsas və 1519.66 ABŞ dolları faiz hesablanmışdır. İşdə olan Kreditor ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən Borclu1 ilə Kreditor ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə üzrə 2495.1 ABŞ dolları əsas, 720.38 ABŞ dolları faiz və 222,13 ABŞ dolları cərimə ödənilmişdir. İşdə olan Kreditor ASC-nin xx.xx.2015-ci il tarixli MK/82081/51 nömrəli kredit sazişi üzrə Borclu1 hesabından Çıxarışa əsasən xx.xx.2015-ci il tarixli MK/82081/51 nömrəli kredit sazişi üzrə ödənilməyən məbləğlər Bankın ehtiyat fondundan silinmiş kredit üzrə ödənilərək balans arxasına keçirildikdən sonra yenidən balansa qaytarılmışdır. İşdə olan Kreditor ASC-nin xx.xx.2015-ci il tarixli MK/82081/51 nömrəli kredit sazişi üzrə Borclu1 hesabından Çıxarışa əsasən AR Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya məbləğindən kreditin ödənilməsi 27,39 ABŞ dolları məbləğində icra edilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 1-ci bəndində göstərilmişdir ki, fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi 2015-ci ilin fevral ayının 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,12 ABŞ dolları) kimi (1.1); 2015-ci ilin fevral ayının 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə-1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə AR MBnın elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilir. Fərmanın 5.1-ci bəndində göstərilmişdir ki, bu Fərmanın qüvvəyə mindiyi tarixə xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə AR MBNP-nin müraciəti əsasında, banklara 382.000.000,0 manat məbləğinədək dövlət zəmani ilə təmin edilmiş güzəştli kredit verilməsi təmin edilir. Fərmanın 6.2-ci bəndində göstərilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Fərmanın 8.8-ci bəndində göstərilmişdir ki, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə AR MB tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər nəzərdə tutulur. Fərmanın 8.9-cu bəndində göstərilmişdir ki faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və və dəbbə pulunun silinməsi nəzərdə tutulur. Məhkəmə hesab edir ki, Kreditor ASC ilə borcalan Borclu1 arasında bağlanmış 11 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləği “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə restrukturizasiya olunduqundan hesablanmış faiz və cərimələr silinməli, əsas borc məbləği isə bu məqsədlə Banka illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən dövlət zəmani ilə təmin edilmiş güzəştli kredit hesabına Borclu ilə yeni müqavilə bağlanmaqla illik 1 faizlə 5 il müdətinə verilməli, müqavilə bağlanmadığı halda isə nəzərdə tutulan müddət bitdikdən sonra dərhal tələb edilməli idi. Kreditor ASC qeyd olunan Fərmanla üzərinə qoyulan vəzifələri yerinə yetirməyərək 11 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış faiz və cərimələri silməmiş və həmin məbləğləri Bankın ehtiyat fondundan silinmiş kredit üzrə ödəyərək balans arxasına keçirməklə Borclu1 müqavilə üzrə vaxtı keçmiş kredit borcunu restrukturizasiya etməkdən məqsədli şəkildə yayınmışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır.Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2015-ci il tarixli MK/82081/51 nömrəli kredit sazişi üzrə cavabdeh Borclu1 1482,0 (1411,11X1,05) manat əsas borc və 20,0 manat dövlət rüsumu tutularaq iddiaçı Kreditor ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Borclu1 1482,0 (bir min dörd yüz səksən iki) manat əsas borc və 20 (iyirmi) manat dövlət rüsumu tutulub iddiaçı Kreditor ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar